BAKININ QURTULUŞ TARİXİ
Bakı Fatehi Nuru Paşanın qürur duyduğu, Türk Ordusunun sınanılmış
əsgəri Mürsəl
Paşa kimdir?
Qədirbilən soydaşlarımızın
yaddaşında Bakını
bolşevik cildinə girmiş azğın daşnakların qanlı caynaqlarından qurtaran şanlı xilaskarların
ilk sırasında Mürsəl
Paşanın da (1881-1945) əziz
xatirəsi yaşamaqdadır.
1918-ci ildə Bakını erməni daşnaklarının
və onların havadarlarının işğalından
qurtaranlar arasında olmuş, şəxsi şücaəti ilə azərbaycanlıların qəlbini
fəth etmiş Mürsəl Paşa rəsmi olaraq özünə Bakü nisbəsini götürmüş
və bundan qürur duymuşdur. Adətən, şairlər
yaşadıqları yeri
özlərinə nisbə
kimi götürürlər.
Məsələn: Mücirəddin
Beyləqani, Xaqani Şirvani, Nizami Gəncəvi, Cəlaləddin
Rumi, Xətib Təbrizi
v.b.
Bu yazıda məqsədimiz
o unudulmaz günlərin
iştirakçılarını, ümumi qələbəmizin
səbəbkarlarını bir daha minnətdarlıqla
xatırlamaq və parlaq zəfərimizin memarlarından olmuş unudulmaz Mürsəl Paşa haqqında oxuculara məlumat verməkdir.
Osmanlıların
Bakıya gəlişinin qarşısını almaq
üçün Böyük Britaniya da təcili qəti tədbirlərə
əl atmışdı. General L.Denstervilin
komandanlığı altında “Dunsterforce” adlanan hərbi
kontingent Sentrokaspi adlanan oyuncaq hökumətin dəvəti ilə
Bakıya yeridilmişdi. 1918-ci ilin yay aylarında Bakı şəhəri
beynəlxalq güclərin mənafelərinin toqquşduğu
meydana çevrilmişdi. Bütün hüquqi və hərbi
maneələrə, erməni daşnak quldurlarının fitnə-fəsadlarına
baxmayaraq, Qafqaz İslam Ordusu inamla Bakıya, qan
qardaşlarının xilasına doğru hərəkət
edirdi. Ermənilərə yardıma gəlmiş “Dunstetforce”
mənsublarından biri bu hadisəni bu şəkildə qələmə
almışdır: “Belə görünürdü ki, bölgəni
tamamən nəzarət altına almaq işində türkləri
heç nə saxlaya bilməzdi. Türklərin hər yeri
öz nəzarət altına almalarına azərbaycanlı
müsəlmanlar çox sevinirdilər və onlara hər
hansı bir müqavimətin əleyhində idilər. Ermənilər
isə bunun mümkünlüyü qorxusundan
çökmüş, perik düşərək türklərə
heç bir duruş gətirə bilmirdilər” (Bax: Ludcndorff,
My war memories, II v., p. 659). General L. Denstervilin sözlərinə
görə, 26 iyul 1918-ci ildə Bakı Xalq
Komissarlığının süqutundan sonra onun yanına gəlmiş
erməni milli şurasının Bakı təmsilcisi
Araratyants adlı bir nəfər ingilis hərbi kontingentinin
azsaylı olmasından (ingilislər 1500 nəfərlik hərbi
birliklə gəlmişdilər-R.S.) çox məyus
olmuş, yağlı dilini işə salıb hər vasitəylə
onu Bakıya əlavə hərbi qüvvələr gətirməyə
razı salmağa çalışırmış. Aydın
görünür ki, ermənilər 1918-ci ilin mart
ayındakı əməllərinə görə cəzalandırılmaq
vahiməsindən nə edəcəklərini bilmirlərmiş.
İngilis generalı onu türklərə qarşı təhrik
və təşviq etməyə çalışan erməni
Araratyantsa “türklərlə siz özünüz
vuruşmasanız, biz heç nə edə bilmərik” deyib.
(Bax: The adventures of Dunsterforce, p. 216).
