ACI XURMA
44 günlük müharibədə yaşanmış
real bir ailə dramı
(Hekayə)
əvvəli ötən sayımızda
Fəridə məktəbdə təmizlik
işlərini görüb
başa çatdırmışdı.
Bir az əyləşib
yorğunluğunu çıxarandan
sonra evə getməyə hazırlaşırdı.
Xadimə işlədiyi
məktəbin ikinci mərtəbəsinin pəncərəsinin
qabağında oturub həyətə baxa-baxa xəyala daldı. Yenə həmişəki
kimi, özü də istəmədən ürəyində ən çox sevdiyi el bayatısı təkrarlanmağa başladı:
Fəridənin işə necə
çatmağından belə,
xəbəri olmadı.
Məktəbə çatanda
indiyə qədər
görmədiyi mənzərə
ilə rastlaşdı.
Məktəbin kollektivi
bir nəfər kimi həyətə toplamışdı, öz
aralarında nəsə
yavaş-yavaş danışırdılar.
Onu görən kimi dərin bir sükuta qərq oldular. Fəridə buna bir anlam verə bilmədi. Nəyə görə bütün müəllimlər səhər-səhər
məktəbə yığışıb?
O, müəllimlərə yaxınlaşıb astadan
salam verib keçmək istədi… Təəccübünə rəğmən,
salamını alan olmadı, başını
qaldırıb müəllimlərin
üzünə baxdı.
Bəzilərinin sifətində
kədər, bəzilərində
təəssüf, bəzilərində
acımaq hisslərini
gördü. Qadın
müəllimələrin hamısının
gözləri ağlamaqdan
şişib qızarmışdı.
Məktəbin direktoru
ağsaçlı başını
iki əli ilə tutmuşdu, elə bil saçlarını
yolmaq istəyirdi. Fəridənin ürəyi
daha da sıxılmağa
başladı. Özünü
zorlayıb ortalığa
soruşdu: “Nə olub?”.
Onun xətrini istəyən qadın müəllimələrdən
ikisi hönkür-hönkür
ağlamağa başladı.
Direktor yerdən başını qaldırıb,
“Qızım, sən bu gün işləmə,
get evə” dedi. Fəridə buna bir anlam verə bilmədi. Axı nə üçün o işlərini görmədən
evə qayıtmalıdır?!
Fəridə bunun səbəbini soruşmaq istəyirdi ki, qadın müəllimələr ağlaya-ağlaya
hər tərəfdən
ona yaxınlaşıb
qucaqladılar.
...Fəridə gözlərini
açanda özünü
məktəbin tibb məntəqəsində uzanmış
halda gördü. Yavaş-yavaş huşu özünə gəlməyə
başladı. Deyəsən,
ona tibbi yardim göstərmişdilər,
cünkü qolunda iynə yeri var idi. Bir az sakitləşmişdi.
Gözlərini döndərib
otağa göz gəzdirdi. Məktəbin
bütün qadın müəllimələri onun
başı üstündə
durmuşdu. Artıq hər şeyi anladı. Demək ki, cəbhədən bəd xəbər var. Ürəyində
Allahdan oğlunun şikəst olsa belə, evə sağ-salamat qayıtmasını
istədi... Onun son ümidi bu idi…
Amma içindəki ümid
çox zəif idi və sürətlə
öləziyərək yerini
ümidsizliyə verməyə
başlamışdı. Fəridənin
vəziyyəti incə
bir teldən yapışmış insanın
boğulmaqdan xilas olmaq cəhdinə bənzəyirdi. Fəridə
ümumi ortaya belə bir sual
verdi: “İgiddən xəbər var?” Müəllimələrdən
biri, “Özünü
əla al, sən ləyaqətli qadınsan,
İgid kimi övladla fəxr etməlisən. Onunla indi bütün Azərbaycan fəxr edir. Cəbhədə qəhrəmancasına döyüşüb.
Neçə-neçə düşməni
məhv edib. Zatən onu sən vətən üçün, dövlət
üçün bir əsgər kimi böyütdünü deyirdin.
Vətənə övladlıq
borcunu vermək üçün o, özü
könüllü bu yolu seçdi. Olacaga çarə yoxdur. Yüzlərlə igid oğlumuz şəhid olub. Nə etmək olar, İgid də müqəddəs şəhidlik zirvəsinə
yüksəlib”. Fəridə
bu xəbəri axıra qədər yaxşı eşidə bilmədi, çünki yenidən husunu itirmişdi.
İgidin
nəşi necə gətirildi, necə dəfn edildi - Fəridənin yadında deyildi. Fəridə tibbi nəzarət altında saxlanırdı.
Tez-tez sakitləşdirici
iynələr vurulur, sistemlər qoşulurdu. Evdə, həyətdə,
küçədə insan
əlindən tərpənmək
mümkün deyildi. Tanış, yad minlərlə
insan İgidin yasında öz əzizlərinin yasındakı
kimi, bəlkə ondan da artıq can yanğısı ilə iştirak edirdilər. Hər gün minlərlə insan qəbir üstünə gedirdi.
Fəridə oğlunun yeddisi
çıxandan sonra baş verənləri yavaş-yavaş dərk etməyə başlayırdı.
Demək, artıq həyatda onu bu dünyaya bağlayan kimsə və nəsə qalmayıb. Yaxın qohumlar və rəfiqələri onu tək buraxmırdı. Hər gün evə çoxlu tanımadığı insanlar
gəlirdi. Rayon rəhbərliyi
bütün dəfn adətlərini dövlət
hesabına təşkil
etmişdi.
