AZƏRBAYCAN QARMONU

 

Əvvəli ötən sayımızda

 

Azərbaycanın bir gənci mənə messencer vasitəsilə müraciət etmişdi: “Niyə qarmonumuz geniş şəkildə tanınmır, dünyanın çalğı alətləri sırasında deyil?”.

 

Əvvəlcədən bildirirəm ki, Azərbaycan qarmonunun yaranması, tarixi mərhələləri barədə fikir bildirməyəcəm. Çünki bu barədə geniş məlumat çap olunaraq yayılan kitablarımda, məqalələrimdə elmi işimdə öz əksini tapıb.

Əksər dövlətlərdə, xalqlarda, millətlərdə istifadə olunan çalğı alətləri çoxdur saysaq böyük siyahı alınacaq. Həmin gənc fortepiano, orqan, klarnet, qoboy, fleyta, viola (violin-skripka), kontrabas, truba, trombon, faqot, gitara s. alətlərin adlarını nümunə olaraq göstərir. Dünyəvi çalğı alətləri daim simfonik digər orkestrlərin tərkibində, həmçinin solo olaraq çalınmaqdadır. Bəstəkarlar belə musiqi alətlərinin hər biri üçün əsərlər yazıblar bu yönümdə davam edir.Azərbaycan bəstəkarları da bu istiqamətdə çox görüb.

İllərlə qarmonumuzu dünya səhnələrində səsləndirərək yüksək səviyyədə ifa göstərən sənətçilərimiz olub. Səfərlərdə müxtəlif qrupların tərkibində, həm solist kimi Məmmədağa Ağayev, Zakir Mirzə, Avtandil İsrafilov, Abutalıb Sadıqov, Vaqif Əsədov, Hüseyn Həsənov, Xanlar Cəfərov, Ənvər Sadıqov (ən çoxQaytağıqrupu ilə), Kamil Vəzirov SSRİ xalq artisti Rəşid Behbudovun rəhbərlik etdiyi Dövlət Mahnı Mahnı Teatrının tərkibində, Səttar Hüseynov, Rafiq Əsgərov, Qulam Nəzərov Dövlət rəqs ansamblının müşayiətçisi kimi Faiq Əlibalayev SSRİ xalq artisti Zeynəb Xanlarovanın rəhbəri olduğu ansamblla qarmonu sevə-sevə məharətlə ifa ediblər.

Bu sətirlərin müəllifi xalq artisti Baba Mahmudoğlu ilə xarici ölkələrə səfərlərdə milli musiqimizin Azərbaycan qarmonunun təbliğatçılarından biri olmuşdur. O, belə konsertlərdən sonra səhnə arxasına gəlib onun qarmonu ilə maraqlananlarla rastlaşıb. onların suallarını cavablandırmaqdan, aləti səsləndirərək onları qarmonla daha yaxından tanış etməkdən məmnun olaraq qürurlanıb. Qarmonla maraqlananlar təbii ki, həmin ölkələrin ifaçıları, tədqiqatçıları musiqişünasları olur. Deməli, Azərbaycandan gedib dünya səhnələrində çıxış edən qarmonçalanlarımız da belə hallarla qarşılaşıblar.

Söyləməliyəm ki, xarici dövlətlərdə musiqisevərlərin, ifaçıların, musiqi xadimlərinin diqqətini cəlb edən Azərbaycan qarmonunun ifaçılıq qaydaları, özünəxas texniki imkanları, xüsusilə melizmlər, alətin xırdalıqlar, bər-bəzəkli xallarla çalınması gözəl tembrlə səslənməsidir. Axı bu səslənmədə xalqımızın, onun musiqisinin ruhu var.

Azərbaycan qarmon sənətinin çox gözəl, güclü rəngarəng ahəngdarlığı vardır. Milli qarmon sənəti daim musiqimizin zəngin ritmlərindən güc, min bir boyalı ahəngdarlığından gözəllik, təravət, məlahət, yaraşıq, bəzək alaraq könüllərə yol tapır.

