BAKININ QURTULUŞ TARİXİ

 

Bakı Fatehi Nuru Paşanın qürur duyduğu, Türk Ordusunun sınanılmış əsgəri Mürsəl Paşa kimdir?

 

Qədirbilən soydaşlarımızın yaddaşında Bakını bolşevik cildinə girmiş azğın daşnakların qanlı caynaqlarından qurtaran şanlı xilaskarların ilk sırasında Mürsəl Paşanın da (1881-1945) əziz xatirəsi yaşamaqdadır.

1918-ci ildə Bakını erməni daşnaklarının onların havadarlarının işğalından qurtaranlar arasında olmuş, şəxsi şücaəti ilə azərbaycanlıların qəlbini fəth etmiş Mürsəl Paşa rəsmi olaraq özünə Bakü nisbəsini götürmüş bundan qürur duymuşdur. Adətən, şairlər yaşadıqları yeri özlərinə nisbə kimi götürürlər. Məsələn: Mücirəddin Beyləqani, Xaqani Şirvani, Nizami Gəncəvi, Cəlaləddin Rumi, Xətib Təbrizi v.b.

Bu yazıda məqsədimiz o unudulmaz günlərin iştirakçılarını, ümumi qələbəmizin səbəbkarlarını bir daha minnətdarlıqla xatırlamaq parlaq zəfərimizin memarlarından olmuş unudulmaz Mürsəl Paşa haqqında oxuculara məlumat verməkdir.

 

28 may 1918-ci ildə müstəqilliyini elan edən Azərbaycan Demokratik Cümhuriyyətinin rəsmiləri (M.Ə.Rəsulzadə H.Hacınski) 2 iyun 1918-ci ildə Osmanlı dövlətinin Hərbiyyə Naziri Ənvər Paşadan Azərbaycana hərbi yardım göstərməsini xahiş etmişdilər. Azərbaycan Demokratik Cümhuriyyəti ilə Osmanlı dövləti arasında 4 iyun 1918-ci ildə Batumda bağlanan müqavilənin 4-cü maddəsi (“Daxili sabitliyi təmin etmək milli müstəqilliyi qorumaq üçün Osmanlı dövləti Azərbaycan Demokratik Cümhuriyyətinin istəyi ilə ona hərbi yardım göstərməyi təəhhüd götürürmaddəsi) Osmanlı dövlətinə qardaş Azərbaycana yardım göstərməyə hüquqi əsas verdi. Hadisələri diqqətlə izləyən Osmanlı dövlətinin Azərbaycana hərbi yardım niyyətindən əndişələnən Almaniya, Rusiya İngiltərə dərhal hərəkətə keçmişdi. Osmanlı dövləti Almaniya Rusiyanı sakitləşdirmək, sabiq yeni müttəfiqini arxayınlaşdırmaq üçün təşkil olunan hərbi birləşmənin adını Qafqaz İslam ordusu adlandırmışdı bu ordunun Osmanlı dövləti ilə əlaqəsi olmadığını bəyan etmişdi. Bu zaman Azərbaycana yardım edəcək yüksək rütbəli ordu mənsubları arasında ərzurumlu Mürsəl Paşaya xüsusi diqqət göstərilmişdir. O zamanın qərargah rəisi olmuş Vehib Paşa İstanbula, Hərbiyyə Naziri Ənvər Paşaya göndərdiyi teleqramda belə yazmışdı: “Azerbaycan Hükümetinin yardım isteğini kabul ederek en cesur ve kabiliyetli, yüksek askeri değere sahip, şimdiye kadar şan ve şerefle kendisini kanıtlamış Beşinci Kafkas Tümeni yardım için Albay Mürsel Bey komutasında yola çıkardık.” ( Bax: Nasir Yüceer, Birinci Dünya Savaşı’nda Osmanlı Ordusu’nun Azerbaycan ve Dağıstan Harekatı, Ankara ,1996, s. 75).

Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtı Bakı şəhərini daşnaklardan qurtarmaq vəzifəsini yerinə yetirməyə gələn Qafqaz İslam Ordusuna Mürsəl Paşanın komandanlığı ilə hərbi dəstək verən Beşinci Qafqaz diviziyasınında toplamda 6 minə yaxın əsgər, 257 zabit döyüşmüşdür. Bunların arasında minbaşı (mayor) Cəmil Cahid bəy, yarbay (polkovnik-leytenant) Osman bəy, minbaşı Ahmed Rıza bəy minbaşı Zihni bəy hərbi zəkaları şəxsi şücaətləri ilə xüsusiilə fərqlənirdilər. Ənvər Paşa Bakının daşnaklardan ən qısa zamanda azad edilməsində çox israrlı idi. Bu məqsədlə o, 17 iyun 1918-ci il axşamı xüsusi şifroqramla Mürsəl Paşaya komandan olduğu Beşinci Qafqaz diviziyasına Göyçay istiqamətindən hücuma keçmək əmrini verdi. Ənvər Paşanın belə əmr verməsinə səbəb 16 iyun 1918-ci ildə 10-cu Qafqaz alayının Müsüslü məntəqəsində Şilyan gölü civarında daşnakların pusqusuna düşməsi nəticəsində ciddi itkilərə məruz qalması olmuşdur (Bax: Yaşar Ertürk, “Kafkas İslam Ordusu’nun Azerbaycan Harekatı”, Türk Dünyası Araştırmaları Dergisi, sayı 186, Haziran, 2012, s.104-105).

