2022-ci ilin son konserti

 

Ötən 2022-ci ili yekunlaşdıran konsertlərdən biri soyuq şiddətli Bakı küləyinin əsdiyi 29 dekabr tarixində Beynəlxalq Muğam Mərkəzində baş tutdu. “Cadenza” orkestriKiçik dəniz küçəsiadlı layihəsi ilə dinləyicilərin qarşısına çıxaraq çağdaş bəstəkarlarımızın əsərlərini təqdim etdi: Ayaz Qəmbərli – “İlğım”, “Kiçik dəniz küçəsi”, Səid Qəni - “Kaleidoscope” silsiləsindən Adagio, “Proyeksiyalar”, Tahir İbişov - “Halqa”, “Şəkil dəftərindən təsvirlər”, Türkər QasımzadəZikr”, “G.Richter`in üç foto-rəsmi üçün musiqi”.

Konserti ənənəvi olaraq musiqişünas Şəfaqət Məmmədova açıq elan etdi səslənəcək hər əsər bəstəkar barədə uzun məlumat verdi. Bu xüsusda daha bir önəmli nüans dinləyicilərin ixtiyarına verilmiş məlumat kitabçaları idi. Burada hər bir bəstəkar əsəri haqqında qısa məlumat təqdim olunmuş, daha önəmlisi isə, bəstəkarların hər biri öz əsərlərini sözlə təsvir edərək sanki dinləyicini konsertə hazırlamış oldu.

İlk olaraq pianoçu Zakir Əsədovun ifasında Ayaz Qəmbərlininİlğımpyesi simli kvartetin ifasında eyni müəllifinKiçik dəniz küçəsiəsərləri ifa olundu. A.Qəmbərliİlğımhaqqında yazısında qeyd edir: “İsti yay günlərində məskən saldığım Bilgəh qəsəbəsinə üz tutan yolun sonuna söykəmiş bulanıq üfüqdə sezilən, ona yaxınlaşdıqca isə gözdən itən yenidən uzaqlıqda peyda olan ilğım əsərin ideyasını formalaşdıran ən başlıca nüans kimi çıxış etmişdi”.

Səid Qəninin “Kaleidoscope” solo piano silsiləsindən Adagio pyesi pianoçu Fəqan Həsənliyə həsr edilmiş elə onun tərəfindən konsertdə ifa olundu. Bəstəkarın oda orkestri üçün yazdığıProyeksiyalarəsəri diqqətimi çəkən nömrələrdən oldu. Orxan Həşimovun məharətlə dirijorluq etdiyi əsərin orkestr tərkibində yaylılar, royal, nəfəslilər, vibrafon zərb alətləri ilə yanaşı kağızlar da iştirak edirdi (ifa prosesində kağızlar cırılır, bükülür, beləliklə musiqidən kənar səs effektləri yaranır). Musiqidən ziyadə performansın, yəni göstərinin vacib rol oynadığını düşündüyüm bu tərz əsərlərdə bəzi ifaçıların artistizm cəsarətdən məhrumiyyətləri, bu səbəbdən dolayı özgüvənsizlikləri yolverilməzdir deyə düşünürəm.

Tahir İbişovunHalqaəsəri pianoçu Zakir Əsədova həsr edilmiş elə pianoçunun özü tərəfindən ifa edildi. Bəstəkarın daha bir əsəri – ilk dəfə ifa olunanŞəkil dəftərindən l təsvirorkestr solist İslama Abdullayeva tərəfindən təqdim olundu. Əsər şair Səlim Babullaoğlunun Türkiyəli fotoqraf İlyas Göçmənin foto albomundakı şəkillərdən ilhamlanaraq yazdığı şeirlərdən birinin sözlərinə bəstələnmişdir. Sərbəst vəzndə (hətta nəsrdə) yazılmışTəsvirə ithafadlı şeirlə səsin (musiqinin) sözügedən əsərdə bir-birinə uyğunlaşmamasının göstəricisi sözlərin aydın eşidilməməsi oldu deyə düşünürəm. Təbii ki, burada ifaçının dilimizi cür tələffüz etməsi önəmlidir. Əsər boyu fonda şeir musiqinin ilham mənbəyi olmuş İlyas Göçmənin fotosu dinləyicilərə təqdim olundu.

Türkər Qasımzadənin pianoçu Humay Qasımzadəyə ithaf etdiyi pianoçunun özü tərəfindən ifa edilənZikrəsərini süni intellektlə insanın dueti adlandırmaq istərdim. Pianoçunun barmaqları altından süzülən musiqi frazalarının elə səhnədəcə səs qeydi alınıb canlı ifa ilə fonoqramın  səslənməsini bəstəkarzikr etmək”, “xatırlamaqkimi təsvir edir.

G.Richter`in üç foto-rəsmi üçün musiqi”sini bəstəkarməşhur alman rəssamı ilə daxili dialoquadlandırır. Əsər pianoçu Humay Qasımzadə violin ifaçısı Qleb Xoxlov tərəfindən ifa olundu. Solist Q.Xoxlovu konsertin ulduzu adlandırmaq istərdim. Əsərin estetikasını dərindən anlamış, onu yüksək maraq artistizmlə dinləyicilərə sunmuş ifaçı həm bəstəkar işinə olan sayğısını bizlərə nümayiş etdirdi.

Modern adlandırdığımız günümüzün musiqisində bəstəkarların (həm ölkəmizdə, həm dünyada) daima axtarışda olduqları, ədəbiyyat incəsənət nümunələrindən ilham aldıqları, çox zaman musiqiyə rəssamlıq təfəkkürü ilə yanaşdıqları, bəzən əsəri dinləyicilərə həm sözlə ifadə edərək çatdırmağa ehtiyac duyduqlarını hiss edir, bu xüsusda musiqiyə təəssürat mücərrədlik anlayışlarından irəli gələrək yanaşdıqlarını düşünürəm. Məhz buna görədir ki, bəhsini etdiyim konsertdəki bir çox əsərlərdə performans cəhətləri vardı (bu anlayışı Qərb klassik musiqisinə ilk dəfə John Cage gətirmişdir). Bunun təsirli inandırıcı olmasında isə ifaçıların rolu çox önəmlidir.

Təşəkkürlər, “Cadenza”! Növbəti ilin konsertlərində görüşənədək!

 

Leyla Həmid Əhməd Xan

 

Hürriyyət.- 2023.- 10 yanvar.-S.14.