Azərbaycan qarmon sənəti canına milli musiqimizin harmoniyasını hopduraraq ruhunda coşduraraq səslənmə yaradır.

Qeyd: “Son dövrlərdə ölkəmizdə hazırlanan bəzi qarmonların tembri milli musiqimizin, muğamlarımızın ruhundan zövqümüzdən tam uzaqdır. Bunu mütləq nəzərə almaq borcumuz var. Yalnız XXI əsrə aid üç üç oktava yarım, reqistrli qarmonlar deyil, hətta klassik qarmonlarımız arasında da, xoşagəlməz səsə, bəyənilməz, ruhumuza yad tembrə malik alətlərə rast gəlirik. Beləklassik quruluşlu”, lakin milli tembrdən kənar, zövq oxşamayan, eybəcər səsli qarmonları ifaçı necə çala bilir? You Tubedə Azərbaycanın bəzi ifaçılarının əlində elə qarmonları eşidirik ki, orada klassik milli tembr yoxdur, alətdən uşaq oyuncaq qarmonlarının, azyaşlılar üçün Rusiyada, digər ölkələrdə hazırlanan kiçik həcmli akkordeonların, rus qarmoşkalarının səsi gəlir. Bu milli qarmon sənətini hörmətdən salmaq, həqarət deyilmi? Belə haqqı sizə kim verib? İfanız yaxşıdır, çalırsınız, çalğıda hər şey var, lakin işlətdiyiniz qarmonun səsi bizə tam yaddır”.

Qeyd: “Bir mütəxəssis, yaradıcı insan, uzun illər ansambllarda çalışan, ifaçılıq sənətində təcrübə qazanan biri kimi daim novatorluğa üstünlük verməkdəyəm. Üç oktava, üç oktava yarım səs ardıcıllığına malik olan qarmonların əleyhinə deyiləm. Bu barədə ötən illərdə bir neçə dəfə yazılarım olub. Lakin bunlardan da klassik Azərbaycan qarmonlarının səsini eşitmək istəyirik. Qarmonumuzdan milli musiqimizin ətri gəlməli, ecazkar tembr sərgiləməli, şirin-şirin dillənməli, ruhumuza köklənməli, ürəyimizə yatmalı, doğmalıq yaratmalı, könlümüzü oynatmalı alətin səsi ilə daxili aləmimiz rahatlıq tapmalıdır”.

Türkiyədə qarmonumuzu sevənlər ifa edənlər tarixən orada yaşayan Azərbaycan türklərinin nəsil nümayəndələridir. Başqaları isə akkordeondan istifadə edirlər. Güney Azərbaycanda, İranın müxtəlif şəhərlərində, bölgələrində yaşayan soydaşlarımız üçün isə qarmon ən doğma, milli sevimli çalğı alətidir. Özbəkistan, Türkmənistan Qazaxıstanda yaşayan (Sovet dönəmində sürgünə məruz qalan) soydaşlarımızın nəsil davamçıları digər çalğı alətlərimizlə birgə qarmon da çalırlar.

Ölkəmizdə qarmon ifaçılığı ilbəil, aybaay, günbəgün irəliləməkdə, inkişaf etməkdədir. Buna səbəb istedadlı nəslin yetişməsi, qarmon sənətinə olan dərin məhəbbət bu ixtisasın uşaq musiqi, incəsənət məktəblərində, kolleclərdə ali təhsil müəssisələrində tədris olunmasıdır.

Fikrimin bu anında bunu qeyd etməyi lazım bilirəm. Son dövrdəçetvertton”larla mahnı, muğam oxuyan müğənnilər Azərbaycan qarmonunu sıxışdırıb kölgə altına salaraq sintezatora üstünlük verirlər. Müğənnilər qarmonçalanları sintezator ifa etməyə yönəldirlər. Qarmonçalanlar buna getməyə yalnız məcbur deyil, artıq məhkumdular. Əks təqdirdə işsiz qazancsız qalacaqlar. Artıq əksər toylarımızda milli musiqidən uzaq mahnılar səsləndiyi üçün qarmona ehtiyac duymurlar. Əlbəttə, bu xoşagəlməz eybəcər haldır. Azərbaycan qarmonu yaranıb, sevilib özünü doğruldub, təsdiq edib, formalaşıb meydanda öz sözünü deyəndən bəri el-obanın, xalqın, cəmiyyətin, şənliklərin, toy-büsatın sevilən, əsas aparıcı çalğı aləti olub. Qarmon ifaçılığı təcrübəli, samballı, geniş əhatəli, şan-şöhrətli, dərin məzmunlu, zəngin repertuarlı bir yol gəlib.

Mənə sualla müraciət edən həmin gənc oğlana mən sual verirəm: “Daim inkişafa tərəf yol alan bir milli musiqi alətinə öz ölkəmizdə müğənnilərin, bəzi sənət adamlarının (hətta bir neçə bəstəkarın) belə münasibəti varsa, Azərbaycan qarmonu dünya çalğı alətlərinin sırasına necə daxil ola bilər? İllərdir ki, Azərbaycandakı peşəkar xalq çalğı alətləri orkestrlərinin rəhbərləri ilə söhbət aparıb xahiş etmişəm ki, heyətin tərkibinə təhsilli, ixtisaslı gənc qarmon ifaçılarını cəlb etsinlər. Demişəm ki, belə olsa səslənmə yaxşıya doğru dəyişəcək. Lakin onların heç birindən müsbət cavab almamışam. Çoxdandır ki, yığışıb oturmuşam evdə. Axı milli qarmon ifaçılığının bu günü, sabahı barədə çalışdığım, perspektivli fikirlər söylədiyim üçün mən heç lazım deyiləm”.

Bir məsələyə toxunmalı oluram. Ermənilər harada yaşamasından asılı olmayaraq körüklü, dilli (klavişli) çalğı alətlərindən akkordeona üstünlük verərək daim bu alətdə ifa ediblər. Bu əsrdə vəziyyət dəyişib. Şimali-Cənubi Qafqazda, Moskva Sankt-Peterburqda yaşayan erməni akkordeonçalardan qarmon ifaçılığına qədəm qoyanlar var. Onlar rusların, tatarların, Qafqaz xalqlarının qarmonlarını deyil, məhz bizim klassik qarmonumuzu ifa edirlər. Əslində pis çalmırlar. Sual olunur, niyə Azərbaycan qarmonları onları cəlb edir? Çünki, bizim klassik qarmonların səslənməsi, tembri onları tam qane edir. Axı erməni ifaçılar bizim xalq, bəstəkar mahnılarını, oyun havalarımızı, muğamlarımızdan frazaları çalırlar. Azərbaycanın zəngin musiqi nümunələri yuxarıda qeyd etdiyim xalqların qarmonlarında, akkordeonlarda öz təsirində, sambalında, öz əhvalında, öz şirinliyi təsir əhvalı ilə səslənə bilməz. Ermənilər əsrlərlə çalğı alətlərimizi, musiqimizi, rəqslərimizi, Yallı”ları, “Cəngi”ləri, “Qaytağı”ları s. öz adlarına çıxaraq təbliğ etməkdədirlər. Onlar müəyyən dövrdən sonra qarmonumuza da sahib çıxaraq deyə bilərlər ki, bu bizimdir, erməni xalq çalğı alətidir.

Ermənilər daim hiyləgər məkrli olublar. Bir halda ki, qarmonçalanlar bizdə estrada müğənnilərinin tövsiyəsilə akkordeon, Şərq üslubu ilə çıxış edən müğənnilərin tələbilə sintezator ifa edirlər, ermənilər Azərbaycan qarmonuna daha böyük həvəs göstərəcəklər. , deyirsiniz, düşünməyə dəyərmi, nəticə çıxaraqmı? Hələlik bu qədər.

 

Əhsən Rəhmanlı,

Tədqiqatçı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Hürriyyət.- 2024.- 4 iyun, ¹21.- S.15.