20 iyun 1918-ci ildə Göyçaya gələn Mürsəl Paşa mövcud vəziyyətlə diqqətlə tanış olduqdan sonra daşnaklara həlledici zərbə vura bilmək toparlanmaq üçün Nuru Paşadan bir neçə gün möhlət istəyir. Məsələ burasındadır ki, həmin vaxt Mürsəl Paşanın sərəncamında cəmi 5227 əsgər vardı, düşmən tərəfin isə 10 mindən çox silahlı döyüşçüsü, iki zirehli qatarı, xeyli miqdarda pulemyotu, topu, minaatanı vardı. Professional hərbçi bacarıqlı komandan Mürsəl Paşa risqə getməmək mümkün qədər az itki verməklə zəfər qazanmaqda mahir idi. Qarşı tərəfin bütün təchizat psixoloji potensialını dəqiq müəyyənləşdirməyi çox sevən Mürsəl Paşa hərbi kəşfiyyata çox önəm verirdi. Cəbhədə yaranan sakitlikdən yararlanaraq komandanlıq Mürsəl Paşanın Beşinci Qafqaz diviziyasına əlavə qüvvələr cəlb etmişdi. 28 iyun 1918-ci ildə dan yeri qızaranda amansız döyüşlər təkrar başladı. Mürsəl Paşanın öncədən təklif etdiyi taktika ilə döyüşən türk əsgərləri günortadan sonra məqsədyönlü şəkildə tədricən geriyə çəkilməyə başladılar. Daşnaklarda elə təsəvvür yarandı ki, türk əsgərlərinin hərbi sursatları, xüsusən top mərmiləri tükənmişdir. 28 iyun 1918-ci ilin axşam saatlarında Mürsəl Paşanın əsgərləri Göyçay istiqamətində xeyli geri çəkilmişdilər. 29 iyun 1918-ci ilin səhər saatlarında türklərin geri çəkilməsindən ruhlanan daşnaklar Göyçayı tamamilə ələ keçirmək xəyalına düşmüşdülər. Eyforiyadan sayıqlıqlarını itirmiş olan daşnaklar Qaraməryəmdə hücum əmrinə müntəzir 25-ci taburun, Göyçayda lazımı anda sarsıdıcı zərbə endirəcək minbaşı Ahmed Hamdinin müsəlləh taburunun varlığından xəbərsiz idilər (Bax: Rüştü Türker, Birinci Dünya Harbinde Bakü Yollarında 5. Kafkas Tümeni; Ankara, 2006, s.47).

30 iyun 1918-ci ildə səhər saat 6.30-da Mürsəl Paşanın əmri ilə geniş cəbhə boyu hücum başladı. Sürəkli artilleriya atəşlərindən sonra şanlı türk əsgərləripiyadalar süvarilər, düşmən mövqelərinə şığıdılar. Türk ordusunun genişmiqyaslı qəfil hücumunun qarşısında duruş gətirə bilməyən daşnaklar böyük itkilər verərək qaçmağa başladılar. Mürsəl Paşanın hərbi zəkası, türk əsgərlərinin şücaəti nəticəsində, sözün əsl mənasında, düşmənin beli qırıldı. Göyçaydan qovulan daşnaklar Kürdəmir-Ağsu istiqamətində mövqelənərək Müzəffər Türk Ordusunun Bakıya irəliləyişini durdurmaq istəyirdilər. Komandan mirliva Nuru Paşa 5-ci Qafqaz diviziyasının başçısı Mürsəl Paşaya aşağıdakı məzmunda əmr vermişdi: “On üçüncü Qafqaz alayı 7 iyul gecesi Ağsudan hereket ederek Hasan bey bölüyünü de tabeliyine alaraq Kürdemire hücum edecekdir. Onuncu Qafqaz alayı da bütün gücü ile Şamaxını ele geçirmek üçün sabah erkenden herekete keçecekdir. Müsüslü bölüyü 13-cü Qafqaz alayı ile sıx temas quraraq, başlanğıcda yayındırıcı manevrlerle düşmenin 13-cü Qafqaz alayına qarşı hücuma keçmesinin qarşını alacaqdır.” Mürsəl Paşanın qəhrəman əsgərlərinin hücumu qarşısında duruş gətirə bilməyən erməni hərbi birlikləri 10 iyul 1918-ci ildə Kürdəmir-Ağsu cəbhəsindən qaçmağa məcbur oldular. Şanlı Türk Ordusunun Bakıya gəlməsini Almaniya, Böyük Britaniya, Rusiya istəyirdi. Osmanlı rəsmiləri Rusiyanın xarici işlər naziri Q.Çiçerinə onun Almaniyadakı həmkarına Nuru Paşanın komandan olduğu Qafqaz İslam Ordusu ilə heç bir bağlılıqlarının olmadığını bildirsələr , buna ruslar, almanlar inanırdı.

Osmanlı dövlətinin sədrəzəmi (baş naziri) Tələt Paşa Rusiya xarici işlər naziri Q.Çiçerini əmin etmişdi ki, türklər Bakını ilhaq etməyə gəlmirlər, orada asayişi bərpa etdikdən sonra yenidən geri qayıdacaqlar. Bu səbəbdən Moskvadan gələn təlimata əsasən Bakı Xalq Komissarları Soveti ingilis generalı L.Denstervilə Bakıya gəlməyə rəsmi icazə verməmişdi. Buna baxmayaraq, S.Şaumyan A.Mikoyan gizlində ingilis generalına teleqraflar vurur, nəyin bahasına-olursa olsun onu türklərin Bakıya gəlişinin qarşısını almağa çağırır ona əllərindən gələn bütün köməyi edəcəklərini yazırdılar (Bax: History of the Great War, pp. 103-104).

 

Ardı var

 

Ramazan SİRACOĞLU

 

Hürriyyət.- 2023.- 19 sentyabr.- S.13.