Hərbiyyə naziri Ənvər
Paşadan Bakını daşnak-bolşevik
əsarətindən ən qısa zamanda qurtarmaq əmri alan
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa 8 sentyabr 1918-ci
ildə əfsanəvi Çanakkalə diviziyası ilə
birlikdə döyüşlərin mərkəzi və kilid
nöqtəsi olan Şərq cəbhəsinə gəldi. Nuru
Paşanı igamətgahında ziyərət edən Mürsəl
Paşa türk əsgərlərinin Qurd qapısı, Biləcər,
Binəqədi, Yanardağ, Sabunçu və Balaxanını
tam nəzarətdə saxladıqları barədə raport
verdi. Bakı cəbhəsinin o vaxt ümumi uzunluğu 29 km.
imiş və bunun da 13 km.-i dağlıq, təpəlik və
qayalıq yerlər olduğundan Sentrokaspi “strateqləri” və
daşnaklar o ərazilərdən türklərin hücum edə
biləcəyini güman etmirdilər. Lakin Nuru Paşanın qəhrəman
əsgərləri Mürsəl Paşanın
komandanlığı altında məhz az ehtimal olunan yerlərdən
hücum edərək 1918-ci ildə 13 sentyabrdan 14 sentyabra
keçən gecə şəhərə hakim Bibiheybət və
Badamdar yüksəkliklərini tutmağa nail olmuşdular.
Türklərin şəhərə girməsinin an məsələsi olduğunu
anlayan S.Şaumyan və quldur bandası lap
əvvəlcədən qarət etdikləri əşyaları
13 katerə yükləyib Bakıdan
qaçmışdılar. Onlardan heç nə ilə fərqlənməyən
Sentrokaspi “liderləri” də fərarilik üçün girəvə
axtarırdılar. Ağqvardiyaçı Biçeraxovun və
Dokuçayevin kazak dəstələri, Korqanovun muzdluları
Osmanlının zərbindən darmadağın olmuşdular.
Bu hadisələrin bilavasitə iştirakçısı və
Qafqaz İslam Ordusuna qarşı döyüşlərin
komandanı olmuş general L.Denstervil dərk edir ki, qorxaq erməni
başıpozuqlarına güvənib türklərin
qarşısını almaq nəzəri və praktik
baxımdan imkansızdır. O anda ingilis generalı bu hərəkata
başlayandan bəri, bəlkə də, ən doğru qərar
qəbul edir: ingilis qüvvələri təcili olaraq
Bakını tərk etməlidirlər. Həmin məqamı
L. Denstervil özü xatirələrində belə təsvir
etmişdir: “Yer üzündə heç bir güc
Bakını TÜRKlərdən qurtara bilməz. Müdafiəni
davam etmək fəlakət anını ancaq gecikdirməkdir,
lüzumsuz yerə insan həyatına bais olmaq deməkdir.”
İngilislərin Bakını tərk etmək haqqında qərarını
duyan ermənilər şivən qoparırdılar ki, biz şəhərdən
qaçıb gedənə kimi Bakıdan çıxmayın.
Yoxsa türklər şəhərə girən kimi yerli əhali
bizim dərimizə saman təpəcək. İngilis
generalı da onlara ürək-dirək verir ki, arxayın olun,
amma yubanmayın. Bizim türklərə qarşı
savaşmağa nə yetəri gücümüz, nə də
həvəsimiz var. Geciksəniz, özünüzdən
küsün.
