Əzəmətli ölkə, möhtəşəm
diyar Doğma, əziz Türkiyə
Türkiyəni, oradakı yaşam
şəraitini, Türkiyənin
təbiətini seyr etmək, insanlarını
görmək, onların
yaşayışı, yaşam
tərzi ilə tanışlıq mənim
hələ gənclik
illərimdəki arzularımdan
idi. Bu istəyimə uzun illərdən sonra, çox gec də olsa,
çatdım. Bu ilin
(2017) avqust ayında xanımım, qızım
Nigar, kürəkənim
Heydər, torunlarım
Nərmin və İnci ilə Türkiyəyə yola düşdük. Mən Türkiyəyə tədbirə
qatılmaqçın gedirdim,
onlarsa, məni tək buraxmamaqçın
mənimlə bərabər
getdilər. Ayın
12-də Böyük Türkiyənin
gəzməli, görməli
Trabzon şəhərinə yetişdik, Trabzon star pansionunda
yerləşdik. Istər
pansionun başkanlığı,
istərsə də işçiləri Bakıdan
gəlmiş olduğumuzu
biləndə bizə
doğmalıq, yaxınlıq
göstərdilər. Pansion
təmiz, səliqəli,
Qayda-qanunlu, başkanı
Ahmet İhsan Yıldırım, pansionun bütün işçiləri mədəni,
mehriban idilər. Azərbaycandan, Bakıdan olduğumuzu biləndə
bizə olan münasibətləri daha
da istiləşdi, doğmalaşdı.
Bu ilgi qardaşlıq
ilgisi idi. Onlara təşəkkürlər.
Burada yer alandan sonra “Meydan” deyilən yerdə olduq. Meydanın tən ortasında əfsanəvi siyasətçi,
dövlət başçısı,
sərkərdə olan,
bütün türklərin
Atası Qazi Mustafa Kamal Atatürkün
əzəmətli heykəli
ucalırdı. Heykəllə
foto yapdıq.
Hər yerə getsəydin orada Atatürkün qürurverici şəkilini,
möhtəşəm büstünü,
heykəlini, sevgi dolu təsvirini görərdin, insanların
ona olan sevgisini, məhəbbətini
duyardın. Qazi Mustafa Kamal Atatürk bütün dünyada rəğbət bəslənən,
sevilən qüdrətli
bir şəxs olub. Böyük Öndər haqqında hələ zalım rus-sovet imperiyası dönəmində Azərbaycanda
yaxşı tanınırdı,
sevilirdi, haqqında hər zaman söz açılırdı. Azərtürk
xalqı onunla iftixar duyurdu.
Ulu Məkan - Atatürk Köyü
Elə Trabzonda olduğumuz ilk gündə Bütün Türklərin Atası
Qazi Mustafa Kamal Atatürk Köyü onun yaşadığı,
dincəldiyi, düşündüyü,
çalışdığı, görüşlər keçirdiyi,
mütaliə etdiyi
“Atatürk Köyü” Trabzon şəhərinin başı
üstdə, dağın
üstündə, meşəlik,
çəmənlik, gül-çiçək
əhatəsində yerləşir.
Böyük Öndərin işlədiyi,
dincəldiyi, yatdığı
otağa baxdıq, yemək otağını,
mətbəxini, oxu zalını, qəbul otağını, kitabxanasını
gəzdik. Mustafa Kamal Atatürrk
boyda nəhəng bir insanın, nəhəng devlət hizmətçisinin, dünya
sərkərdəsinin belə
sadə yaşam şəraiti adamda onun kimi millətyini,
devlətini, insanlığı
sevən bir şəxsin mevcudluğu haqqında dolğun bilgilər verir, onun nəhəngliyini zehində canlandırırdı.
Mustafa Kamal Atatürkün köyünü
ziyarət etməyə
gələn Atatürksevənlərin
ardı-arası kəsilmirdi.
Bunların sırasında
Türkiyəyə aralarında
çoxsaylı ərəblər
də olan turist sifətilə gələnlər son dərəcə
çox idi. Gələnlər belə
sadəliklə belə
nəhəngliyin çulğaşdığını
görüb başqa təmsil olunduqları devlətlərin başçılarıyla,
sərvət, şöhrət,
qənimət düşgünləriylə
qarşılaşdıraraq heyrətlənirdilər. Məncə
böyüklük deyəndə,
Mustafa Kamal Atatürk böyüklüyünü
anmaq gərəkdir. Onda böyüklüyün,
devlət başçısında
böyüklüyün nə
demək olduğu da insan zehnində özünə yer eləyər...
Trabzonun gəzimli, görümlü
yerləri
Trabzonda
ərəblər çox
idi. Hər yerə doluşmuşdular.
Onlar haraya, hansı dükana, marketə girirdilərsə,
oradan aşırı
sayda geyim malları, ev avadanlıqları, məişət
əşyaları alırdılar.
Ərəblərlə söhbətlərdən
onların Türkiyədə
məskunlaşmaq məqsədi
daşımadıqları aydın
olurdu.
