İnsan qəlbinin tərənnümçüsü...

 

Musiqimizin korifeyi Üzeyir bəyə sonsuz sevgilərlə

 

 Yaradıcılıqla məşğul olduğum təxminən 20 ilə yaxın bir müddət ərzində ilk dəfə idi ki, çox çətin bir duruma düşmüşdüm. Sentyabr ayının 18 - dünyaya göz açmış musiqi korifeyimiz, opera sənətimizin banisi Üzeyir Hacıbəylinin doğum günü ilə əlaqədar bir yazı hazırlamaq istəyirdim. Yazmaq məqamı gələndə hiss etdim ki, çox çətin bir yükün altına girmişəm. Özümü ucu-bucağı görünməyən, qırçın ləpələri sahili dayanmadan döyəcləyən okean qarşısında sandım. Hardan başlayım, nədən başlayım?!.. Bir insan ömrü bu qədər zəngin ola bilərmi?! Sən demə, mümkünmüş...

 Ancaq gərək o şəxsin sinəsində öz xalqı, milləti üçün gecə-gündüz yanan, çağlayan Üzeyir bəy ürəyi olsun... yaxşı ki, xalqımızın belə fədakar, xalqın maariflənməsi tərəqqisi üçün rahatlıq olduğunu bir an belə xəyalına gətirməyən oğulları, millət fədailəri olub.Əsrin zəkalı müəllimi, bəstəkar, görkəmli musiqişünas nəzəriyyəçi, jurnalist, ədib, tanınmış ictimai -siyasi xadim Üzeyir Hacıbəyli. Kənd mirzəsi Əbdülhüseyn ailəsini dolandırmaqda çətinlik çəkdiyi üçün Ağcabədidən köçüb Şuşaya gələndə, heç ağlına da gəlməzdi ki, o, Şuşaya köçməklə, təkcə ailəsini dolanışıq problemini həll etmirdi, həm oğlu Üzeyiri musiqi beşiyi olan bir məkana gətirirdi.Yeniyetmə Üzeyir Şuşanı - musiqi ilə yatan, musiqi ilə oyanan bu şəhəri sevdi.Qədim Şuşa musiqi beşiyi idi. Kövrək qəlbli yeniyetmə körpə Üzeyir bu musiqi beşiyində sanki məst olmuşdu. Ürəyində min bir arzu yatan Üzeyir daim oxumaq, öyrənmək, öyrətmək eşqi ilə yaşayırdı. Elə bu arzu ilə taleyini Qori müəllimlər seminariyası ilə bağladı. Sonra da aldığı təhsil, təmasda olduğu ziyalılar onun həyatında mühim rol oynadı. Seminariyanı bitirib müəllim kimi fəaliyyət göstərdi. Taleyini Bakı şəhəri ilə bağladıqdan sonra qarşısında daha geniş üfüqlər açıldı. Üzeyirin dövrü mətbuatla sıx  əlaqəsi onun yeni bir istedadını üzə çıxardı. O dövrün populyar olan mətbu orqanlarında dərc olunan felyetonları, məqalələri əl-əl gəzirdi. Bakı mühiti çox maraqlı rəngarəng idi. Üzeyir həm müəllim, həm jurnalist kimi fəaliyyət göstərməklə yanaşı, bir sıra mədəni-kütləvi tədbirlərin təşkilatçısı kimi çıxış edirdi. Xüsusilə tanıdığı istedadlı gənclərlə birlikdə hazırladığı özfəaliyyət tamaşaları sonsuz maraqla qarşılanırdı. Bu tamaşalarda əsas rolların ifaçısı məhz Üzeyir Hacıbəyli olurdu. Terequlovlar ailəsində, ailənin oğlu Əli Terequlovla, yaxın dostu, gələcək bacanağı Müslüm  Maqomayevlə görüşləri, söhbətləri saatlarla davam edər, gələcək arzulardan söhbət açılardı. Terequlovlar ziyalı ailə idi. Müslüm bu ailənin böyük qızı ilə ailə qurmuşdu. Elə Üzeyir öz bəxt ulduzunu bu ailədə tapdı. Məleykə xanımla əhd-peyman bağladılar. Üzeyir bəy xanımını çox sevirdi. Ancaq onun başqa bir istəklisi vardı: Bu musiqi idi. Fəaliyyət sahələri onu qədər məşğul etsə , o, özünü musiqidən kənarda təsəvvür edə bilmirdi. Daim axtarışlar aparır, əqidə, məslək dostları, xüsusilə Müslüm Maqomayevlə bu barədə söhbətləri çox vaxt gecədən xeyli keçənədək uzanırdı. Üzeyir ilk Azərbaycan operasını yazmaq istəyirdi. Bu istək onun bütün rahatlığını əlindən almışdı. Ötən əsrin əvvəllərində Üzeyir ürəyinin hökmü ilə ilk Azərbaycan operası üzərində işə başlayır. Bu mövzu çox məşhur idi. Xalq bu nakam sevgidən sanki riqqətə gəlirdi. Bəlkə elə Üzeyir bir musiqiçi kimi, elə buna görə bu mövzunu seçmişdi. Gecə-gündüz dayanmadan çalışmaq, yuxusuz gecələr bəhrəsini