14 sentyabr sübh saat 4-də türk artilleriyasının
sürəkli və şiddətli yaylım atəşi
yeri-göyü titrətdi. Zorla səngərdə dayanmağa
məcbur edilmiş ermənilər qaçıb gizlənməyə
yer tapa bilmirdilər. Onlar ingilisləri beynəlxalq məhkəməylə
qorxudur, Biçeraxovu hədələyir, Dokuçayevi
söyür, Şaumyana lənətlər
yağdıra-yağdıra gücləri gəldikçə
şəhərin mərkəzinə doğru qaçır,
özlərini İrana, Ənzəliyə, Dərbəndə,
Krasnovodska gedəcək gəmilərə yetirməyə
çalışırdılar. Sanki mart ayında Azərbaycan
türklərinə qənim kəsilən, silahsız insanlar
qarşısında kəkələnənlər bunlar
deyilmiş. Mərkəzi komandanlıqdan hücuma keçmək
əmri alan Mürsəl Paşa öz tabeliyində olan hərbi
birliklərə 1918-ci ilin 13 sentyabr gecəsi 75 saylı əmri
imzaladı: “Allah'ın yardımıyla, yarın sabah
Bakû'ye giden yol arasındaki sarı parlak kilise kulesi genel
istikametinde Bakû'ye karşı taarruz harekâtına
başlanacaktır” (Bax: Rüştü Türker, Birinci
Dünya Harbinde Bakü Yollarında 5. Kafkas Tümeni; Ankara,
2006, s.193). Xatırladaq ki, “sarı parlak kuleli kilise” dedikdə
Bakıdakı indiki Əhməd Cavad və Zərgərpalan
küçələrinin kəsişdiyi məkanda bir zamanlar
mövcud olmuş, o zamanlarda camaat arasında
“Qızıllı kilsə” kimi tanınan, 1936-cı ildə
dağıdılmış Aleksandr Nevski kafedralı nəzərdə
tutulurdu.
Bakını işğal altında
saxlamağa çalışan ermənilərin
birinci müdafiə səddini yarmaq
tapşırığı almış 9-cu və 56-cı
alaylar gecə saat 3.30 sularında ağır silahlar tətbiq
etmədən Heybət-Biləcəri xəttini nəzarət
altına aldılar. Səhər erkən, təxminən saat
6-da 56-cı alay daşnakların ikinci müdafiə səddini
də darmadağın etdi. 56-cı türk alayının
qarşısında pərən-pərən
düşmüş erməni, rus və ingilis
silahlıları gücləri gəldikcə şəhərin
mərkəzinə doğru qaçırdılar. 14 sentyabr
1918-ci ildə təqribən saat 16-da Bakı şəhəri
qəhrəman türk əsgərləri tərəfindən
tam mühasirəyə alınmış, bütün strateji əhəmiyyətli
yüksəkliklər MEHMETCİKLƏRin nəzarəti
altına düşmüşdü. Türk əsgərlərinin
hücumundan ağlını itirmək dərəcəsinə
çatmış başıpozuq daşnaqları heç bir
güc, söz və söyüş səngərdə tuta
bilmirdi. Vahimədən gözləri hədəqəsindən
çıxmış erməni silahlıları gücləri
gəldikçə “Turkeri qalis yen- Türklər gəlirlər!”-
deyə çığırırdılar. Oradan-buradan gəlib
Bakıya daraşmış, müxtəlif yerlərdə
kompakt məskən salmış “mülki” ermənilər də
səngərdəkilərdən heç geri
qalmırdılar. Evdə hazır tutduqları
boğçaları qoltuqlarında can hövlüylə
limana tərəf yüyürürdülər. “Limana
doluşmuş ermənilər vahimə içində
qaçıb qurtulmağa çalışırdılar”
(Bax: Alex Marshall. The Caucasus Under Soviet Rule, s. 96).
1918-ci ilin 14 sentyabr
axşamının qaranlığını fürsət bilən
ingilis hərbi birləşmələri də şəhəri
tərk etdilər. O gecə son ümidlərini də itirən
ermənilər də yoxa çıxdılar. Elə bil
hamısını əcəl almış, yer gizləmişdi.
