Əliağa Vahid haqqında düşüncələr
IV
YAZI
Qəmli
qəzəlxanın şux qəzəlləri
“İfrat sadəlövhlük ifrat
işvəkarlıqla həmhüduddur.”
V.Hüqo
Görkəmli
şərqşünas alim Azadə Rüstəmova (Allah ona rəhmət
eləsin.) əsərlərinin birində XIII əsrin məşhur ədəbiyyatşünası Şəms Qeys Razinin qəzəl
haqqında dediklərini bizə belə çatdırır:
“Bir çox şairlər sevgilinin gözəlliyinin təsvirini, məhəbbəti
və eşq vəziyyətinin təsvirini qəzəl
adlandırırlar. Qəzəldən məqsəd ruhun təskinliyi
və xoş əhval oyatmaqdır. Ona görə də qəzəl
ahəngdar vəzndə, aydın və gözəl sözlərlə
yazılmalı, nəcib fikirlər ifadə etməlidir.”
Bakılı
Əliağa Vahid
Gəncəli Nizamidən tutmuş
Tikmədaşlı Xəstə Qasıma
Və Göyçəli aşıq
Ələsgərə qədər
Azərbaycan şerində olan
Şirin
yumor hissini əxz edərək
öz əsərlərində
azərbaycan dilinin və
təfəkkürünün misilsiz
gözəlliklərini nümayiş
etdirə
bilmişdi.
Çox
incə yumor hissi var Vahidin.
onun meyxanalarında olan
şuxluq,
zəriflik və zarafat
qəzəllərində də özünü göstərməkdədir.
Əsasən qəzəli sonuncu
beytində, yəni məqtəədə
bəzən də aralıq
beyt-
lərdə rast gəlirik ona.
Şuxluq
gözəli (təbir
caizsə) misra və beytlərin
arasından bəzən açıq
(aşkara),
bəzən də gizli şəkildə boylanaraq
bizi salamlayır.
Şükr
eylə ki, mən qaldım
O məndən betər oldu.
Vahidin əsərlərini
oxuduqda o qədər gözəl sözlərə rast gəlirsən
ki, mat qalırsan.
Məlahət
mülkü,
Eşq səhrası
Qəm güşəsi,
Nazəninlər bağının bağbanı
Dəşti Xətanın ənbəri
– sarası
Gözəllər bağının bir
bülbülü -
şeydası
Ay üzlü nazlı sənəmlər
Xalqın
sevimlisi, bəxtiyarı
İstəklisi
Leyli məlahətli gözəllər
Dərviş kəramətli qələndər
Ahu baxışlı
Gözləri ahu,
Qara gözlü gözəllər.
Qələm qaşlı nigar
Leylivəş bir sənəm.
Nazikbədən
Qəlbisaflar
Meyxanalar
müsafiri
Vahidin
leksikasında rast gəldiyimiz belə sözlərin
Bir qismini də biz əvvəlki
yazılarımızda qeyd eləmişik.
Bu siyahını bir azda uzatsaq onda gərək bir kitab bağlayaq.
Ona isə hələlik lüzum yoxdu. Beləliklə demək olar ki,
Əliağa Vahid şeirlərinin əsas göstəricilərindən biri
gözəl sözlərin çox
olmasıdı . Ancaq məsələ burasındadı ki,
seçmə
və gözəl sözlər şeiri yaratmağa hələ bəs eləmir.
Və sözlərin
adi kombinasiyası şeir yox söz yığını olur.
Mənə elə gəlir
ki, burada ən incə məsələ sözün hansı əda
ilə
deyilməsindədir. Nizami Gəncəvi deyirdi ki:
Söz özü nə
qədər gözəl olsa da
Onu gözəllikdən salır
pis əda.
Söhbətimizi
Vahidin ayrı-ayrı qəzəllərində olan şux
beytləri oxumaqla davam etdiririk.
Şux
beytlər
1.Vahid, içəcəksən demə
ki, tövbələr olsun
Cəlb
eyləyər axır
səni meyxanə tələsmə.
2. “Vahid
mey içir”, gizli deyirlərdi, eşitdim
O rindi-xərabatidi meyxanəsiz
olmaz
3.Divaneyi-eşq
olmağa hər kəs həvəs etsə,
Əvvəlcə gərək dərs
ala rindanəliyimdən.
4. Vahidin
bəlli deyil məskəni pərvanə kimi,
Gah şəmə dolanır, gah
da gülüstanda olur.
