Əzəmətli ölkə, möhtəşəm
diyar-doğma, əziz Türkiyə
əvvəli
ötən saylarımızda
Tarixdə
Amazonlar, Samsunda Amazon Köyü
Trabzonda
Atatürk Köyü, Uzungöl, Sera Gölü, Çal
Mağarası... Tütriyəyə şöhrət gətirən
gəzməli, görməli yerlər olduğu kimi, Samsunda da
gəzməli, görməli yerlər insanda bu günə,
tarixə, gələcəyə səyahət ovqatı
yaradırdı. Avqustun 18-də Amazon Köyünə getdik.
Samsunda
Amazonlar, Amazon Köyü insana tarixi səyahət etdirir.
Samsunun Amazonların yaşamış olduqları guşəsini
gəzməyimiz də çox yaddaqalan, olduqca maraqlı səahət
yerlərindən idi. Tarixdən Amazonlar döyüşkən
qadınlar qəbiləsi olduğu yaddaşlarda qalıb. Onun
adı savaşçı Qadın Toplumu olan Amazonlardan
götürmüşdür. Deyilənə görə,
“Amazon" adı kamandan ox atmağın asan olması
üçün qızların sağ döşlərinin
yandırılması adətindən meydana gəlib. Amazonlar
bütün vaxtlarını döyüşlərdə
keçirir, ox-kaman, döyüş baltası, yüngül
qalxanlarla silahlanır, özlərinə də dəbilqə
və paltarlar düzəldirmişlər. Amazonlar nəsli
davam etdirməyi qonşu tayfaların erkəkləri ilə
yerinə yetirirmişlər. Bundan doğulan oğlan
uşaqlarını ya öldürür, ya da atalarına
verir, qızları isə özlərinə
götürürmüşlər.
Samsunun
Amazon qadınlarının yaşadığı bölgə
olduğu Tarixdən bilinir. Arxeoloqlar və tarixçilər
Amazonların miladdan öncə 300-cü illərdə Termə
Çayı sahmanında, Amisos Təpəsinin ətəyindəki
zolaqda Thəmiskyra adlı kənddə (Amazon Köyündə)
yaşadıqlarını isbat etmişlər. Bir halda,
Amazonlar deyildiyi kimi, Samsunda yaşayıblar, onda Türkiyə,
türk xalqı onlara sahib çıxmaya bilməz.
2010-cu
ildə Batı Parkda yapılan Amazon Adası kanal vasitəsilə
Qara Dənizdən ayrılmış ayrıca bir adadır.
Körpülər yardımıyla keçilə bilən
adada eynı zamanda Amazon kanalı, qayırma dayanacaq, balıq
restoranları və əyləncə yerləri bulunur.
Onunçün böyük bir Amazon Qadın Heykelini, onun
çevre düzənləməsini yapmışlar. Heykəlin
hündürlüyü 15 metr, eni 4 metrdir,
ağırlığı 6 tondur. Bu heykəlləri 10 nəfər
Ankaralı və Samsunlu heykəltaraşlar 5 aylıq bir
çalışma sürəsinə başa gətirmişlər.
Amazon
Adasında yerləşən Amazon Heykəlinin biri
sağında, o biri solunda olmaqla “Anadolu Aslanları”
adlandırılan iki heykəl bulunur. Aslan heykəllərinin
içindən nərdivanla onun təpəsinə qalxmaq
mümkün olur. Samsun bir çox nöqtələrindən
görüle bilən Amazon qadını və “Anadolu
Aslanı” heykəllərilə tanınır. Samsun
Böyükşəhər Bələdiyəsi ilə On
Doqquz May Üniversiteti tərəfdən həyata keçirilən
köy, Samsuna gələn turistlərin bir nömrəli ziyarət
yeridir. İnanırıq, buradakı işlər bitməyib,
burada bundan sonra daha möhtəşəm, daha çox işlər
görüləcəkdir. Bunca, amazonların yaşamları
ilə bağlı heykəllər qoyulacaq, əzəmətli
relyeflər yaradılmalı olacaqdır.
Tarixdən
bilindiyi kimi, Amazonların əsl yeri Orta Asyadır. Orta
Asiyalılar soy olarak da Türkdürlər və İskitlerin
qadınları kimi tanınırlar. Amazonlar sadəcə qadın
savaşçı bir topluluqtur və tarixə də
savaşçı sifətiylə keçmişlər.
