Yenidən Təbrizdə

 

...Ağayi Pişəvəri o günlər tez-tez məsləhət məclisləri keçirirdi. Təbrizdə olan deputatlardan başqa orada vəzirlər, idarə başçıları, ruhanilərin nümayəndələri, ağsaqqallar, fədai başçıları da iştirak edirdi. Bu yığıncaqların birində Pişəvəri xəbər verdi ki, Qəvamül-Səltənə Azərbaycan dövlət nümayəndələri ilə bağladığı qərardadı (Azərbaycan Milli Muxtariyyətini tanıdığı qərardadı) pozaraq Azərbaycana hücum etməyə hazırlaşır. Əldə olan məlumata görə, Amerika silahları, tankları ilə silahlanmış şah qoşunları Qəzvin şəhərinə toplanıb fərman gözləyir. Ağayi Pişəvərinin bu məlumatından sonra məclis iştirakçıları bu qərara gəldilər ki, müqavimət göstərmək, şah ordusunun Azərbaycan torpaqlarına soxulmasına yol verməmək lazımdır. Bu qərar Qaflankuh cəbhəsində olan fədailərə çatdırıldı.

İran dövləti bütün ölkə üzrə İranın Milli Məclisində keçiriləcək növbəti seçkilərdəAzərbaycanda seçkilərə nəzarət etməkpərdəsi altında Azərbaycana qoşun yeritməyə başladı. Sonralar məlum oldu ki, İran dövlətinin amerikalılarla hazırladığı bu plana Şurəvilər razılıq vermişdi. Yuxarıda verilən əmrə istər-istəməz razılıq verən Pişəvəri, Qaflantı fədailərinə xəbər verdi ki, şah qoşunlarına müqavimət göstərməsinlər. Belə ki, Qəzvindən hərəkət edən qoşun az bir vaxtda Zəncan şəhərinə daxil oldu. Qoşun gələn kimi şəhərin bütün idarələrini tutdu, idarə başçıları, firqə nümayəndələri, inzibati idarələrin işçiləri həbs edildi, müqavimət göstərənlər yerindəcə güllələndi. Şah qoşunlarının bu vəhşiliyinə qarşı Təbrizdə başqa şəhərlərdə etiraz mitinqləri keçirildi. Şəhər meydanında qoyulan radio mikrofonları mitinqdə edilən çıxışları bütün dünyaya yaydı. Pişəvəri Milli Məclisin iclasını çağırdı, bu xəyanətə qarşı Milli Məclisin qərarını soruşdu. Milli hökumətin necə hərəkət etməsini məclisin müzakirəsinə verdi. Milli Məclis Qəvam dövlətinin işğalçılıq siyasətini pislədi təslim olmamağa, son nəfərə qədər vuruşmağa səs verdi.

Həmin gün Pişəvəri radioda çıxış etdi, mərkəzi hökumətin qoşunlarının Zəncan şəhərində etdiyi xəyanətdən, dinc əhaliyə divan tutmasından danışdı, Qəvam hökumətini ittiham etdi axırda Milli Məclisin təslim olmamaq, müqavimət göstərmək qərarını bütün dünyaya çatdırdı. Milli Məclisin qərarından sonra Təbriz şəhərinin ətrafında səngərlər qazıldı, şəhərə mühüm idarələri qorumaq üçün qumla doldurulmuş kisələr gətirildi. Belə səngərlərdən biri radio idarəsinin ətrafında quruldu fədailərdən keşikçilər qoyuldu. Xaricdən ardıcıl təsir olunmasına baxmayaraq, Pişəvəri təslim olmaq istəmir, şəhərin müdafiəsini təşkil edirdi.

Qəvamül-Səltənə, Şah, Azərbaycanda Kürdüstanda gedən milli azadlıq hərəkatının genişlənib İranın başqa vilayətlərinə yayılmasından qorxuya düşərək hərəkatın qarşısını almaq üçün Azərbaycana Kürdüstana milli muxtariyyət yanaşı, öz məqsədlərini həyata keçirmək üçün vaxt qazanmağa çalışırdılar.

Qəvamül-Səltənə Azərbaycan Kürdüstanla müqavilə bağlayandan az sonra Moskvaya getdi. Onun bu səfəri o qədər təəccüb doğrumadı. Moskvada Qəvam Sovet dövləti ilə müqavilə imzaladı. Bu sazişə görə, Sovet dövlətinə, İranın şimal əyalətlərində olan nefti istismar etməyə razılıq verilirdi. Bundan istifadə edən Qəvvam şah qoşunlarının seçkilərə nəzarət etməsi üçün Azərbaycana Kürdüstana getməsinə Sovetlədən razılıq alır. Elə buna görə şah qoşunlarının Azərbaycana gəlməsinəPişəvərinin mane olmaması üçün ona təzyiq göstərilir. Beləliklə, Sovetlər Azərbaycanın, Kürdüstanın azadlığını Qəvamin onlara vəd etdiyi neftə qurban verirlər. Şah qoşunları Azərbaycanı, Kürdüstanı işğal edəndən sonra Qəvam söz verir ki, imzaladığı müqaviləni İran Milli Məclisinin təsdiqinə versin. Ancaq özü qabaqcadan istefa verir. Təşkil olunmuş yeni hökumət həmin müqaviləni məclisə təqdim etməkdən imtina edir. Beləliklə Sovetlərin İran neftini ələ keçirmək istəkləri baş tutmur.

1946-cı ilin dekabrında Pişəvəri Təbrizi tərk etməli oldu. ADF-nin sədri vəzifəsi Məhəmməd Biriyaya tapşırıldı. Bir qayda olaraq, axşam saat 5-də MK-nın binası qarşısına toplaşan camaat xalqa Pişəvərinin deyil, Biriyanın müraciət etdiyini görəndə təəccüb etdi. Biriya adamları sakitliyə dəvət edib, ancaq seçkilərə nəzarət etmək üçün gəldiyini deyəndə, kütlədən etiraz səsləri ucaldı. Pişəvərini görməyən kütlə, məsələnin yerdə olduğunu, Pişəvərinin Təbrizi tərk etdiyini başa düşüb dağılışdı.

1947-ci ilin baharında, aprel ayının 15-də, axşam hava qaralanandan sonra, maşınımız Təbrizdən şimala hərəkət edəndə, içimdə ilk dəfə ayrılığın kədərini duydum. Bu kədər haradan gəldi? Niyə birdən qəlbimə dolub, onu sıxmağa başladı? Ölümün pəncəsindən, zindanın işgəncələrindən yaxa qurtarıb getdiyim zaman, bu kədərlənmək idi? Bəlkə bu kədər ayrıldığım ailəmin, qoyub getdiyim Təbrizin, itirdiyim azadlığın, şəhid olmuş dostlarımın, gələcəkdə xatirəyə dönəcək xatırlandıqca mənə əzab verəcək günlərin ilk əlaməti idi? Bəlkə 26 yaşında olan bir gəncin sonu olmayan tale səfərinin ilk qaranquşu idi bu kədər? isə... Yanımızdan ötən fayton atlarının asfalta dəyən nallarının yeksənək səsi məni bu kədərdən ayırdı. Dönüb son dəfə arxada qalanDumanlı Təbriz”ə baxdım.

Yenə millətin halı vallah yamandı...

 

Fuad Kamil oğlu

 

Hürriyyət.- 2024.- 17 sentyabr, ¹35.- S.15.