5. Səndən
sonra, Vahid, ayıq ol, qoy deməsinlər,
Dünyaya gəlib-getdi, hayıf,
bixəbər oldu.
6. Fələyin
cahinə göz diksəm əğər, namərdəm,
Eşq feyzi mənə bir fəqr
libasın versin.
7. Musiqiylə
məni dəfn eyləsələr, Vahid, əgər
Qəbrimin torpağı
min-rövzeyi-pizvana dəyər
8. Divanə
idim eşqdə xalqın nəzərində
Səd şükr könül, aqili-fərzanəyəm indi.
9. Sevirəm
mən o nəzakətli gözəl dilbəri ki,
Musiqi elmini, rəssamı, qəzəlxanı
sevir.
Pir könlüm gəlir ilhamə görərkən hərdən
Bir nəcabətli gözəl
qız gözəl oğlanı sevir.
Vahidin ovçuluğu olsa da,
insafı da var
Öz kəməndinə
düçar etdiyi ceyranı sevir
10. Nə
təbiət görüb ömründə, nə dünya
yetirib
O gözəllər ki, bizim
Azərbaycanda olur.
11.
Bülbül istər gülü, tuti şəkəri, mən
də səni,
Eşq sevdası bu üç
aşiqi nalanda olur.
Bu gözəllik ki, sənin var,
gözəlim insafən,
Nə mələkdə, nə pəridə,
nə bir insanda olur
12.
Şadam ondan hələ bir dinə müqəyyəd deyiləm
Mən bu aləmdə nə kafər
nə müsəlman qaldım.
13.Bu qaragözlü gözəllər
məni divanə kimi
Zülf zəncirinə bağlar,
hərə bir yanə çəkər.
14. Musiqi
sənətini Aazərbaycan yaradıb
Qoy bu tarixi həqiqətləri
Tehran oxusun
Əsrlərlə yaşasın
musiqi xadimlərimiz
Qoy eşitsin bu sözü Mustafa
Payan oxusun.
15. Gündə
yüz yol edərəm canımı qurban o gülə,
O da bir yol dolanıb başıma
qurbanım ola
16. Vahid sən
o gün dərdini yarə deyəcəkdin
Lal oldu dilin bəs niyə
cananı görəndə.
17. Gülşəndə idim,
seyrdə bir yar idi, bir mən
Pərvanə idi, şəmi-şəbi-tar
idi bir mən.
18. Sanma könlüm
bu çəmənzardə xürrəm kimidir,
Yarsız aşiqə cənnət də cəhənnəm kimidir.
19. Durduq
bir ümid ilə gözəllər tərəfində,
Mindən birisi bəlkə tərəfdarımız
oldu.
20. Vahid,
yenə Məcnunusan ol şuxun eşitdim
Biçarə, sənin də
heç yox imiş əqli-kamalın.
21.Vahid, hər
şuxə inandımsa
vəfasız çıxdı
Bu gözəllərlə mənim
həşrlə divanım ola!
22.Gündə
yüz yol edərəm canımı qurban o gülə
O da bir yol dolanıb başıma
qurbanım ola.
23. Vahid,
sənə çoxdan bu can ağırlıq edirdi
Ey kaş onu da yarə verib
yüngül olaydın.
24.
Gül üçün bülübülü şeyda
keçir öz canından
Gül nəyindən keçəcək
bülübülü şeydaya görə.
24. Bu pəriçöhrələrin
bircə gözəllikləri var
Sevmərəm heç birini əldə gər imkanım ola.
Müxtəlif
qəzəllərin beytləri olan bu nümunələr
göstərir ki, Əliağa Vahid təpədən
dırnağa qədər işvəkardır. Və onu da
qeyd etmək lazımdır ki, bu xüsusiyyət də
Füzulidən gəlmədi. Vahidin qəzəlləri gözəl
hissiyat və duyğu ilə gözəl sözlərin və
nəcib fikirlərin sintezindən yaranıb.
Beləliklə,
demək olar ki, “Qəm guşəsindən nalə çəkib
diz qucaqlayan “ şairin şux qəzəlləri də
vardır.
Vahidin mütaliəsi adamda xoş ovqat yaradır.
Cənubi
azərbaycanlıların dili
ilə desək,
Adamı
xoş eləyir, xoşhal eləyir.
Əliağa Vahid qəzəllərinin əsas keyfiyyət
göstəricilərindən biri də budur.
Arif
ORUCOV,
Azərbaycan Texnologiya
Universitetinin baş müəllimi
Hürriyyət.- 2023.- 26 sentyabr.-
S.15.