ÖLÜM
SEVİNMƏSİN QOY..
Bir qocaman qartalın qanadları dayandı,
O, bir daha qıy
vurub dağlardan keçməyəcək.
Dünya
öz yerindədir yenə səhər oyandı,
Vətən dağlarının suyundan
içməyəcək.
Ah, bir də göz
açıb görməyəcək
aləmi,
Dostlar ilə bir daha
gəlməyəcək üz-üzə,
Susdu onun rübabı, sındı qurşun qələmi,
Yeni-yeni nəğmələr qoşmayacaq
o bizə.
Ölüm sevinməsin qoy!
Ömrünü vermir
bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin
bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək
ölənlər.
Budur, baxır üzümə, baxır sənətkar gözü,
Yenə
gülür danışır,
nəfəs alır Üzeyir,
Süzülür qəlb evimə
onun hər odlu sözü,
Rübabinın səsində qanad
açır min șe'r.
O sabah da bizimlə addımlayır yanaşı,
"Koroğlu"dan
oxuyur yenə zəfər ordumuz.
Ey Füzuli șe'rinin bir bəstəkar qardaşı!
Şöhrət tapdı adınla
bizim ana yurdumuz.
Ölüm sevinməsin qoy,
ömrünü vermir
bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin
bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək
ölənlər..
Mən bu kiçik șe'rimi yazıram göz yaşımla,
Çünki vidalaşıram bir
ürək sirdaşımla.
Səməd Vurğun
Hürriyyət.-
2024.- 17 sentyabr, №35.- S.13.
: