Hünər dastanlı igid
Rəşid
Lətifovun həyat yolu
İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda canından keçməklə Azərbaycanın yeni, şanlı tarixinə əbədi olaraq adını yazan qəhrəmanlardan biri də Masallı rayonunun Tatyanoba kəndində dünyaya göz açan Rəşid Güləhməd oğlu Lətifovudur. Uşaqlıqdan qəlbinə hakim kəsilən Vətənə məhəbbət hissi ömrünün iyirminci ilində ona əzəmətli, möhtəşəm şəhidlik zirvəsindən boylanaq səadətini nəsb edib.
Beləcə Masallı elinin təmiz ürəkli, qeyrətli oğlu xalqın qəhrəmanlıq simvoluna dönüb gələcək nəsillər üçün qərinələr boyunca örnək olacaq bir həyat yaşamaqla, həm də dövlət tərəfindən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, «Vətən uğrunda» və digər medallara layiq görülüb. İndi adı dillərdə hünər dastanına dönən Rəşid təkcə öz doğmalarına deyil, bütün Azərbaycana qürurdur, şərəfdir.
Qəlbi Vətən, torpaq sevgisi ilə döyünən Rəşid Lətifov özünü bilən gündən erməni dığalarının cənnət-məkan Qarabağın işğalına qarşı barışmaz mövqe tutub.
2018-ci ilin yanvarında hərbi xidmətə düşməndən qisas almaq məqsədilə yola düşüb. Cəbhə bölgəsində doğma Vətənini göz bəbəyi kimi qoruyub, təlimlər zamanı cəsurluğu, çevikliyi ona hörmət gətirib. Həmişə də əsgər yoldaşlarına deyib ki, Vətən bizim şərəfimiz, mənliyimizdir. Onun yolunda lazım gəlsə ölümə getməyə hər an hazır olmalıyıq. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz.
Yağı düşmənə qarşı nifrət bəsləyən Rəşad əsgəri borcunu layiqincə yerinə yetirdikdən sonra MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib. İkinci Qarabağ müharibəsi başlananda o, ilk gündən silaha sarılıb yağı düşmənlə ölüm-dirim savaşına girib. Füzuli rayonunun azadlığı uğrunda göstərdiyi şücaəti dillərdə dastana dönüb. Axırıncı döyüş yeri Murovdağ istiqamətində olub. Burada son damla qanına qədər döyüşərək erməni dığalarını qanda boğmaqla 1oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hürriyyət.-
2024.- 5 mart, ¹9.- S.15.