Dövlətçilikdə
varislik – xaricdə təhsil
Təhsil dövlət üçün vətənpərvər,
millətsevər, dövlətə, xalqa sədaqətli olan,
bu yolda hər cur fədakarlığa hazır vətəndaş,
kadr və mütəxəssis hazırlayan təhlükəsizlik
sistemidir…
Xalqların siyasi həyatı yaratdığı
dövlətlərin vaxtından, ərazisindən, rejimindən,
idarəçilik tipindən asılı olmayaraq, yalnız
varislik prinsipi ilə vahid siyasi tarixə çevrilir. Bu
baxımdan, tarixdə mövcud olmuş dövlətlərimizlə
indiki Azərbaycan dövləti arasındakı varislik əlaqələrini
aşkarlamaq siyasi tariximizin bir tam kimi öyrənilməsi
uçun çox mühüm əhəmiyyət kəsb edir.
Dövlətləri xarakterizə edən əsas faktor
dövlətin təhlükəsizlik orqanlarıdır.
Politologiya elmində dövlətin beş təhlükəsizlik
orqanı müəyyən edilir ki, bunlardan biri və məncə,
ən əhəmiyyətlisi təhsildir. Ən ümumi şəkildə
təhsil əvvəlki nəsillərin elmi-mədəni, o
cümlədən siyasi təcrübəsinin yeni nəsilə
ötürülmə vasitəsi kimi təyin oluna bilər. Məhz
təcrübənin bu cur ötürülməsi paralel olaraq
nəsillərarası mənəvi varisliyin, həm də cəmiyyətin
və şəxsiyyətin fasiləsiz yeniləşməsinə
xidmət edir. Varisliklə yeniləşmə vəhdətdə
xalqa qarşı xarici təsirlərin və tərəqqiyə
əngəl olan hər cür təbii və sosial müqavimətin
dəf edilməsini təmin edir. Xalq müxtəlif nəsillərin
məcmusundan təşkil olunduğundan, təhsil bu nəsilləri
bir-birinə bağlayan, onları vəhdətə gətirən
sosial faktor kimi çıxış edir.
Təhsilin digər bir funksiyasi insanı cəmiyyətə
bağlamaqdan, fərddən şəxsiyyətə
çevirməkdən ibarətdir. Cəmiyyət fasiləsiz funksiyalaşdığından,
fərdi mövcudluq keçici və məhdud olduğundan, təhsil
hər bir fərdin istedad və qabiliyyətlərinin cəmiyyətin
uzunömürlülüyünə xidmət etməsini təşkil
edir. İnsanlar ölür, amma təhsil onların əldə
etdiyi nailiyyətləri yaşadaraq, yeni nəsillərə
ötürür. Cəmiyyət təbii faktor kimi təkrarlanan
(nəsillər kimi) və sosial faktor kimi təkrarlanmayan (tərəqqi
kimi) dəyişilmələrin məcmusu olaraq təzahür
etdiyindən, təhsil cəmiyyətin təkrarlanmayan dəyişilmələrini
- tərəqqini təmin edir. Təbii dəyişilmələr
kortəbii, sosial dəyişilmələr nizamlılıq tələb
etdiyindən, təhsil bu dəyişilmələri nizama salan
prosesdən ibarətdir.
Təhsil insanı mədəni və elmi şəkildə
əhliləşdirən vasitədir. Cəmiyyətlərin mədəni
səviyyəsi ilə onların təhsil sistemi
arasındakı əlaqə də məhz bununla
bağlıdır. Məlumdur ki, xalqlar yalnız oz tarixi təcrübələrinə
yox, həm də başqa xalqların - fərqli tarixlərdə
və coğrafiyalarda yaşamış xalqların, təcrübəsindən
bəhrələnməklə insanlıq tərəqqi edir. Təhsilin
bir vəzifəsi də ümum insanlıq təcrübəsini
insanlara oyrətməkdən ibarətdir. Amerikan filosofu,
proqmatizmin nəhəng nümayəndələrindən olan
Conn Dyui “Demokratiya və təhsil” adlı kitabında
yazır: “Cəmiyyətin mövcudluğu naminə öyrətmək
və öyrənmək o qədər aydındır ki, adama
elə gələ bilər, biz açıq qapını
sındırmaq istiyirik... Məktəbdə öyrətmə
- cəmiyyətin böyüməkdə olan nümayəndələrinin
görüşlərinin formalaşmasına az tohfə verməyən
təcrübənin ötürülməsinin vacib üsuludur
və bu, yalnız üsullardan biri deyil, həm də kifayət
qədər başqaları ilə səthi müqayisədə
belədir. Daha fundamental və dərin təhsil proseslərinin
vacibliyini anlayaraq, biz məktəb təhsilinin ondakı yerini
aydın görə bilərik”.
Nəsil problemi hər bir cəmiyyətə xasdır
və bu problemin duzgun həlli cəmiyyətin monolitliyini təmin
edir. Təcrübə göstərir ki, ilbəil
uşaqların imkanları ilə böyüklərin tələbləri
arasındakı fərq böyük sürətlə
inkişaf edir. Tarixi inkişaf prosesində uşaqların
intellektual inkişafının sürəti ilə
böyüklərin mövcud olduğu intellektual potensial
arasındakı fərq durmadan azalır. Böyüklərin
kiçiklərin həyatında proqressiv rolu məktəblərdə
təhsilin təşkili ilə bağlıdır. Dyuiyə
görə, sosial həyatda təhsilin rolu fizioloji mövcudluq
uçun qidanın və nəsilvermənin rolu ilə
analogiya təşkil edir.
Təhsil prosesi özünəməxsus sosial
ünsiyyət formasıdır, hansı ki, fərdin cəmiyyət
həyatındakı sonrakı soasial münasibətləri
üçün bazis təşkil edir. Ona görə, məktəb
cəmiyyətin məscid və ailə ilə birlikdə
üçüncü ən mühüm tərbiyyə vasitəsi
kimi çıxış edir. Bütün bunlar qısa da olsa
təhsilin fərd, cəmiyyət və dövlət
münasibətlərində müstəsna rol
oynadığını sübut edir.
Təhsil dövlət üçün - vətənpərvər,
millətsevər, dövlətə, xalqa sədaqətli olan,
bu yolda hər cur fədakarlığa hazır vətəndaş,
kadr və mütəxəssis hazırlayan təhlükəsizlik
sistemidir. Məhz buna görədir ki, təhsilə diqqət
dövlət təşəkkül tapan andan prioritet təşkil
edib. Böyuk İsgəndərin atası çar Flip deyib ki:
“Mən fəxr etmirəm ki, İsgəndərin atasıyam. Və
onunla da fəxr etmirəm ki, İsgəndər məhz mənim
oğlumdur. Onunla fəxr edirəm ki, Aristotel onun müəllimidir”.
Bu bir cümlə təhsilin dövlət həyatında nə
qədər önəm daşıdığını gostərir.
Əmir Teymur da öləndə “məni müəllimim Seyid
Bərakənin ayaqları altında dəfn edin”, - deyə vəsiyyət
etmişdi.
Təhsil yalnız yüksək ixtisaslı kadrlar
hazırlamır, həm də yüksək insani keyfiyyətlərə
malik şəxsiyyət formalaşdırır. Bəs insanlarda
yüksək kefiyyətlər necə meydana
çıxır? Məlum məsələdir ki, hər bir
insanda bu və ya başqa istedad və qabiliyyət vardır. Cəmiyyətin
problemi həmin istedad və qabiliyyətləri üzə
çıxarmaq, onların azad inkişafına zəmin
yaratmaqdır. Bu mənada təhsil insanın daxili imkan və
potensiallarının qapısını açan, onun
bütün potensialını məqsədə doğru səfərbər
edən proses kimi meydana çıxır.
Azərbaycan dövlətçilik tarixində təhsilə
böyük qiymət verilməsinin sonsuz nümunələri
vardır. Tarix boyu hakimiyyətə şahzadələrin
hazırlanması zamanı onların təhsilinə xüsusi
diqqət edilmişdi. Təhsil yeganə sahədir ki, burada
insanın sosial statusu müəyyənedici deyil. Əksinə,
təhsil cəmiyyətdə sosial statusun müəyyənedici
faktoru kimi çıxış edir. Bu baxımdan, müxtəlif
sosial təbəqələr təhsilə həmişə
önəm vermişlər. Başqa xalqların tarixi təcrübəsini
başqa sosial mühitdə öyrənmək zərurəti
xarici təhsil məsələsini
aktuallaşdırmışdır. Xarici təhsili zəruri edən
faktorlara konkret ixtisas təhsilinin ölkə daxilində verilməməsi,
başqa xalqların sosial həyatında iştirak və mənimsəmək,
ünsiyyət yolu ilə xalqalar arasında xalq
diplomatiyasını inkişaf etdirmək, ən vacibi başqa
xalqların əldə etdiyi sosial islahatların ölkədə
aparılmasına kadr və zəmin hazırlamaqdan ibarətdir.
Odur ki, yalnız ölkədaxili təhsil təşkil
etməklə ciddi nailiyyətlər əldə etmək olmaz.
Məlumdur ki, elm və mədəniyyət
tarixi dövrlər, xalqalar və coğrafiyalar arasında
qeyri-müəyyən inkişaf edir. Buna görə, ən
inkişaf etmiş ölkələr belə, xaricdə təhsilə
böyük diqqət ayırır. Xüsuilə, ən
qabaqcıl təhsil müəssisələrində təhsil
almaq zərurəti dövlətdə xarici təhsilə
böyük diqqət ayırmağı tələb edir.
Çagdaş dövrdə öz ölkəsinin
siyasi həyatında yüksək mövqe tutan, eləcə də
elmi-mədəni, sosial-iqtisadi sahələrdə avanqard olan
şəxslərin böyük əksəriyyətinin xaricdə
təhsil alması bununla bağlıdır.
Dövlət dəstəyi ilə xaricdə
oxumağın nə kimi əhəmiyyəti var?
Məlumdur ki, dövlət dəstəyi xaricdə təhsil
almağa haqq qazanmış imkansız tələbələr
üçün həm də çox ciddi stimuldur. Con Dyui
stimul haqqında yazır: “Mahiyyətcə, istənilən
stimul fəaliyyəti nəinki oyandırır və ya təhrik
edir, hətta onu məhz konkret, müəyyən məqsədə
istiqamətləndirir. Əgər həmin məqsəd
dövlətə və xalqa xidmət kimi formalaşırsa,
onda aydın olur ki, dövlətin xarici təhsilə dəstəyi
dövlətin və xalqın bilavasitə öz maraqlarına
xidmət edir. Beləliklə, istedadlı gənclərin
xaricdə təhsilinə dövlət yardımı bir tərəfdən
stimul təqdim etməklə gənclərdə bu və ya
başqa reaksiya yaradır, digər tərəfdən xaricdə
təhsil almaq istəyən həmin reaksiya təhsil almaq istəyən
gənclərdə mövcud olan meyllərə əsaslanır”.
Bu səbəbdən, o gənclərin xaricdə təhsili
dövlətə xidmət edir ki, onlar dövlətə və
xalqa xidmət ruhunda tərbiyə olunsunlar. Bu da dövlət
yardımı ilə xaricdə təsilə seçici
yanaşmağı tələb edir. Dövlət hesabına
xaricdə təhsil alan gənclərin təhsili başa
vurduqdan sonra dovlətin və cəmiyyətin inkişafinda
iştirak etməməsi seçimin yanlış olduğunu
göstərir.
Azərbaycan dövlətçilik tarixində xaricdə
təhsilin dövlət səviyyəsində təşkilində
Qacarlar İmperiyasının vəliəhd şahzadəsi, Azərbaycan
tarixində birinci Böyük Şah Abbasdan sonra mütərəqqi
rol oynamış Abbas Mirzə önəmli qərarlar
vermişdir. Qacarlar tarixinin araşdırıcılarından
və bu sülalə ilə yaxınlığı olan
Əminə Pakrəvan “Abbas Mirzə və Azərbaycan”
adlı monoqrafiyasında yazır ki, Abbas Mirzə Təbriz əyanlarının
yüzlərlə ovladını təhsil almaq
üçün Avropanın müxtəlif təhsil mərkəzlərinə
göndərmişdir. Onlar tibb, texnika, texnologiya, xüsusən
hərbi sənaye sahəsində mütəxəssis kimi
formalaşaraq, ölkəyə qayıdıb, Abbas Mirzənin
həyata keçirməyə cəhd etdiyi hərbi, sosial,
iqtisadi islahatlarda iştirak etmişlər.
Azərbaycan parçalandıqdan sonra Çar
Rusiyasının tərkibinə daxil edilmiş Şimali Azərbaycanda
XIX əsrin axırlarından başlayaraq, xarici təhsil Azərbaycan
milyonçuları tərəfindən ictimai əsaslarla həyata
keçirilməyə başlamışdır. Təkcə
böyük xeyriyyəçi və maarifsevər Zeybnalabdin
Tağıyev yüzlərlə gəncin Avropa və
Rusiyanın qabaqcıl universitetlərində təhsil
almalarını maliyyələşdirmişdir.
1918-ci il may ayının 28-də Demokratik Cümhuriyyət
elan edildikdən sonra atılan ilk addımlardan biri xaricdə
ali təhsil almaq üçün 100 nəfərdən
artıq istedadlı gəncin seçilib göndərilməsi
olmuşdur. Azərbaycan yenidən Rusiya tərəfindən
işğal olunduğundan, bu tələbələrin
böyük əksəriyyəti ya təhsilini yarımcıq
qoymuş, ya da sonradan Vətənə qayıtmayıb, təhsil
aldıqları ölkələrdə qalmışdır.
Sovet hakimiyyəti illərində dünyadan
özünütəcrid yolu tutmuş sovet insanlarının
xarici ölkələrdə təhsil almaq imkanı demək
olar ki, aradan qaldırılmışdır. 1969-cu ildə Azərbaycan
Kommunist Partiyasının rəhbərliyinə keçən
Heydər Əliyev ilk növbədə Azərbaycan gənclərinin
respublikadan kənarda - SSRİ-nin müxtəlif şəhərlərində
təhsil almaları üçün nəhəng dövlət
siyasəti həyata keçirmiş və nəticədə
on mninlərlə Azərbaycan gənci yüksək ixtisaslara
yiyələnmişdir. Sonradan onların çoxu Azərbaycana
qayıdaraq, ölkəmizdə elm, texnika və
texnologiyanın inkişafında mühüm rol
almışlar. H.Əliyev Moskvaya işləməyə getdikdən
sonra bu proses sürətlə zəifləmiş və son illərdə
demək olar ki, təşkil olunmamışdır...
1991-ci ildə hakimiyyətə gələn
Əbülfəz Elçibəy iqtidarının da ilk
işlərindən biri 150 nəfərdən ibarət gəncin
Türkiyədə ali təhsil almasına dəstək verməsi
olmuşdur. Elçibəy hakimiyyəti devrildikdən və
Heydər Əliyev ikinci dəfə iqtidara gəldikdən
sonra ölkədəki daxili sosial-iqtisadi səbəblər
xaricdə təhsilə xüsusi diqqət ayırmağa imkan
verməsə də, yenə də xaricdə təhsil diqqətdə
saxlanılmışdır.
İlham Əliyevin hakimiyyətə gəlməsi ilə
AZƏRBAYCAN GƏNCLƏRİNİN YENİDƏN DÜNYANIN
MÜXTƏLİF ÖLKƏLƏRİNDƏ DÖVLƏT
DƏSTƏYİ İLƏ BAKALAVR, MAGİSTR, DOKTORANTLIQ
TƏHSİLİNİN BİLAVASİTƏ DÖVLƏT
TƏRƏFİNDƏN
MALİYYƏLƏSDİRİLMƏSİ VƏ
XARİCDƏ TƏHSİLİN TƏŞVİQ
EDİLMƏSİ VƏ DƏSTƏK VERİLMƏSİ
MİNLƏRLƏ GƏNCİN MÜXTƏLİF
ÖLKƏLƏRDƏ YÜKSƏK TƏHSİL ALIB,
ÖLKƏYƏ QAYIDARAQ KADR POTENSİALININ
KEYFİYYƏTCƏ YENİLƏŞMