Qələbə və sülhün düşünən lideri...

 

İlham Əliyevin liderliyi Azərbaycanın inkişaf yolunda dayanıqlı qətiyyətli addımlar atmasının əsas təminatı kimi qalır

 

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin uğuru yalnız iqtisadi resurslar hərbi güc ilə deyil, həm strateji düşüncə elmi yanaşma qabiliyyəti ilə müəyyən olunur. Azərbaycan Prezidenti İlham Əliyevin son illərdə əldə etdiyi siyasi, hərbi diplomatik nailiyyətlər göstərir ki, milli maraqların qorunmasında əsas təminat məhz bu iki amilinelm biliyindüzgün sintezindədir.

44 günlük Vətən müharibəsində qazanılan qələbə təsadüfi hərbi uğur deyildi. Bu, illərlə aparılan sistemli hazırlığın, beynəlxalq hüququn incəliklərinin dəqiq tətbiqinin, hərbi texnologiyaların optimal istifadəsinin diplomatik masada sərt, amma rasional mövqenin nəticəsi idi. Sun Tzunun dediyi kimi, “Müharibəni qazanan, döyüş başlamazdan əvvəl qazanandır” — Azərbaycan rəhbərliyi qələbəni məhz döyüş meydanına çıxmazdan əvvəl planlaşdırmışdı.

 

Strateji liderlikzəfərin kompasıdır

 

Elmi tədqiqatlar göstərir ki, liderin özünə güvənməsi həm strateji qərarların dəqiqliyini artırır, həm komandanın motivasiyasını yüksəldir. Sosial-psixoloji baxımdan, özünə inamlı lider çətin vəziyyətlərdə daha soyuqqanlı düşünülmüş addımlar ata bilir, riskləri düzgün qiymətləndirərək, imkanları maksimum dərəcədə dəyərləndirir.

Xatırlayaq, 2008-ci ildə Gürcüstan prezidenti Mixeil Saakaşvili rus qoşunlarının Qori şəhərinə daxil olması zamanı əzələ zəifliyi çaşqınlıq nümayiş etdirirdiqalstukunu çeynəməsi isə onun psixoloji gərginliyinin açıq simvolu idi. Bu hadisə liderin özünə inamının, streslə mübarizədə zəifliyinin açıq göstəricisi kimi qəbul edildi dövlətin mövqeyinə ciddi zərbə vurdu.

Əksinə, İlham Əliyev çətinliklər qarşısında soyuqqanlılığını qoruyaraq, bilik strateji düşüncə ilə hərəkət etmiş, milli maraqları prioritet qoymuşdur. Onun qətiyyəti özünə inamı komandanı ruhlandırmış, ordunun xalqın həmrəyliyini təmin etmişdir. Bu nümunə göstərir ki, liderin uğuru yalnız resurslarla deyil, həm psixoloji strateji hazırlıqla bağlıdır.

Bu yanaşma həm idarəetmə elmləri, həm beynəlxalq münasibətlər nəzəriyyəsində təsdiqlənir: liderin özünə inamı komanda effektivliyini artırır uzunmüddətli uğurları təmin edir. İlham Əliyevin nümunəsi isə müasir dövrdə strateji liderlik anlayışının canlı təcəssümüdür.

Napoleon BonapartınStrateji elmzəfərin kompasıdırfikri bu kontekstdə Azərbaycanın siyasətinə tam uyğundur.

44 günlük Vətən müharibəsində qazanılan qələbə yalnız hərbi gücün deyil, həm ədalət hüquq prinsipinin zəfəri kimi

İlham Əliyevməhz Qarabağ uğrunda savaşın haqq hüquq müstəvisində olduğunu beynəlxalq aləmə inandıra bildi. O, təkcə hərbi sahədə deyil, diplomatik hüquqi platformalarda da Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bu addım, həm Azərbaycan xalqının milli azadlıq ərazi bütövlüyü uğrunda mübarizəsinin beynəlxalq hüquq çərçivəsində haqlı olduğunu təsdiqlədi, həm işğala son qoyulmasının zəruriliyini dünyaya çatdırdı.

Bu strategiya nəticəsində beynəlxalq ictimaiyyət münaqişənin ədalətli həllinə daha ciddi yanaşmağa başladı. İlham Əliyevin prinsipial mövqeyi strateji zəkanı Azərbaycanın diplomatik arenada mövqeyini gücləndirdi, ölkənin hüquqi baxımdan haqlı olduğunu rəsmən təsdiqlətdi. Nəticədə, 44 günlük Vətən müharibəsində qazanılan qələbə yalnız hərbi gücün deyil, həm ədalət hüquq prinsipinin zəfəri kimi qəbul edildi.

Bu, həm göstərdi ki, müasir münaqişələrdə güc hüquq əl-ələ verərək uğur əldə olunur İlham Əliyevin siyasəti məhz bu tarazlığı ustalıqla qurdu.

İlham Əliyev özü irəli gedirdihəm siyasi, həm strateji mənada. O, Azərbaycanı çətin mürəkkəb şəraitdə məqsədyönlü şəkildə gələcəyə doğru aparırdı. Onun liderliyi təkcə qərar verməkdən ibarət deyildi, həm nümunə göstərmək, inam yaratmaq milləti irəli aparmaq idi.

Müharibə sülh dönəmlərində İlham Əliyevin irəli atılan addımları, uzaqgörən strategiyası qətiyyəti Azərbaycanı həm daxildə, həm beynəlxalq arenada möhkəmləndirdi. O, daim ön sırada dayanaraq çətinlikləri qabaqladı, riskləri dəyərləndirdi ölkənin milli maraqlarını ən yüksək səviyyədə qorudu.

Bu irəli yürüyüş yalnız bir şəxsiyyətin deyil, bütöv bir millətin gələcəyinə inamın təcəssümü oldu. İlham Əliyevin liderliyi Azərbaycanın inkişaf yolunda dayanıqlı qətiyyətli addımlar atmasının əsas təminatı kimi qalır.

Müasir müharibələrdə mükəmməl planlaşdırma, çevik hərbi strategiya maliyyə resursların səmərəli idarə olunması uğurun əsası kimi

Ermənistan 2016-cı ildən başlayaraq təxribatlara sistemli şəkildə əl atırdı bölgədə gərginliyi artırırdı. Bu təxribatlar Azərbaycanın ərazi bütövlüyünə, sülhə sabitliyə ciddi təhlükə yaradırdı. İlham Əliyev isə düşmənin bu addımlarına qarşı soyuqqanlı strateji cavablar verdi. O, kontratakadan məharətlə istifadə edərək, Azərbaycanın hərbi qüvvələrini ən optimal şəkildə yönləndirdi düşmənin zəif nöqtələrini dəqiq hədəflədi.

Bu taktiki üstünlük sayəsində düşmən hər tərəfdən darmadağın edildi, onun müdafiə xətlərində ciddi sarsıntılar yarandı planlaşdırılmış təxribatlar iflasa uğradı. Əliyevin rəhbərliyi altında aparılan hərbi əməliyyatlar yalnız fiziki məğlubiyyət deyil, həm düşmənin mənəvi strateji zərbəsi oldu.

Müharibələrdə təbii olaraq panika çaşqınlıq yaşanır, amma İlham Əliyev bu mənada misilsiz nümunə göstərdi — o, orduda cəmiyyət arasında panikaya bir saniyə belə imkan vermədi. Onun liderliyi altında komandirlər əsgərlər tam informasiya təminatı ilə təmin edildi, hər kəs konkret tapşırıqlarını dəqiq bilirdi əminliklə hərəkət edirdi. Bu sistemli nizamlı yanaşma düşmənin hətta bir dəfə belə belə bir sənədi ələ keçirməsinə imkan vermədi.

Əksinə, Ermənistan tərəfi ilk gündən panikaya düşdü, rəhbərliyində qarışıqlıq, məlumat çatışmazlığı koordinasiya problemləri baş qaldırdı. Bu daxili xaos etibarsızlıq düşmənin döyüş qabiliyyətini ciddi şəkildə zəiflətdi Azərbaycan ordusunun irəliləməsini asanlaşdırdı.

İlham Əliyevin soyuqqanlılığı mükəmməl idarəetmə bacarığı sayəsində, Azərbaycan tərəfi həm strateji, həm taktiki üstünlüyü ələ aldı müharibənin gedişində daim təşəbbüsü əlində saxladı. Bu, yalnız hərbi üstünlük deyil, həm psixoloji döyüşün qələbəsi idi. Ermənistanın panikası, Azərbaycan tərəfinin isə qətiyyətli nizamlı hərəkəti bu fərqi daha da açıq şəkildə ortaya qoydu.

Bundan başqa, İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri heç vaxt korluq maddi təminatsızlıqla üzləşmədi. Bu, İlham Əliyevin uzaqgörən dəqiq maliyyə planlamasının nəticəsi idi. O, müharibədən öncə ordu üçün zəruri silah-sursatın, texnikanın logistik dəstəyin təmin olunması üçün ciddi resursları vaxtında cəmlədi. Dövlət büdcəsində müdafiə xərclərinə ayrılan vəsait həm kadr hazırlığına, həm müasir hərbi texnologiyaların alınmasına yönəldildi. Eyni zamanda, döyüş zamanı logistika zənciri fasiləsiz işləyərək, ön cəbhədəki hərbçilərin ehtiyaclarını qısa zamanda təmin etdi. Bu maddi təminatın gücü əsgərlərin yüksək döyüş ruhu fiziki gücü ilə birləşərək, qələbənin mühüm əsasını yaratdı. İlham Əliyevin strateji planlaması həm hərbi, həm iqtisadi baxımdan Azərbaycan ordusunun gücünü artırdı heç bir Azərbaycan əsgərinin ehtiyacının gözardı edilməməsini təmin etdi.

Beləliklə, müasir müharibələrdə yalnız taktiki strateji biliklər deyil, həm maliyyə dəstəyi resursların səmərəli idarə olunması uğurun təməlində dayanır. Azərbaycanın bu sahədə əldə etdiyi uğur, İlham Əliyevin bütün prosesləri kompleks sistemli idarəetmə qabiliyyətinin bariz nümunəsidir.

