Vətən sevgisinin
şəhidlik səadəti...
Vətən və millət
yolunda canından keçənlərin
ömür yolu nə qədər qısa olsa da, onlar səmada parlaq günəşə
çevrilməklə əbədi bir ömür qazanıblar. Odur ki, indi harada
bir saflıq, sədaqət, qeyrət, əzəmət, halal sevgi hiss olunur şəhidlərin
sorağı oradan gəlir. Və Azərbaycan var olduqca, qərinələr keçdikcə
şəhid adını
daşıyan hər bir igidin saçdığı işiq daha gur yanacaq.
Bu gün müqəddəs ruhu Vətənin göylərində, ən
uca zirvələrdə dolaşan,
adı dillərdə
dastana dönən belə mərd igidlərdən
biri də
İbrahim Rasif oğlu Ruhkabzadədir. Masallı rayonunun Boradigah qəsəbəsində anadan olan İbrahimin ömür yolu cəmi 20 il oldu. Qaldı ki, Vətəninə
sonsuz məhəbbəti ona
əbədi bir həyat qazandırdı. Vətəndaşı olduğu
dövlət də öz igid oğlunun
ağır müharibə
meydanında göstərdiyi
şücaətini “Cəsur döyüşçü”,
“ Vətən müharibəsi
iştirakçısı”, “Şücaətə görə”,
Kəlbəcərin, Xocavəndin
azadlığı uğrunda
medallarla dəyərləndirdi.
Bəli,
Tanrının bəxş
etdiyi ömrü Vətən yolunda qurban verməyi özünə şərəf
bilən İbrahim Ruhkabzadə 2019-cu ildə yağı düşməndən
qisas almaq amalı ilə ordu sıralarına yola düşür. Azərbaycanın
müqəddəs bir
parçası olan Qarabağın azadlığı
üçün hər
an canından keçməyə
hazır olan Masallının
igid oğlu İbrahimin əsgərlik həyatı
cəbhə bölgəsində başlayır. Xidmət zamanı
fəallığı, nizam-intizamı onu başqa əsgərlərdən
fərqləndirir. Komandirlərin
verdiyi tapşırıqları
vaxtında, dəqiq yerinə yetirir, təlimlərdə həmişə
uğur qazanır. İbrahimin cəsurluğunu,
çevikliyini görüb
onu Xüsusi Təyinatlı Qüvvələrin tərkibinə
daxil edirlər. Cəbhə xəttində aldığı
tapşırıqlar zamanı bir neçə dəfə yağı düşmənlə üz-üzə
gəlir, onlara yaxşı də dərs verir. Və əsgər yoldaşlarına dediyi
belə olur: “ Canına yağı dadanmış yurd yerlərimiz öz qeyrətli oğullarda kömək istəyir. Biz düşmənin
ilan başını əzməyə hər hazır durmalıyıq.”
Bəli,
sentyabrın 27-də Vətən
müharibəsində İbrahimin
döyüş yolu Qarabağın
qaynar bölgələrindən
keçir. Dəfələrlə
ağır savaşlardan
üzüağ çıxır.
İbrahim Cəbrayıl şəhərinə
ilk ayaq basanlardan olur. Üz-üzə gəldiyi erməni dığalarını məhv
etdikdən sonra yoldaşlarını da ardınca
aparır. Döyüşdən-döyüşə
bərkiyən igid
əsgər
Kəlbəcər, Füzuli rayonlarında çoxlu sayda düşmən yaraqlısını məhv
edir. 18 oktyabr Füzuli rayonu ərazisində döyüş
tapşırığını yerinə yetirərkən düşmən tərəfindən
açılan gülləyə
tuş gələn İbrahimin son sözü
də “Vətən “ olur. ..
İndi İbrahimin adı xalqın dilində qəhrəmanlıq
simvolu kimi səslənir. Əsl qəhrəman ömrü
yaşayan Masallının
igid oğlu öz şərəfli ölümü
ilə bir daha sübut etdi ki, Vətən sevgisi hər şeydən ucadır.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Hürriyyət.- 2023.- 26 sentyabr.-
S.14.