“Azərbaycan bayrağı”
ordenli
şəhidin anım mərasimi
44 günlük İkinci Qarabağ müharibəsində
minlərlə qeyrətli
Azərbaycan oğlu öz qanları bahasına yağı üzərində tarixi qələbə qazanaraq, Vətən torpaqlarını
azad etdilər. Odlu səngərlərdə
tarix yazan belə Vətən sevdalılarından bir də şəhid, “Azərbaycan Bayrağı”
ordenli Tərzan Qəhraman oğlu Haşımovdur. Bu, dağlar
qartalının əbədiyyət
adlı dünyasına
qovuşduğu gündən
3 il ötür. Bu münasibətlə
şəhidin doğulub
boya-başa çatdığı
Lerik rayonu, Bibiyani kəndində anım mərasimi keçirilib.
Lerik rayonun rəhbər işçiləri sakinləri
və şəhidin ailə üzvləri ilə bərabər onun məzarı önünə gül-çiçək
dəstələri düzərək,
əziz xatirəsini ehtiramla anıblar. Eləcə də eyni məzarlıqda olan Vətən müharibəsi şəhidi
Balaş İltizam oğlu Fərziyevin yatdığı müqəddəs
torpaq xatirəsinə
ehtiram olaraq ziyarət edilib.
Dağlar
qartalı, şəhid
Tərzan Qəhrəman
oğlu 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibiyani kəndində dünyaya göz açıb.
2010-cu il mart ayının 6-da gizir hərbi rütbəsi almış
və Gəncə şəhərində yerləşən
"N" saylı hərbi
hissədə motoatıcı
tağım komandirinin
müavini vəzifəsində
xidmət etməyə
başlayıb. 2016-cı ilin
Aprel döyüşlərinin
iştirakçısı olub.
Azərbaycan Ordusunun Xüsusi
Təyinatlı Qüvvələrinin
giziri Tərzan Həşimov 2020-ci il sentyabrın
27-də başlanan 44 günlük
haqq savaşımızda
Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda
gedən döyüşlərdə
böyük hünər
göstərib. Füzuli
rayonu uğrunda ölüm-dirim müharibəsində
ən ali məqam olan şəhidlik zirvəsinə
ucalıb.
Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin hərbi
qulluqçularının medallarla
təltif edilməsi haqqında Prezident
İlham Əliyevin imzaladığı
sərəncamlara əsasən,
Tərzan Qəhrəman
oğlu Haşımov
ölümündən sonra
"Vətən uğrunda",
"Cəbrayılın azad
olunmasına görə",
“Xocavəndin azad olunmasına görə”,
"Cəsur döyüşçü"
medallarına və “Azərbaycan Bayrağı”
ordeninə layiq görülüb.
Bəli,
Tərzan kimi qəhrəmanların bəşər
tarixində misli-bərabəri
olmayan döyüş
nümunələri hesabına
30 il həsrətində olduğumuz
günlərin sevincini
yaşaya bildik. Məhz buna görə də qalib şəhidlərin
ruhu qarşında baş əyməyin özü böyük şərəfdir.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Hürriyyət.-
2023.- 24 oktyabr, ¹39.- S.14.