Türkiyədə məqsədi turist
axınının qarşısını
almaq, Türkiyəni zəiflətmək, parçalamaq
olan ardıcıl
terror aktı törədiləndə,
Türkiyə ilə alqı-satqı ilişgiləri
kəsiləndə Səudiyə
Ərəbistanının Şahzadəsi
Türkiyəni rahatsız
olmamağa çalışdı,
dedi, rahatsız olmayın, Türkiyənin
kənd təsərrüfatı
məhsullarını biz alacağıq,
Türkiyəyə turist
axını bizdən
olacaq. Şahzadə öz vədini doğrultdu. İndi Türkiyənin
kənd təsərrüfatı
məhsullarını ərəblər
alırlar, oraya turist axını da ərəb ölkələrindən
baş verir. Ara-sıra buna başqa rəng qatanlar da olur, ancaq, haqsız
yerə, o deyilənlər
həqiqəti əks
etdirmir.
Türkiyə Cümhuriyətinin başkanı
cənab Rəcəb Təyyub Ərdoğanın
dediyi kimi, Türkiyə Cümhuriyəti
türklərin Vətənidir
və türk xalqı xayın gözlə baxanın gözlərini hər
zaman oymuş, yenə
də oyacaqdır. İş odur, bütün dünyanın
tarixdən gələn
qənaəti də hər zaman belə olmuşdur və indi də belədir.
Tarix türklərlə
yalnız düz danışanın hayatda qazanmış olduğunun
şahidi olmuşdur.
Avqustun
14-də turist maşını
ilə Trabzondan 3-4 saatlıq uzaqlıqda olan Uzungöl İstirahət Mərkəzinə
yollandıq. Uzungölə
aparan yol təqribən Trabzondan
150-200 kilometr ucalıqda
olan ormandan başlayırdı. Öncə
təpəsi çox
ucalıqda olan başqa bir dağ gəlirdi, sonra başlanğıcını
dağın təpəsindən
götürən dere,
sonra bu ucalıqda dağ, sonra bu ucalığı
müşaiyət eləyən
dərə... Silsilə
dağlar, onların müşaiyətçisi olan
dərələr... Bir-birinə
arxa duran dağlar da, dərələr
də sıra ilə düzülmüşdü,
beş deyildi, on deyildi...
Uzundərəyə aparan yoldan dağın başına sarı baxanda adamın gözü qamaşırdı.
Dağlar dik deyildi, elə bil, toprağı bərk-bərk qucaqlamışdı,
sanasan, toprağın
ondan ayrılacağından,
harayasa gedəcəyindən
ehtiyatlanır, onu buraxmayacağını bildirirdi.
Dağlar yamyaşıl
ormanlarla örtülü
idi.
Dağların başını duman
bürümüş, sanasan,
onu ağ örpəklə çalmalamışdı.
Dağların sayı
qədər də dərələr vardı.
Dağlar ormanlarla, yaşıllıqlarla örtülmüşdü.
Dərələrdən şarhaşarla
çaylar axırdı.
Elə bil, bu dərələr, bu çaylar dağların keşiyini çəkirdi, deyirdi, xayın amalla dağa doğru gələn olsa, onu öz selində
boğacaqdır. Bu, Türkiyə
torpağının möcüzəli
mənzərələrindəndir. Uzungölə çatdıq.
Burada təbiətin göz oxşayan, qəlb riqqətə gətirən gözəllikləri
Uzungölün gözəlliyini
daha da artırırdı.
Uzungölün yörəsində
alış-veriş mərkəzləri,
çay evləri, kafelər çalışma
yapırdı, hər
yanında hər şey yerli-yerində,
nizam-intizam öz yolunda...
Arabir dağların başını
saran duman bir az qatılaşıb buluda çevrilərək
dağ boyu aşağı enməyə
başlayır, birdən
göy guruldayır, göydən yağış
tökür, nə tökür... Hamı qaçıb ticarət köşklərində, dincələcəklərdə,
kafelərdə, restoranlarda
daldalanır. Yağış
yağması 15-20 dəqiqə
çəkir. Yağış
səhliyir, heç nə olmamış kimi gün çıxır,
yenə dincələn
dincəlməyində, alış-veriş
edənlər öz işlərində, seyirçilər
də öz seyirçiliklərində...
Sevimli dağlar, dərələr,
çaylar, ormanlar! Siz bir-birinizə arxasınız, bir-birinizi
qoruyursunuz, bir-birinizin
mötəbər keşikçəkəni,
əzizi, Böyük
Türkiyənin ürəklərdə
boylanan sevimlisisiniz! Sizlər heç zaman unutmasın, bütün türklərin sevinc, qürur, güvənc yeri, dayağı, böyük Vətəni Türkiyə kimi əzəmətli, möhtəşəm
bir Cümhuriyətin ərazisindəsiniz. Möhtəşəm
Türkiyə Cümhuriyəti,
onun yenilməz, mərd, qəhrəman evladları yüzillər
boyu sizləri göz bəbəyitək
qoruyub, indi də sevə-sevə, əzizləyə-əzizləyə qoruyur, sizlərlə qürur duyur və insanlıq tarixi uzandıqca sevə-sevə, əzizləyə-əzizləyə
qoruyacaq, yaşadacaqdır,
sizlərə xayın
baxan gözləri oyacaq, yad niyətləri ürəklərdə qoyacaqdır.
Eşq olsun sizlərə, sizlərin sədaqətinizə, vüqarınıza,
etibarınıza!
Ardı var
Bəhmən SULTANLI
Hürriyyət.-
2024.- 29 oktyabr, ¹41.- S.13.