verdi. Cəmi bir il sonra əsər tamaşaya qoyuldu. Bu opera ilə Üzeyir Hacıbəyli bir bəstəkar kimi özünü təsdiq etdi. Onu daha çox sevdilər, alqışladılar. Heç bir il çəkmədi ki, afişaları Üzeyir Hacıbəylinin " Ər arvad" musiqili komediyasının adı bəzədi. Opera janrında əsər yazmaq bəstəkardan çox dərəcə böyük məharət, istedad, dözüm iradə tələb edir. Musiqi üçün doğulmuş Üzeyir bəydə sanki anadangəlmə bütün bu istedadlar cəmlənmişdi. Üzeyir bəy artıq bir bəstəkar kimi çox böyük nüfuz sahibi idi. Digər musiqi janrlarında da misilsiz nümunələr yaradırdı. Elə " Sənsiz", "Sevgili canan" romanslarını xatırlayaq. Etiraf edək ki, Üzeyir bəy əlavə heç yazmasaydı elə təkcə " Sənsiz" , " Sevgili canan" romansları ilə musiqi tariximizdə əbədi yer tutacaqdı. Üzeyir bəy isə yazırdı, yaradırdı, tamaşaçıların dinləyicilərin ruhunu oxşayırdı. Üzeyir Hacıbəyli xalqı yeni-yeni musiqi əsərləri ilə sevindirmək üçün yorulmadan, usanmadan çalışmağa hazır idi. Onun fitri istedadı, gərgin zəhməti hesabına xalqımızın milli qəhrəmanlıq ruhunu əks etdirən " Koroğlu" operası həyata vəsiqə aldı. Musiqi opera sənətimizin son dərəcə möhtəşəm, mükəmməl abidəsi olan, 1937 - ci ildə tamaşaya qoyulan bu opera Üzeyir bəyə misilsiz şöhrət gətirdi. Bu əsər Üzeyir Hacıbəylinin təxminən 30 illik bəstəkarlıq fəaliyyətinin zirvəsi idi. Görkəmli rus bəstəkarlarından biri " Koroğlu" operasına tamaşa etdikdən sonra demişdi: " Bu əsərin təkcə üverturasında altımış operanın mövzusu var..."  Üzeyir Hacıbəyli bəstəsinin məhsulu olan " Əsli Kərəm", " Ər arvad", " O, olmasın, bu olsun" , " Arşın mal alan", kimi musiqi inciləri bu gün tamaşaçılar tərəfindən sevilir, ekran həyatı almış " Arşın mal alan", " O, olmasın, bu, olsun", filmləri böyük bəstəkara dünya şöhrəti qazandırmışdır. Xüsusilə " Arşın mal alan" filmi dünyanın əksər ölkələrinin ekranlarında ölçüyəgəlməz anşlaq yaratmışdır. Qızıl fondda yer almış bu əsərlər bu günün özündə tamaşaçılar tərəfindən sevilir, hədsiz zövqlə tamaşa edilir. Üzeyir Hacıbəyli bütün canı-qanı ilə əsl ziyalı idi. Onun yaxından birbaşa xeyriyyəçiliyi ilə sonradan məşhur olmuş neçə-neçə sənət adamı xarici ölkələrdə təhsil ala bilmişdi. Budur əsl vətənpərvərlik, budur xalqa, millətə gərək olmaq.Dünya arenasında bir bəstəkar kimi böyük şöhrət qazanmış Üzeyir Hacıbəyli xidmətlərinə görə layiqli qiymətini almışdı. Opera sənətimizin banisi Azərbaycanın SSRİ adlanan ittifaqın " Xalq artisti" kimi yüksək fəxri adlarına layiq görülmüşdü. Sinəsini orden-medallar bəzəyirdi. " Koroğlu" operasına " Arşın mal alan" filminə görə Üzeyir Hacıbəyli iki dəfə 1940 1946 - illər o dövrün ən yüksək təltifi olan Stalin mükafatına layiq görülmüşdü. Sevimli şairimiz Səməd Vurğun onu  " İnsan qəlbinin tərənnümçüsü" adlandırmışdı. Bəli, dahi Üzeyir Hacıbəyli ecazkar sənəti ilə ruhlarımızı oxşayırdı. Onun yaratdığı nadir musiqi inciləri dünən belə idi, bu gün belədir, sabah da belə olacaq...

  Senyabr ayının 18 - i xalqımızın bütün musiqi sevərləri üçün çox əziz bir gündür. 1885 - ci ilin məhz həmin günündə dünya şöhrətli iki bəstəkar, iki məslək dostu, iki bacanaq Üzeyir Müslüm dünyaya göz açmışlar. Bu da bir qəribə təsadüfdür. Amma xoş bir təsadüf. Üzeyir sənəti heç vaxt solmayacaq, əksinə günbəgün çiçəklənən bir sənətdir. O, musiqi üçün doğulmuşdu, dünya musiqi tarixinə adını əbədi həkk edib. Həyata əlvida dedi.

 

Fuad BİLƏSUVARLI, AYB üzvü,

AJB üzvü, Prezident mükafatçısı

 

Hürriyyət.- 2024.- 17 sentyabr, ¹35.- S.13.