“Teatr Allah üçün
olan bir sənətdir”
“Paradoks ondadır ki, kənardan gələn hər hansı yeniliyi ayaq üstə alqışlayırıq...”
Teatr
Allah üçün olan
bir sənətdir” –
MEHRİBAN ƏLƏKBƏRZADƏ
Müsahibimiz Akademik Milli Dram Teatrının
Bədii rəhbəri,
rejissor, Əməkdar
İncəsənət Xadimi
Mehriban Ələkbərzadədir. Uzun illər öncədən aparıcı,
araşdırmaçı kimi
insanların sevimlisinə
çevrilən Mehriban xanımla
müsahibəmizdə “Azdrama”dakı fəaliyyəti,
ümumiyyətlə Azərbaycan
teatrının durumu haqda suallara cavab tapmağa çalışdıq.
- Mehriban xanım, ilk olaraq belə bir sual
vermək istərdim,
“Azdrama”ya Bədii rəhbər təyin olunandan sonra nələri dəyişdirə bildiniz
və yaxud teatr həyatınızda nələri dəyişdi?
- “Azdrama” dediyiniz yer – məkan: Azərbaycan Milli Dram Teatrıdır.
Bu məkan insana düşünmək, görmək
fürsəti yaradan yerdir. Çünki ancaq teatr nəyin mühüm
olduğu barədə düşünməyə
və başqalarının
dərdinə, ya bəxtiyarlığına şərik
olmağa, arzu etməyə imkan verəcək bir YERdir. Mənim gəlişimlə mütləq
nəyisə dəyişmək
məqsədim yox idi. Dediyim anlamda
istəklər, perespektivdə
daha yaxşı işlər görmək planı vardı. Doğrudur, mən bəlli yanaşma və konsepsiya ilə doğma teatrıma qayıtdım.
İlk mərhələdə özüm teatrda bütün kollektivin iştirak edəcəyi
monumental və fəlsəfi
tamaşa hazırladım.
Asan proses deyildi. Bu böyük
kollektivi, çoxdan
monumental tamaşalar hazırlanmayan,
aylarla tamaşalarda oynamayan aktyorların hamısını bir yerdə, cəm halında bir tamaşada yığmaq, əslində, çətin
mərhələ idi.
Halbuki bir yüngül komediya ilə daha çox
simpatiya və uğur qazanmaq yolu da vardı. Amma mən bütün heyəti ayağa qaldırmaq… sabah “yola çıxmaq” üçün potensial gücü görmək istəyirdim. Bunu ilk Milli Teatrda yox, əvvəl
Gənc Tamaşaçılar
Teatrında da həyata keçirdim. Əslində, bu, bütün heyətin gücünə
baxmaq üçün
mənim məqbul bildiyim taktikadır. Teatrda tamaşalar
adətən daha azsaylı iştirakçılarla
– 5-10 nəfər aktyorun
iştirakı ilə
hazırlanır. Bu, bütün
teatrın məşğulluğu
deyil. Amma mən 10 ildən sonra “Azdrama”ya qayıtdıqda
öz tətbiq etdiyim taktika ilə getdim. Çətin oldu. Amma nəzərdə
tutulan nəticə üçün hesablanmış
iş idi. Bu, az qala teatrın yadırğadığı
ağır bir iş prosesi idi.
- Bunu teatr aləmində
yenilik hesab edirsiniz?
- Mən “yenilik” demədim. Yanaşma dedim. Əsas məsələ hər bir şeyi növbəti
dəfə, yenidən
relsə qoymaq idi. Bu, nizam-intizam məsələsi, aktyorlara
yaradıcı anlamda diqqət idi. Bu onların iş qabiliyyətlərinə indiki
zamanda əminlik idi. Onların daha yaxşı işləməsi üçün
teatr daxilində dəyərləndirmələr aparmaq, o aktyorlarla həm inzibati, həm mənəvi cəhətdən yekdillik,
peşə kolifikasiyası,
həm də toparlanmaq prosesi idi. Teatr tamaşaçıdan
umduğu intellekt və təxəyyülü
aktyordan da tələb
etməlidir. Hər ikisinin gözü beyni üçün pəncərədir. Hər
ikisinin BEYNİ görür...
Gördüyünü hadisəyə
çevirə bilməlidir.
Yəni gördüyünü
təfəkkürü ilə
birləşdirə bilməlidir.