Dönəmin bütün savaş alətlərini
inanılmaz bir başarıyla işlətmiş, bir
yığın kişi ordu ilə qarşı-qarşıya
döyüşmmüşlər.
Türkiyədə
ərəblər
Türkiyədə
ərəb turistlər çoxdur. Trabzonda elə bilirsən, əhalinin
yarısı ərəblərdir, haraya gedirsən ərəbləri
görürsən. Dükana gedirsən - ərəblər, gəzimli
yerlərə gedirsən - ərəblər, çay evinə
gedirsən - ərəblər, muzeyə gedirsən - ərəblər.
Bununla, Ərəblər həm də, Türkiyəyə elə-belə
gəlmirlər, turist sifətilə gəlirlər. Onlar dəstə
ilə gəzirlər. Hər yerdə Türkiyə
qayda-qanunlarına, Türkiyədə mövcud nizam-intizama
sayğılı olurlar. Daha doğrusu, onlar Türkiyənin
iç qanunlarına, türk xalqının gələnək-görənəklərinə
yetərincə əməl edirlər. Öz yetənəklərini
də saxlayırlar. Qadınlar örtüklə gəzirlər.
Türkiyəlilər də buna öyrəşmişlər.
Heç kim hicablı, yalnız gözləri görünən
qadınlara təəccüblənmir. Kişilər isə,
geyimlərində türkiyəlilərdən heç də fərqlənmir.
Onlar demək olar, Türkiyənin turist və alqı-satqı
planını ödəyirlər. Özlərini sakit, tərbiyəli
aparırlar. Acgöz, “görməmiş” deyillər. Hər
yanda iki-iki, üç-üç... gəzişirlər.
Türkiyədə
bələdiyələr
Türkiyə
şəhərində mədəniyət, istirahət, təmizlik,
şəhər nəqliyatı, şəhər təsərrüfatı
və bu sıradan olan bir çox işlərə bələdiyə
baxır, yerinə yetirdiyi şeylərin, problemlərin
üstünə öz adını (Böyükşəhər
Bələdiyəsi) yazır. Bu baxımdan bələdiyənin
işinin yaxşısı da, yavası da göz
qabağında olur. Bələdiyə bölümləri
bir-biri ilə elə bil, yarışa girirlər. Baxırsan,
hər yer səliqə-sahmanlı, hər şey öz yerində.
Marketlərdə, dükanlarda, restoranlarda, kafelərdə,
çay evlərində, bir sözlə, toplumluqla ilgili olan hər
yerdə “Siqara içilməz” bildirisi yazılır, buna
hamı bir nəfər kimi riayət edir, restoranlarda, kafelərdə,
özəllikcə toplumla ilgili olan yerlərdə spirtli
içki içən yoxdur. Heç bir marketdə, dükanda
spirtli içki satıldığının şahidi
olmadıq. Heç yerdə cinayət törətməyə
yön verən əlavə səbəb
yaradıcıısı demək olar, diqqətə
çatmırdı. Marketlər, mağazalar, dükanlar, bazarlar
gərəkən mallarla dolu idi. Şəhərin
aparıcı işlərin yerinə yetirilməsi bələdiyələrin
işinə aid idi. Türkiyə Cümhuriyətində Bələdiyə
sayılıb-seçilən örgütlərdəndir.
Türkiyə Bələdiyəsi devlətçün həm
də kadr hazırlayan bir orqan görəvi daşıyır.
Zaman-zaman Bələdiyə başarıqlısı Devlət
hakimiyətində mühüm görəv tutur. Türkiyə
Cümhuriyətinin indiki başkanı Rəcəb Təyyub
Ərdoğan da Bələdiyə Başkanlığından
gəlib başkan olmuşdur.
Türkiyədə
dövlət yönətiçiliyi
Türkiyəyə
bir turist gözüylə baxdıqda Trabzon və Samsunun
timsalında nizam-intizama, qayda-qanuna yetərincə riayət
olunduğu, hər şeyin öz yerində olduğu diqqətçəkəndir.
Türkiyənin sənayesi, kənd təsərrüfatı gərəkən
səviyədə inkişaf edib və inkişaf etməkdədir.
