Vətənə ürəkdən bağlı
olanlar...
Vətən, torpaq uğrunda
ölümdən qorxmadan özünü
odun-alovun içinə atıb 44 günə Azərbaycanın
yeni, şanlı tarixini yazan şəhid
oğullarını xalq bir an belə unutmur. Masallı
Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət
Rəsm Qalereyasının birgə təşkilatçılığı
sayəsində baş tutan “Vətəni ürəkdən
başlayıb şəhidliklə bitən igidlərimiz”
adlı anım tədbiri də Vətən şəhidləri polkovnik-leytenant Ramiz Cəfərov, Natiq Həşimov və leytenant Vüsal Məhərrəmovun
yubiley günlərinə həsr olunmuşdu.
Təşkilatçı müəssisələrin
əməkdaşlarının, Masallı Dövlət Regional Kollecinin müəllim
və tələbələrinin qatıldığı tədbirdə
əvvəlcə Vətənin azadlığı və ərazi
bütövlüyü uğrunda canından keçən
şəhidlərin əziz xatirəsi ehtiramla anıldı.
Tədbiri giriş sözü
ilə açan muzeyin direktoru, Əməkdar
Mədəniyyət işçisi Əntiqə
Tağıyeva dedi: - Təcavüzkar Ermənistanın təxribatlarına
cavab olaraq əks hücum zamanı 44 günə Azərbaycan
öz ərazi bütövlüyünün bərpa və
tarixi yurd yeri Qarabağı işğaldan azad etdi.
Müharibədə qazanılan möhtəşəm qələbə
xalqımızın birliyi, həmrəyliyi, rəşadətli
Azərbaycan Ordusunun əsgər və zabitlərinin misilsiz qəhrəmanlığı,
əlbəttə, Müzəffər Ali Baş
Komandanımızın sərkərdə məharəti,
hücum diplomatiyasının və dəmir yumruğunun əzəməti
sayəsində oldu.
Sonra muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə,
qalereyanın direktor əvəzi Təhmasib Məcidov Birinci
Qarabağ müharibəsi şəhidi Natiq Həşimov, Vətən
Müharibəsi şəhidləri Ramiz Cəfərov və
Vüsal Məhərrəmov kimi
igidlərin qısa, lakin
şərəfli, hər gənc üçün örnək
olan ömür yollardan böyük qürurla söhbət açdılar, eləcə
də onların valideynlərinə ehtiramını
ifadə edərək
vurğuladılar ki, nə qədər Azərbaycan var, qədirbilən
Azərbaycan xalqı var şəhidlərin adları əbədi qəlblərdə yaşayacaq,
xatirələri həmişə
əziz tutulacaq.
Yekunda tədbir iştirakçıları
tərəfindən muzeydə şəhidlərə
aid eksponatlar nümayiş edilən bölməyə
baxış oldu və xatirə
şəkilləri çəkildi.
Zəfər
ORUCOĞLU
Hürriyyət.-
2024.- 24 dekabr, №48.- S.10.