ÖZÜNÜ
AXTARAN ADAM
Rasim Qaracanın “Zülmətdə alatoran”
adlı
avtobioqrafik romanı
haqda
Bir gün Diasfen günün günorta
çağı əlində çıraq bazarda qələbəliyin içində gəzirmiş.
Onu görənlər soruşublar ki,
nə axtarırsan?
Deyib,
“adam axtarıram”.
Məncə, kamillik yoluna düşən hər bir adamın ilk işi məhz günün gunorta çağı əlində çıraq özü özünü axtarmaq olmalıdır. Bu çıraq onun istedadından başqa bir şey olmamalıdır. Yəni hər bir insan əslində öz istedadına uyğun yaşamaqla, özü özünü axtarıb tapmış olur.
Rasim Qaraca mənə bağışladığı “Zülmətdə alatoran” adlı avtobioqrafik romanına məhz özü özünü axtarmağa cəhd etməsi ilə başlayır.
Roman haqqında yazmamışdan öncə, adı ilə bağlı bəzi fikirlərimi bölüşmək istəyirəm. Adətən, aydınlıqla
qaranlığın bir-birinə
qarışdığı vaxta alatoranlıq deyirlər. Buna “əsr vaxtı” da deyilir. Təbiətdə olan alatoranlığa uyğun
insan şüurunda da
alatoranlıq olur. Şüurda alatoranlıq
insanın həqiqəti
alayarımçıq dərk
etməsi kimi meydana çıxır.
Qeyd edim ki, Qaraca yeni nəsil Azərbaycan ədəbiyyatının özünəməxsus,
mən deyərdim, “qəribə” istedadlı təmsilçlərindəndir. Müstəqillik əldə
etdikdən sonra meydana çıxan bir çox cərəyanların Azərbaycanda
çətin qəbul
olunduğunu, əhalinin
gündəlik qayğılara
başı qarışdığını
və bədii zövqün yerini bayağı zövq tuduğunu, mədəniyyət
istehlakı böhranı
yaşandığını nəzərə alib, nə qədər çətinliklərlə uzləşdiyini
hamımız bilirik. Oxucu qıtlığı,
sovet ənənlərinin
ətalətinin boğucu
təsiri, inzibati təzyiqlər, sosial-iqtisadi
təsirlər yeni ədəbiyyatın
problemlərinin az bir qismini təşkil
edir. Bu şəraitdə
Qaraca və dostları ənənəvi
sovet ədəbiyyatina
qarşı yeni bir ədəbi hərəkat
başlatmış və
yaradıcı azadlıq
istəyən gəncləri
"Alotoran” jurnalının
ətrafna toplayaraq,
cox ciddi mübarizəyə
qalxmışdı.
Mən bu cərəyanları izləməyi özümə
borc bilmişəm, ən azından belə hesab edirəm ki, mədəniyyət
siyasi düşüncənin
anasıdır. Mədəni
olmayan heç bir insan siyasi
düşüncəyə malik ola bilməz. Bəlkə də məhz buna görədir ki, fundamental siyasi
dəyişikliklərə hamilə olan istənilən ölkədə
hələ inqilabçıların
ayaq səsləri eşidilmədiyi bir vaxtda ədəbiyyatda, incəsənətdə, bir
sözlə mədəni
həyatın butun sahələrində mövcud
dəyərlər sistemini
dağıtmağa başlayan
yaradıcı şəxslərin
hayqırtıları eşidilməyə
başlayır.
Qaraca özünün yaradıcılığında
ədəbiyyatı seçməsini
bu formanın “ucuz olması” ilə izah edir...
Əslində, ədəbiyyat
incəsənət əsərləri
icərisində geniş
və sürətli yayılma imkanına, mobil olmasına və yaradıcılıq
sahəsinin genişliyinə
görə fərqlənir.
Bəzən bir yazıçı öz əsərində sözlə
minlərlə rəsm
əsəri üçün
əsas olacaq təsvirlər, şairlər
öz şerləri ilə neçə-neçə
musiqi əsərinin yaradılmasına stimul verir.
Qaraca bu əsərində çox mühüm bir sual verir:
“Bizim arzularımızın
motivləri nələrdir?
Hər zaman ülvi motivlərdirmi, yoxsa bizim eqoizmimizdən və ya hərisliyimizdən
qaynaqlanır?” Əslində,
bu sual özünü
axtaran hər bir adamın qarsısında durur və hamı öz həyat yolu ilə bu
suala cavab vermiş olur. İnsan ikili valıqdır. Eqoizm onun heyvani təbiətindən,
ulvilik ruhi tərəfindən qaynaqlanır.