Mən bu ağır və böyük işlə həm də bu yoxlanışı etdim. Bu da normal qaydalardan biridir ki, hər bir teatrın
əməkdaşı yeni bədii
rəhbərin, baş
rejissorun nə istədiyini bilməlidir. Bilirsiz, hamı “yenilik” istəyir, yenilik gözləyir. Paradoks ondadır ki, kənardan gələn hər hansı yeniliyi ayaq üstə alqışlayırıq. Amma özündə yeniliyi qəbul etmirlər. Ya ağlı, zövqü çatmır,
ya bacarıqsızlığın
müdaifəsidir, ya
da qərəz və həsəd öz işini görür.
- Başqa xarici dövlətlərdə, heç
uzağa getməyək,
qardaş Türkiyədə
teatrlar özləri özlərini maliyyələşdirirlər,
dövlətdən, hansısa
nazirlikdən asılı
deyillər. Bizdə isə teatrları dövlət maliyyələşdirir.
Ümid varmı ki, tezliklə bizdə də teatrlar özlərini maliyyələşdirə
biləcəklər?
- Bilirsiniz, bu, dövlətin mədəniyyət
strategiyasına aid məsələdir. Bu, dövlətin
teatrlara diqqəti və münasibətidir. Azərbaycan teatrı dövlət teatrıdır.
Həvəskar, özəl
teatr deyil ki, mütləq kassaya görə işləsin,
kassaya görə var olsun. Türkiyədə amatör (amateur theatre, həvəskar)
teatrlar daha çoxdur. Ümumiyyətlə
belə bir yol, yanaşma da var ki, tamaşaçı nə
sevirsə, nə istəyirsə o cür tamaşa hazırlamaq lazımdır. O zaman tamaşalardan
qazanc götürmək
əsas məsələ
kimi nəzərdə
tutulur. Bu yanaşmada ideoloji məqsəd yoxdur. Bu, sənət naminə deyil, kassa naminə, dolanışıq naminə
gedilən yoldur. Yəni tamaşaçı
hansı tamaşanın
yaşayıb-yaşamayacağına qərar verir. Amma biz dövlət
teatrıyıq. Bizim sənət naminə və ideologiya naminə müəyyən
vəzifələrimiz var. Və
bizdə bu məsələlərə baxış
çox fərqlidir. Doğrudur, bizim də özəl teatrlarımız var. Onlar
siz deyən qaydalarla işləyə bilərlər. Biz isə dövlətin mədəniyyət
siyasətini yerinə
yetiririk. Ona görə
də dövlətin dəstəyindəyik.
Amma biz asılı deyilik. Biz repertuar planını özümüz qururuq. Nazirlik bununla bağlı bizə hansısa göstəriş
vermir. Biz öz kadrlarımızı özümüz
müəyyən edirik.
Biz işlədiyimiz insanları,
rejissorları çox
sərbəst şəkildə
müəyyənləşdiririk. Bu baxımdan, demək olar ki, demokraktik ab-havadayıq. “Nazirlikdən
asılılıq” sözü,
ümumiyyətlə, yerində
deyil. Sizin dediyiniz məsələ keçmişdə - 30 il bundan
əvvəldə qalıb.
İndi biz sadəcə olaraq
dövlət strategiyasının
mədəniyyət hissəsiyik.
Bu da normaldır. Dövlətin
mədəniyyət siyasətinə
xidmət edən bir müəssisəyik. Əlbəttə, sənət
müstəqilliyimizlə birgə.
O ki qaldı Azərbaycanda teatrın tam sərbəst
olaraq öz maliyyəsi ilə yaşaya bilməsi, var olmasına, bu, bir az çətin
məsələdir. Azərbaycan
xalqı heç də teatral millət deyil. Bizim tamaşaçının
intellektual, yaxud fəlsəfi teatra heç tabı yoxdur. Ən yaxşı halda melodrama, yaxud komediya istəyir. Biz daha çox filmə, seriala baxırıq. Amma teatr incəsənətin ən çətin, ən intellektual, ən canlı növüdür. Təsəvvür
edin ki, siz evdə, internetdə hansısa filmə baxa bilirsiniz, pultu basırsınız, istədiyinizi seçirsiniz.
Amma gedib filmin özünə kinoteatrda baxmaq, artıq bu filmin dəyərini
verməkdir.
Teatra canlı sənət olaraq dəyər verən az olsa da, var. Canlı sənətin öz xiridarları var. Təxmin edə bilərsinizmi ki, simfonik musiqiyə qulaq asmaq üçün konsertə gedən insanların sayı nə qədərdir?
