Vətən Füzuli üçün hər
şeydən müqəddəs idi...
44 günlük haqq savaşımız Azərbaycan adlı Vətənimizin şanlı tarixinin qürur səhifəsinə dönərək əbədi yaddaşlara yazıldı. Xalqımız bu şərəfə minlərlə qeyrətli oğlanların qanı bahasına nail oldu. 8 mart 1995-ci ildə Cəlilabad şəhərində dünyaya göz açan Füzuli Nizami oğlu Həbibi də Vətənin azadlığı, insanların xoş gələcəyi naminə canından, qanından keçərək şəhidlik zirvəsinə ucalıb. İndi hər bir azərbaycanlı bu Vətən sevdalının xatirəsini əziz tutmağı özünə müqəddəs borc sayır. Cəlilabadlılar isə öz qəhrəman oğlunun qisa, olduqca şərəfli ömür yolunu torpağa, el-obaya sonsuz məhəbbət mücəssəməsi bilirlər. Hər dəfə Füzuli yada düşəndə ürəklər Vətən sevgisi ilə çırpınır. Və bu halal sevginin müqəddəsliyinə tapınmaqla adam həyatda neçə yaşamağın mənasını daha dərindən dərk edir. Özünə də nəsibi əzəmətli şəhidlik zirvəsindən boylanan sədaqət olan Füzuli kimi sevdalı bir ömür arzulayır. Ölümü ilə ölümsüzlük qazanan, işıqlı dünya durduqca unudulmayan qəhrəmanımız müharibə zamanı göstərdiyi şücaətə üçün həm də III dərəcəli “Vətənə xidmətə görə” ordeninə, "Vətən uğrunda", Qubadlının, Cəbrayılın azadlığına görə medallara layiq görülüb.
Füzuli Həbibi özünü tanıyan gündən həyatın mənasını Vətənə, torpağa, insanlara sevgidə görüb. Eləcə gözəl arzularla doğma yurda bağlanmaq sanki onu yaşından tez müdrik edib. Xalqın ağrı-acılarını, sevincini, yurd təəssübkeşliyini ürəyindən keçirməyi bacaran Füzuli bir qayda olaraq erməni dığaları tərəfindən Qarabağımızın işğalına qarşı barışmaz mövqeyini ortaya qoyub və ən böyük arzusu da Vətən torpaqların hər qarışını azad görmək olub.
2013-cü ilin aprel ayında Füzuli həqiqi hərbi xidmətə çağırılıb. Cəbhə bölgəsində Vətənini göz-bəbəyi kimi qoruyub, uğrunda canını belə fəda etməyə hazır durub. Təlimlər zamanı göstərdiyi fədakarlığı isə onu zabitlərə, əsgər yoldaşlarına çox sevdirən əsas keyfiyyəti olub. Doğma Azərbaycan üçün yararlı olduğu hər əməlində bilinib. Köksündə əsl qəhrəman ürəyi döyünən Füzuli 2014-cu ildə əsgərlik borcunu şərəflə yerinə yetirib doğma evinə qayıdıb.
Füzuli düşməndən
alacağı öcü
unutmamaq şərti ilə bir müddət
halal zəhmətdən
yapışıb. Burada da el-obasına
fayda vermək onun əsas amalına dönüb. Nə edibsə, Vətənə məhəbbət,
yağıya nifrət
hissi qəlbini tərk etməyib. İkinci Qarabağ müharibəsi başlanan
günü qeyrətli
cəngavər Vətən
oğulları silaha sarılıb döyüş
bölgəsinə üz
tutublar. 30 il əsir düşən torpaqları
azğın düşməndən
geri alınması üçün Füzuli
könüllü odun-alovun
içinə, səngərə
yollanıb. Döyüşə
girən andan o, erməni dığalarına
qarşı mərdliklə
vuruşub. Hər gün yeni-yeni igidliklər
göstərib. Qalib olmaq istəyi Füzulini neçə-neçə
alovun içindən zəfərlə çıxardıb.
Füzuli, Cəbrayıl,
Qubadlı rayonlarının
və Suqovuşanın
alınmasında qanlı
döyüşlərdə böyük şücaət
göstərib. 31 oktyabr
2020-ci ildə Qubadlı
ətrafında gedən
döyüşlərdə son damla qanınadək vuruşub, qəhrəmancasına
müqəddəs şəhidlik
zirvəsinə ucalıb
.
Vətəni qanları bahasına
alınmaz qalaya çevirən Füzuli kimi oğlanlarla bütöv bir xalq fəxr edir.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Hürriyyət.- 2025.- 12 avqust,
¹28.- S.10.