Üzeyir türküsü
Əfsanə gözəlliklərə uydum Qarabağda,
Bir kimsə deməz ki, cana doydum Qarabağda,
Ən nəşəli hisslərlə
doluydum Qarabağda,
Candan vurulub, qəlbimi qoydum Qarabağda,
Mən bir Üzeyir türküsü duydum Qarabağda.
Yadlardan
əsər yox, nə qədər doğma seyirdir,
Gördüklərim orda bərəkət, orda xeyirdir,
Bir musiqi şəklində olan incə şeirdir,
Orda hara
getsən, hara baxsan, Üzeyirdir,
Mən bir Üzeyir türküsü duydum Qarabağda.
Rəfiq Zəka Xəndan
şair
Hürriyyət.-
2024.- 17 sentyabr, №35.- S.13.