Şəhid Vüsal Kazımovun həyat yolu...
Xalqımızın
qeyrətli, mətin oğulları oddan-alovdan keçərək 44 günə
əsir Qarabağımızı
azad etdilər. Bu haqq savaşında
Lənkəranın Yuxarı
Nüvədi kəndində
boya-başa çatan
baş leytenant Vüsal Kamran oğlu Kazımov döyüş meydanında
yağıya qarşı
son nəfəsinə
qədər vuruşub,
şəhadətə qovuşdu.
İndi Lənkəranda
böyük də, kiçik də qəhrəman Vüsalla qürur duyur, onun xatirəsini əziz tutmağı özünə müqəddəs
borc bilir. Vətən sevdalısının şəhadətə
qovuşduğu dördüncü
il münasibətilə
vaxtilə oxuduğu Yuxarı Nüvədi kənd M. Mirzəcanov adına tam orta məktəbində anım tədbiri keçirildi.
Tədbirdə ilk öncə bütün şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı, Azərbaycan Respublikasının
Dövlət Himni oxundu.
Məktəbin direktoru Ramiz Ramazanov çıxış
edərək dedi: - Şəhid Vüsal Kazımovun timsalında Vətən uğrunda canından keçən
bütün oğulların
etdiyi fədakarlıq
xalqımız üçün
hər şeydən qiymətlidir. Bu gün bizim ən böyük borcumuz 30 il düşmənə əsir
düşən Qarabağımızı azadlığa
qovuşduran igid Vətən oğullarının
xatirəsini yaşatmaq,
gələcək nəsillərə
ötürməkdir.
Digər natiqlər
də öz çıxışlarda 44 günlük
Vətən müharibəsində
Müzəffər Ali
Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi
ilə şanlı ordumuzun qazandığı
tarixi zəfərdən, əsgər və zabitlərin keçdiyi şərəfli
döyüş yolundan,
şəhid ailələrinə,
qazi və müharibə iştirakçılarına göstərilən
diqqət və qayğıdan danışdılar.
Tədbirin bədi
hissəsində şagirdlər
Vətəni, qəhrəmanlığı
tərənnüm edən
mahnı və şerlər oxudular.
Qeyd edək
ki, Vüsal Kazımov Vətən müharibəsində Füzuli
əməliyyatında, Cəbrayıl döyüşlərdə,
Xocavəndın, Şuşanın
azadlığı uğrunda
böyük şücaət
göstərib. Sonuncu
dəfə 26 oktyabrda
ailəsi ilə əlaqə saxlayıb. Şuşada gedən ağır vuruşların
birində həlak
olub. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayonu Yuxarı Nüvədi kəndində böyük
izdihamla yolunda can qoyduğu torpağa tapşırılıb.
Ölümündən sonra
3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordeni, “Vətən uğrunda”, ”, “İgidliyə görə”,
Xocavəndin və Füzulinin azadlığı uğrunda medalları ilə təltif olunub.
Bəli, Vətən,
torpaq yolunda canından keçərək
şəhidlik zirvəsinə
ucalmaq ən böyük şərəfdir.
Bu zirvə sahibləri əbədi bir ömür qazanırlar. Şəhid Vüsal Kazımov kimi...
Zəfər
ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hürriyyət.-
2024.- 24 dekabr, №48.- S.10.