Sahilin Vətən
sevgisi
Masallı rayonu, Ərəb
kəndində dünyaya
göz açan Sahil Sarıbala oğlu Babayev 19-20 sentyabr 2023-cü ildə Qarabağ bölgəsində
həyata keçirilən
lokal xarakterli antiterror
əməliyyatları zamanı
Vətən uğrunda
şəxsi igidlik, şücaət göstərərək
şəhidlik zirvəsinə
ucalıb. Şərəfli
ölümü ilə
adını qəhrəmanlıq
tariximizə yazan Azərbaycan
Silahlı Qüvvələrinin
hərbi qulluqçusu,
3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordenli Sahillə Babayevlə bütün Azərbaycan xalqı fəxr edir. Onun 31 illik ömür
yolu gələcək
nəsillər üçün
də gözəl örnəkdir.
Mənən qəlblərdə yaşayan,
hər an xatırlanan,
bütün sevgi, məhəbbətə layiq
olan şəhid
Sahil Babayevin 32 yaşı oxuduğu təhsil ocağında - Ərəb kənd ümumi orta məktəbində
qeyd olunub. Tədbirdə şəhidin doğmaları
və digər şəhid ailələrinin
üzvləri, Vətən
müharibəsi iştirakçıları,
Masallı Rayon İcra
Hakimiyyətinin, rayon üzrə
təhsil sektorunun, Xırmandalı kənd ərazi nümayəndəliyinin
işçiləri, məktəbin
müəllim və şagirdləri, kənd sakinləri iştirak ediblər.
Çıxışlar zamanı Lənkəran-Astara
Regional Təhsil İdarəsi
Masallı rayonu üzrə təhsil sektorunun müdiri Qoşqar Hətəmov, şəhid valideynləri
Hafiz Qurbanov, Baloğlan
Qasımov, Masallı
Rayon İcra Hakimiyyəti
başçisının Xırmandalı
kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Məhəmməd Yusifov,
şəhidin dostu, Vətən müharibəsi
iştirakçısı Sabir İmanov, Sığıncaq
kənd tam orta məktəbinin direktoru Əhliman Əliyev, Xırmandalı kənd
tam orta məktəbinin
müəllimi Qulu Gözəlov və başqaları Vətən
müharibəsində, eləcə
də antiterror tədbirləri
zamanı qazanılan şanlı Zəfərdən
və şəhid
Sahil Babayevin keçdiyi
şərəfli döyüş
yolundan qürurla söz açıblar.
O da bildirilib ki, Sahili əsl insana xas olan
mənəvi dəyərlərə,
əxlaqi keyfiyyətlərə malik bir
gənc kimi sevilirdi. Vətən, torpaq sevgisi onu şəhidlik
zirvəsinə ucaltdı.
Bu müqəddəs yolu
tutanlar heç
zaman ölmürlər. Adında
xalqının qəhrəmanlıq
simvolunu yaşatmaqla ölümsüzlüyə qovuşurlar.
Şəhid Sahil Babayevin 3 övladı- Samir, Elçin,
Milay yadigar qalıb. Qəhrəman ataları ilə qürur duyan övladların söylədikləri
şer parçaları çox kövrək alınıb. Həmçinin məktəblilərin
ifasında qəhrəmanlarla
bağlı
ədəbi-bədii kompozisiya
nümayiş olunub, vətənpərvərlik mövzusunda
şerlər səslənib.
Şəhidin atası isə oğlu
Sahil və onun timsalında Vətən yolunda canından keçən bütün
Azərbaycan övladları
ilə iftixar keçirtdiyini deyib, tədbirin təşkilatçılarına və iştirakçılara,
şəhid ailələrinə
göstərilən diqqət
və qayğıya görə ölkə rəhbərinə minnətdarlığını
bildirib.
Şəhidin məzarına baş
çəkən ziyarətçilər xatirəsinə ehtiram əlaməti olaraq üzərinə gül dəstələri düzüblər.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hürriyyət.- 2024.- 9 aprel,
¹13.- S.7.