15 sentyabr 1918-ci ildə səhər
saat 8.30-da üstündə İran bayrağı və bir də
ağ bayraq olan avtomobil Mürsəl Paşanın qərargahına
gəldi. Avtomobildə İran konsulu və daşnakların
komandanı oturmuşdular. Onlar Mürsəl Paşaya şəhərdə
qalmış ermənilərin təslim şərtlərini
açıqlamaq üçün gəldiklərini
bildirmişdilər. Mürsəl Paşa bu məlumatı mərkəzi
komandanlığa, mirliva Nuru Paşaya
çatdırmışdı: “İran Konsolosu ile Bakü
Cephesi Komutanından oluşan bir heyet gelmiştir. Bunlar,
şehrin ve şehre sığınan düşmanın teslim
şeklini kararlaştırmak üzere; İran, Amerika,
İsveç, Danimarka konsoloslarıyla, İngiliz Komutanından
ve Baku Hükümetinden oluşan bir heyetin yanıma gelmelerine
izin verilmesini ve beraberlerinde de bizden birinin bulunmasını
teklif ettiklerinden, delegeleri getirmek üzere, Tümen Kurmay
Başkanı Yüzbaşı Rüştü'yü
gönderdim. Şehre girmek yasaklanmıştır. Şehir
içindeki asayişin sağlanması için 56’ncı Alay
görevlendirilmiştir” (Bax: Rüştü Türker, Birinci
Dünya Harbinde Bakü Yollarında 5. Kafkas Tümeni; Ankara,
2006, s. 204).
Qafqaz
İslam Ordusunun komandanı
mirliva Nuru Paşanın diktəsi ilə Mürsəl Paşa
məğlub erməni daşnaklarına 5 tələb irəli
sürmüşdü:
1.
Bakı qeydsiz, şərtsiz dərhal təslim ediləcəkdir.
2.
Bakıdakı erməni daşnakların tamamı təslim
olacaqdır.
3.
Bütün növ silahlar, sursatlar, Azərbaycan dövlətinə
aid bütün əşyalar, mülklər, maddi və mənəvi
sərvətlər təhvil veriləcəkdir.
4. Nargin ( Böyük Zirə) adasında saxlanılan
türk, alman və Avstriya mənşəli əsirlərin
hamısı təhvil veriləcəkdir.
5.
İşğalçı daşnaklara aid bütün cəbbəxana,
avtomobil, zirehli maşınlar, təyyarə və ərzaq təhvil
veriləcəkdir.
Şil-küt edilmiş erməni
tərəfi qalib türk ordusunun
komandanının bütün tələblərinə dərhal
yerinə yetirmiş və təslim aktını
imzalamışdır.
15 sentyabr 1918-ci ildə səhər
saatlarında komandan Nuru Paşanın müzəffər Qafqaz
İslam Ordusu onların pişvazına çıxmış
qədirbilən Azərbaycan xalqının minnətdarlıq
dolu alqışları və duaları ilə şəhərə
daxil oldu. Azərbaycan Demokratik Cümhuriyyətinin istəyi və
Hərbiyyə Naziri Ənvər Paşanın böyük təşəbbüsü
ilə rəşadətli Nuru Paşanın
komandanlığı altında Azərbaycana gəlmiş
qardaş türk ordusu Mürsəl Paşa kimi
bacarıqlı komutanların şəxsində zəfər
dolu şanlı hərb salnaməmizə yeni parlaq səhifə
yazmışdır. 2020-ci ilin sentyabr-noyabr aylarında müzəffər
Azərbaycan Ordusu eyni bacarıq və şücaətlə
erməni düşmənləri məlikləndikləri ərazilərdən
qovdu, əzəli torpaqlarımızı azğın
yağılardan təmizlədi.
Qafqaz
İslam Ordusunun Bakını
işğaldan azad etməsi Azərbaycan torpaqlarına göz
dikən bütün dövlətlərə ciddi və qətiyyətli
xəbərdalıqdır: “BİR GECE ANSIZIN
GELEBİLİRİZ!”
Müxtəlif dilli, müxtəlif
dinli, müxtəlif məkanlı olsalar
da, xəbis niyyətləri eyni olan bütün düşmənlərimiz
çox yaxşı anlayırlar ki, Ənvər Paşa, Nuru
Paşa, Mürsəl Paşa kimi şərəfli sələflərin
Polad kimi, Mübariz kimi, Fərid kimi on milərlə çox
layiqli, dəyanətli xələfləri vardır.
Torpaqlarımızın bütünlüyü uğrunda
şəhid olanlara rəhmət, vətən naminə
canından keçməyə hazır olanların
hamısına uğurlar olsun.
QURTULUŞ
GÜNÜN MÜBARƏK, DOĞMA BAKI!
Ramazan
SİRACOĞLU
Hürriyyət.- 2023.- 26 sentyabr.-
S.13.