Bu nümunə göstərir ki, qətiyyətli liderlik, mükəmməl planlaşdırma çevik hərbi strategiya müasir müharibələrdə uğurun əsas amilləridir. İlham Əliyevin idarəçiliyi Azərbaycanın regional mövqeyini möhkəmləndirərək, uzun müddətli sülh sabitliyin təminatına xidmət etdi.

 

Sülh imzalanmasının uğurları

 

Vaşinqtonda imzalanan sülh sənədi isə bu strateji yanaşmanın davamıdır. Burada məqsəd yalnız hərbi üstünlüyü qorumaq deyil, həm regionda uzunmüddətli iqtisadi sabitlik geosiyasi balans yaratmaqdır.

2025-ci ilin 8 avqust tarixində Evdə keçirilən mərasimdə ABŞ prezidenti Donald Trump, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişini imzaladılar. Bu sənəd Ermənistan Azərbaycan arasında 37 illik münaqişəni bitirməyi hədəfləyir. Saziş Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı maneəsiz nəqliyyat koridorunu yaradır. Bu dəhliz vasitəsilə Avropa Cənubi Qafqaz arasında yeni tranzit əlaqələri təmin ediləcək. Eyni zamanda yeni nəqliyyat enerji imkanları regionda yenidənqurma inteqrasiya üçün zəmin yaradacaq. Bu, Azərbaycanın tranzit ölkə statusunu möhkəmləndirir. Dəhliz vasitəsilə TürkiyəAzərbaycanMərkəzi AsiyaÇin marşrutu güclənir, həm Bakı-Tbilisi-Qars dəmir yolu, həm Orta Dəhliz ilə inteqrasiya artır. Beynəlxalq tranzit rüsumları, logistika xidmətləri yeni liman bağlantıları dövlət büdcəsinə əlavə gəlir gətirəcək. Zəngəzur dəhlizi ilə Naxçıvan blokadası aradan qaldırılır, bu da yerli iqtisadi potensialı artırır regionu Azərbaycanın iqtisadi sisteminə sıx inteqrasiya edir

ABŞ-ın bu prosesi vasitəçilik etməsi beynəlxalq reallıqda Azərbaycanın sülh gündəliyinin tanınmasına səbəb oldu. 1992-ci ildən bloklanan 907-ci düzəlişin dayandırılması isə strateji tərəfdaşlığa yeni imkanlar açdı.ABŞ-ın Azərbaycana tətbiq etdiyi məhdudiyyətlərin ləğvi, ABŞ dövlət maliyyələşdirməli layihələrdə Azərbaycan şirkətlərinin iştirakını mümkün edir. ABŞ-ın OPIC (Overseas Private Investment Corporation) EXIM Bank kimi institutlarının Azərbaycanda fəaliyyətinə geniş yol açılır.Qarabağ Şərqi Zəngəzurda kənd təsərrüfatı, bərpa olunan enerji (su, günəş, külək) turizm layihələri üçün xarici investorların iştirakı gözlənilir.BakıVaşinqton xəttindəki yaxınlaşma Azərbaycanın enerji təhlükəsizliyi üzrə beynəlxalq danışıqlarda mövqeyini gücləndirir. Sülh sabitlik reytinq agentliklərinin Azərbaycanın kredit balını artırmasına yol aça bilir. Zəngəzur dəhlizi ilə AzərbaycanTürkiyəMərkəzi AsiyaÇin marşrutları arasında daha effektiv əlaqələr qurulacaq. Bu, logistika xərclərini azaltmaqla yanaşı, daşınma müddətlərini qısaldır.

 

Qələbədən SülhəDiplomat-Lider

 

İlham Əliyev 44 günlük müharibəni yalnız qələbə kimi deyil, həm davamlı sülhün bünövrəsi kimi istifadə etdi. Vaşinqton səfərində onun sülh gündəliyinin ABŞ tərəfindən tanınması, Zəngəzur dəhlizinin hüquqi etibarı strateji əməkdaşlıq mexanizmlərinin yaradılması kimi addımları Azərbaycanın mövqeyini beynəlxalq səviyyədə gücləndirdi. Bu gedişlər, hərbi qələbənin sonra sülhə çevrilməsi istiqamətində həm daxili, həm xarici siyasətdə skilful diplomatik fəaliyyətin qabaqcıl nümunəsidir.

Azərbaycan modeli göstərdi ki, XXI əsrdə dövlət rəhbərinin gücü yalnız ordunun sayında ya büdcənin həcminə görə ölçülmür. Əsl gücbiliyi əməli strategiyaya çevirmək, elmi yanaşmanı milli siyasətə tətbiq etmək dəyişən beynəlxalq şərtlərdə doğru istiqaməti tapmaq bacarığıdır. Bu, həm müharibədə, həm sülh prosesində qələbənin əsas təminatıdır.

 

Zahid Fərrux Məmmədov

Professor, iqtisad elmləri doktoru

 

Hürriyyət.- 2025.- 12 avqust, ¹28.- S.3.