Bu işdə sözsüz, devlət yönəticiliyi
mühüm rol oynayır. Hər şey öz yerində
qoyulub. Görəvlərə təyinatda qohumculluq,
tayfacıllıq, yerlicillik heç bir rol oynamır. Söhbətləşdiyim
şəxslərdə bu yöndə ciddi bir
narazılığa tuş gəlmədim. Hər kəsin
işi-gücü vardı, hər kəs öz işində-gücündə
idi. Bircə şəxs bütün dünyanın
düşmən edildiyindən gileyləndi, onu bir qədər
danışdırdım. O, öz fikrini
aydınlaşdırdı, gördüm, Vətənini, millətini
ürəkdən sevən adamdır, dedikləri səmimidir.
Dedikləri prezidentin dış siyasətinə aid idi, deyirdi,
Türkiyə devlətinin başçısı Rəcəb
Təyyub Ərdoğan bütün dünyanı bizimlə
düşmən eləyib. Bu fikri Bakıda işlədənlər
də var. Ancaq bu dedikləri haqda mənim Bakıda olanda da
öz şəxsi fikirlərim vardı, Trabzonda olanda da. Bu
fikir ondan ibarətdir, Rəcəb Təyyub
Ərdoğanın ən çox xoşuma gələn
işi elə, həmin məsələdir.
Qarşımdakı söhbətçimə dedim, yox, cənab
Ərdoğan sizi dünya ilə düşmən etmədi,
sizə, əslində, türk və İslam dünyasına
düşmənlərini tanıtdı, dedi, bunların əməllərinə
bir baxın, görün bunlar sizlərdən nə istəyir!
Terror örgütləri yaradıb sizin, türkiyə
xalqının üstünə düşüblər,
Türkiyəni zəiflətmək, dağıtmaq, türk
xalqını məhv etmək istəyirlər. Bilirlər,
dünya türklərinin canı burada – Türkiyədədir,
Türkiyəni məhv etsələr, dünya türklərini
çətinlik çəkmədən məhv edə bilərlər.
Türkiyənin bugünkü möhtəşəm gəlişmələri
onlarda qorxu duyumu yaradır. Onu da bilirlər, bütün
İslam aləminin də ümidi Türkiyədir. Türkiyə
məhv edilsə, İslam aləminin məhv edilməsi
üçün əngəllərə rast gəlməzlər.
Neçə onillərdir, Türkiyənin Avropa Birliyinə
üyə olmasını əngəlləyirlər. Nədəni
nədən ibarətdir? Rəcəb Təyyub Ərdoğan
bütün bunları görür və bütünlükcə
türklərə və müsəlmanlara onların
düşmənlərinin kim olduğunu anladır. Başqa
cür desək, o, dünyanı Türkiyəyə
düşmən eləmir, Türkiyəyə öz
düşmənlərini tanıdır. Türkiyə və
bütünlükcə İslam Aləmi üçün
bundan dəyərli, bundan önəmli nə ola bilər?
Bizim qənaətimizcə,
Rəcəb Təyyub Ərdoğan Türkiyənin Qazi Mustafa
Kamal Atatürkdən sonra ən qüdrətli devlət
öndərlərinin birincilərindəndir. İndi ərəb
ölkələri onların var-yoxlarını zaman-zaman
talayanları, özlərinə qarşı terrorlar törədənləri,
başbilənlərini (Səddam Hüseyin, Mühəmmər
Qəzzafi, Hüsnü Mübarək, Bəşər Əsəd...)
təhqiredici şəkildə öldürənləri və
öldürmək istəyənləri, onları
başsız qoyanları yaxşı tanıyır, Türkiyəninin
onlara arxa durduğunu görür, onu özünün
başbiləni, ağsaqqalı sayır. Bütün bunlar
Türkiyə Cümhuriyəti Rəcəb Təyyub
Ərdoğanın sayəsində baş verib. Onlar indi
bütün dünya müsəlmanlarına münasibətdə
Türkiyəni, onun mövqeyini mütləq nəzərə
alırlar.
Ardı
var
Prof.Dr.
Bəhmən SULTANLI
Hürriyyət.-
2024.- 19 noyabr, ¹43.- S.5.