Fəridə bütün olub-keçənləri
bir tamaşaçı
kimi izləyirdi. Nə özünü ələ ala, nə də ağlaya bilirdi. Hətta anası, “Qızım, ağla, ürəyini boşalt“,
- desə də Fəridə heç bir məna ifadə
etməyən nəzərlərlə
ətrafı süzür,
amma heç bir cavab vermirdi.
O, özünü kimsəsiz
adaya düşən insan kimi tək
və tənha hiss edirdi.
…İgidin tabutuna bürünmüş Azərbaycan
bayrağı və ağ parçaya bükülmuş bir boxça stolun ütündə idi. Zatən o bayraq haqqında İgidə çox şerlər əzəbərlətmişdi, ona vətən sevgisini özü aşılamışdı. Özü
yıxılan ağlamaz
deyiblər...
Fəridə stola yaxınlaşdı, bayrağı öpüb gözlərinə sürtdü,
ondan İgidin ətri gəlirdi. Ürəyi xeyli sakitləşdi. Gözlərinə
işiq gəldi. O, həmişə öz-özünə,
“bir məişət hadisəsində ölməkdənsə, müharibədə
qəhrəmancasına şəhid olmaq yaxşıdır“, -
deyə düşünürdü.
Ona görə, başqa
şəhid xəbəri
eşidəndə onların
analarının əvəzinə
öz-özünə təsəlli
tapırdı. İndi isə
tək oğlu - İgidi şəhid olmuşdu. Həm də igidliklə vuruşaraq şəhid olmuşdu. Deyilənlərdən
məlum olurdu ki, elə Poladın intiqamını da ala bilmişdi.
Çoxlu düşmən
əsgər və zabitini məhv etmişdi, sonda düşmənin toprağa
basdırdığı minaya
ilişərək, qanı
vətən toprağına
tökülmüşdü.
“Bayraqları bayraq edən üstündəki
al qandır,
Torpaq - uğrunda ölən varsa vətəndir”.
Bu misralar İgidin tez-tez təkrar etdiyi misralar idi. İndi İgid Azərbaycan bayrağına
tökülmüş qanı
ilə onu dünyanın ən uca bayrağı, torpağa tökülən
qanı ilə onu özünə həqiqi və əbədi vətən etmişdi.
Fəridə əvvəl boxçaya
məhəl qoymadı.
Amma sonra hansısa bir hiss onu boxçaya
meylləndirdi. Titrək
əlləri ilə boxçanı açdı.
Boxçada İgidə
məxsus əşyalar,
döyüş zamanı
üstündə olan
paltarlar var idi. Ən ustə İgidin qana, toz-torpağa bulaşmış
hərbi köynəyini
qoymuşdular. O, qeyri-ixtiyari
köynəyi üzünə
yaxınlaşdırdı. Sanki üzü İgidin üzünə dəydi.
Ani olaraq kədər qarışıq sevinc hissi yaşadı. Tez də bu hiss öz yerini ağır, üzücü,
sonsuz bir kədərə verdi. Fəridə əli ilə vaxtilə hər gün İgidin başını
sığalladığı kimi koynəyi sığallamağa başladı.
Əli koynəyin cibində qabarıq bərk bir şeyə
dəydi. Fəridəni
maraq götürdü
-“bu nədi
belə?”. Ehtiyatla köynəyin cibinin düymələrini açdı,
orada kağıza bükülü bir şey vardı. Fəridə kağızı
açdı və yerindəcə donub qaldı. Kağızın
içindəki İgidi
müharibəyə yola
salarkən ona verdiyi Məkkədən gələn həmin xurma idi. Fəridə
bu xurmaya çox ümid etmişdi... O, düşünürdü
ki, İgid bu təbərrükü yesə,
Allah onu amanında saxlayar. Amma İgid o xurmanı anasız yeməyə qıymamışdı,
anasından ən əziz bir xatirə
kimi ürəyinin başında saxlamış,
döyüşün ən
ağır vaxtlarında
özünü xurmanın
onu qoruyacağına inandımışdı. Bu xurma
həm də anası ilə onun arasında sanki bir körpü
yaratmışdı. Xurmadan
anasının qayğısını,
məhəbbətini, onu
böyüdərkən çəkdiyi
zəhmətin ağrılarını
hiss edirdi. Düşünürdü
ki, müharibədən sağ-salamat
qayıtdıqdan sonra
o xurmanı anası ilə birlikdə yeyər, bununla da xurma onları bir daha birləşdirər…
Fəridə qeyri-ixtiyari xurmadan
kiçik bir parça qopardı. Allahdan dözüm diləyərək bu təbərrükü ağzına
qoydu. Dərhal da ağzından çıxardı.
Xurma zəhər kimi acı idi.
O, ömründə belə
bir acılıq dadmamışdı... Xurmanın
dadi Fəridənin dil-dodağını yandırdı.
Fəridə heç
nə anlamadı. O, eyni xurmanın birinin bal kimi
şirin, digərinin zəhər kimi acı olmasına bir məna verə
bilmədi…
Əslində, bu xurma da bal kimi şirin
idi. Fəridəni acılayan xurma yox, təbərrük kimi xurmaya bəslədiyi
ümidin boşa çıxması və oğul itkisinin onda yaratdığı acılıq idi... Onu acılayan dad xaricdən yox, daxildən gəlirdi. O bilmirdi ki, hələ bu acılığı bütün ömrü boyu, bu dünyanı
tərk edənə kimi, dəfələrlə,
az qala gündə
yüz dəfə, İgidsiz yediyi hər şeydə, onsuz keçirdiyi hər anda dadacaqdı və yalnız gözlərini bu dünyaya qapayıb Fəridinin, İgidinin getdiyi aləmə yola düşəndə ondan
birdəfəlik xilas olacaqdı...
AZAD
Hürriyyət.-
2025.- 11 fevral, №6.- S.12.