- Az olar.
- Çox az. Bu o deməkdir
ki, o adamların ən
azı musiqi savadı, meyli və zövqü üst-üstə düşməlidir.
Bu, çox çətin
sənətdir. Ümumiyyətlə,
canlı sənətlərin
hamısı çətindir.
Teatr həmişə
tamaşaçıdan müəyyən
hazırlıq istəyir.
Teatra ancaq əyləncə vasitəsi
kimi baxmaq lazım deyil. Teatr bizim arzuladığımız,
düşündüyümüz, həll edə bilmədiyimiz gerçəkliyin
təxəyyüldə olan
variantdır. Müasir
tamaşaçıları nəzərə alsaq, müasir teatrın yeniliyə, yeni formalara,
yeni anlama nə dərəcədə ehtiyacı
var? Sual budur, bu... Dediklərimizə sonuc versək: beynimiz nəyi necə düşünürsə, teatrda
da onu görmək istəyir.
- Teatr həm də maarifləndirici rol oynayır...
- Bəli, həm də maarifləndirici rol oynayır. Amma əsasən bu sənət təxəyyülə
işləyir. Bu, Allah üçün
olan bir sənətdir. Onu anlamayan adam teatra əyləncə üçün gəlir.
Əyləncə görməyəndə
əsəbləşir. Əlbəttə,
hər kəsin gözümüz üstə
yeri var. Əyləncə
də olmalıdır.
Amma teatr yaxşı mənada ideoloji iş görməlidir. Müəyyən
mənada oxuduğumuz
əsərlərin tamaşa
variantını, təcəssüm
variantını göstərməlidir.
Bütövlükdə bunun
fövqündə maarifləndirmə
durur. Maarifləndirməyə
meyl nə qədərdisə, teatra
da meyl o qədərdir.
Haşiyə çıxım: Müasir
teatr dinamik inkişaf edən sənətdir. Demək
ki, tamaşa tək forma ifadəsi deyil, tamaşaçı ilə
ifaçı arasında
münasibətləri formalaşdıran
müəyyən situasiyanın
yaradılmasıdır. Müasir
teatr tamaşanı müstəqil sənət
əsəri kimi dərk etmək və reallaşdırmaq cəhdi ilə yanaşı, rejissoru da müəllif kimi anlamaq cəhdidir.
- Gənc Tamaşaçılar
Teatrında “Kod adı V.X.A" (Vətən
Xainlərinin Arvadları
– müəl.) adlı
tamaşanız çox
böyük əks-səda,
ajiotaj yaratmışdı.
Nə vaxtsa “Azdrama”da da o cür tamaşalara baxa biləcəyik?
- Siz "Əsrə bərabər gün"ə
baxmısınız?
- Təəssüflər olsun
ki, baxmamışam.
- Onda “nə vaxtsa”
sözü yerində
deyil. Mən düşünürəm ki, “Kod adı V.X.A" gerçək
reallığı yaşadığımız
dəhşətli tarixin
Sovet dövrünə
həsr olunan ən məşəqqətli
37 illərini əks etdirirdi. Bu tarixi faktlarla bərabər, həm də emosianal və həssas məqamları
da özündə ehtiva
etmişdi. "Əsrə
bərabər gün"
isə Çingiz Aytmatovun yaddaş və torpaq haqqında ən uzun hekayəti idi. Bu, Aytmatov dühası olmaqla yanaşı, həm də fəlsəfi teatrdır. Böyük mənada, kollektiv iş anlamında müqayisə etmək olar. Amma janr, tamaşaçıya aşılamaq
istədiyimiz məqsədin
forması, məramı
anlamında bu fəlsəfi teatrdır,
o isə konkret realist
(sənədli dram) teatr
idi. Hədəflər
başqadır, amma yanaşma forması eynidir: tamaşaçıya
həyatı böyük
tabloda göstərmək.
- “Azdrama”ya rəhbər
təyin olunmağınız
teatrsevərlər üçün
sevinclə qarşılandı.
Sənət adamları
da inanır ki, siz çoxsaylı tamaşaçısı
olan “Azdrama”nı
əvvəlki səviyyəsinə
qaytara biləcəksiniz.
Hazırda bu istiqamətdə nə kimi planlarınız var?
(Ardı var)
MEHRİBAN
ƏLƏKBƏRZADƏ
Söhbətləşdi: Fuad BİLƏSUVARLI
Hürriyyət. - 2024.- 23 aprel, ą15.- S.5.