İnsanda eqoizmlə ulvilik vəhdət təşkil edir və hər bir insan eqoist
ola biləcəyi qədər,
ülvi və ya altruist də ola bilər. Bəs insanın bu yollardan hansını seçməsi nə ilə bağlıdır?!
Başqa sözlə,
fəaliyyətimizin motivizasiyası
nəyin təsirindən
qaynaqlanır? Bura bir çox sual da əlavə edə bilərik, amma bu iki sual
da kifayətdir ki, hər
bir şüurlu insanın özünü
axtararkən bir seçim qarşısında
olduğu aydın olsun. Heyvani təbiətin diqtəsi ilə eqoistik maraqlara doğru, ya da ruhunun diqtə
etdirdiyi altruizmə və Qaracanın dili ilə desək,
ülviliyə doğru
getsin.
Bəs insan bu yollardan
hər hansısını
nə üçün
seçir? Məncə,
insanın seçimi qarşısına çıxan
çətinliyi dəf
etmək gücü ilə bağlıdır.
İnsan ruhu da işıq kimidir. O da işıq qanunlarına tabe olur, yəni
ya çətinliyi dəf edib keçir,
ya çətinlik tərəfindən udulur,
ya da çətinlik onu geriyə çıxış nöqtəsinə
qaytarır. Gundəlik
qayğıların yaratdığı
sədləri aşa bilməyən kimsə
altruist arzularla yaşaya
və yarada bilməz. Bəzən bu sədlərin dağılması quruluşun
dağılması ilə
asanlaşır ki, Qaraca
da məhz sovet hökuməti dövründə
ədəbiyyata yol tapmağın mümkün
olmadığını, amma
quruluşun dağılması
ilə işıq ucu gördüyünü
etraf edir.
Bəli,
bizim siyasi azadlıqlarımız ilk növbədə
bizim yaradıcılıq
azadlığımıza yol
açır. Milli azadlıq
fərdi azadlıqsız
boş söz yığınağıdır. Buradan da yaradıcılıqda
seçimin siyasi və mənəvi azadlıqla bağlı olduğu aydın olur.
Qəzəbin nəticəsi insanin
gücü ilə bağlıdır. Buna görə,
zərif və zəif adamların qəzəbi insanlarda gülünc və ya yazıqlıq hissi yaradır. Uşağın qəzəbinə
yaşlıların verdiyi
reaksiya da bununla bağlıdır. Uşaq
qəzəbi komik tamaşalar kimi böyuklərdə qəhqəhə
yaradır. Eləcə
də uşaq kimi ülvi olanların da qəlbi döyənək olmuşlarda
gülüş yaratmaqdan
başqa bir şeyə yaramır.
Özünü tapan hər bir adamı onun özü kimi dəqiq tanıyan başqa bir insan ola bilməz.
İnsanın özünü
tanıması muhum məsələdir. O qədər
muhum məsələdir
ki, antik dövrdə Afinadakı "Delfa" məbədinin girəcəyində
yazılmışdır: “Ey
insan, özünü
tani, özünü tanısan dünyanı və Allahları da tanıya bilərsən”.
Qaraca özünü davakar kimi tanıtmır. Buna görə də onun qəzəbi qarşı tərəfdə
adekvat reaksiya yaratmır. Yaradıcı
adamın kini, qəzəbi ancaq onun yaradıcılığına
və şəxsiyyətinə
mənfi təsir edə bilər, yəni sirkə kimi nə qədər
tünd olsa öz qabını çatladar.
Qaracanın da düşdüyü qaranlıq ictimai mühit onu mütləq inkarçıya
çevirir. Artıq Qaraca Azərbaycan ədəbiyyatında yaxşı
heç nə görmür, ən ciddisi isə qəzəb və kin ona yaxşıları görməyə imkan vermir. Amma sən gözünü yummaqla dünya yox olmadığı kimi, ədalətsiz olaraq yaxşıları inkar etməklə onlar da yox olmur. Sadəcə,
bununla sən sırasında ola bilmirsən.
Bu, ölkəsindən və
fəaliyyətindən asılı
olmayaraq, hər bir mütləq inkarçı üçün
keçərlidir.
Qaraca özünü tapib, indi o, özünü başqalarına tanıtmaq
istəyir. Bunun üçün
ona vasitə lazımdır. Ədəbiyyatçının
populyarlaşması çap
olunmaqdan keçir. Qaraca çap səddini az qala Çin səddi kimi görur və bu səddi aşmağın
çətinlikləri qarşısında
az qalır ki, təslim olsun.
Hər bir insan öz
həyatının səyyahıdır.
Bütün çətinliklərinə
baxmayaraq, həyat yolunu özü üçün açmalıdır.
Bir insanın həyat
yolu onun gəncliyində salınır.
Yaşlansa da, insan ətalət üzrə o
yolla gedir. Qaraca da məhz gənclik enerjisi ilə özünü usyankar təbiəti ilə ədəbi yaradıcılıqda ozünə
yol açmağa cəhd edir. İnsanın mənəvi
üsyanı ondan böyük güc, cəsarət və enerji tələb edir. Bu üçü birlikdə yalnız gənclik dövründə
təzahür edir. Elə bizim Qaraca da öz gənclik enerjisini vulkan kimi püskürdərək,
yaradıcılığında inqilabi dəyişiklik edə bilir. Musa Yaqubun bir gözəl
sözü var, “tikanları
yox, çiçəkləri
qoruyun, zatən tikanlar özləri özlərini qoruya bilir”. Yaradıcı insan çiçək kimidir. Onun qorunmağa
ehtiyacı var. Vaxtında
onu qorumasan, qayğı göstərməsən,
o, asanlıqla solub xəzana çevrilir. Qaraca yaşadığı
bu mühitdə belə bir qayğını
görmədiyindən xeyli
məyus olur. Qaracanı dəhşətə
salan Azərbaycandakı
ədəbi mafiyadir. Çap olunmaq və ədəbi mühütdə yer tutmaq bu mafiyanın
bayrağı altına
keçməyi tələb
edir. Qaraca və onun dostları
isə öz bayraqları altında döyüşmək istəyir.
Bu bayraq rolunu onlar üçün “Alatoran”jurnalı oynadı.
"Alatoran" jurnalı, əslində, cəmiyyətə
yeni ədəbiyyat numunələri
təqdim edirdi. Amma innovasiya xəstələri
və ya muhafizəkarlar bu jurnalı az qala Azərbaycan ədəbiyyatına xəyanət
etməkdə ittiham edirdi. Qaraca özü başqalarının
çap üzərində
səlahiyyət əldə
etdiyi andan vaxtilə özünün
niyə çap edilmədiyini başa düşməyə başlayır.
“Musiqini pulu verən sifariş edir”. Başqa sözlə, elə bu Molla Nəsrəddinin
“sən çaldın”
lətifəsi ilə
eyni mənalıdır,
amma burada bir ciddilik var: pulunu ver, işini
gör.
Dahiləri yetişdirən mühit
adətən nadanlardan
təşkil olunur... Böyük ədəbi əsərlər də zövqsüz əsərlərin
kütləvi hal almasından sonra meydana çıxır. Peyin çox olan yerdə məhsul bol olur.
Cəmiyyət özünə xas
yaradıcı şəxsiyyət
istəyir və yalnız istəməklə
qalmır, onu özü yetişdirir. Durğunluq dövrü durğunluq ədəbiyyatını
yaradıb. Durğunluq
ədəbiyyatı nə
deməkdir? Ənənə
üzrə sifarişlə
təqvimə uyğun
yaradıcılıq durğunluq
ədəbiyyatının əsas
əlamətləridir. Qaraca
durğunluq dövrundə
yaşamış və
bu dövrün yaradıcı insandan nə tələb etdiyini anlamışdı.
Əsl istedadların durğunluq ədəbiyyatında
nə yeri, nə rolu ola bilər. Ona görə, bu dövr böyük
şəxsiyyət və
yaradıcı insanlarla
kasıbdır. Keçid
dövrləri təzə
ilə kohnənin toqquşduğu dövrlərdir.
Bəzən köhnə,
bəzən təzə
qalib gəlir. Köhnənin qələbəsi
cəmiyyəti geriyə,
ən yaxşı halda durğunluğa, təzənin qələbəsi
gələcəyə aparır.
Təzənin köhnəyə
qalib gəlməsi “yaradıcı dağıdıcılıq”
kimi meydana çıxır. Ətalətçilər
üçün yaradıcı
dağıdıcılıq böyük faciədir, amma yenilikçilər üçün bu, bir vəzifə və nailiyyətdir.
Qaraca ədəbiyyatda köhnə
ilə yeninin mübarizəsində dostları
ilə yenilik cəbhəsini təşkil
edir. Bu mübarizədə
nə məğlub, nə də qalibdirlər. Bir çoxları
kompromis yolu tutur, bəziləri cəbhəsini dəyişir,
bəziləri isə
inad edir və irəliyə, gələcəyə doğru
dartınır. Qaraca sonunculardandır. Onun təslim olmaq fikri yoxdur.
(Ardı var)
Sərdar CƏLALOĞLU
Hürriyyət.- 2024.- 10 dekabr,
№46.- S.3.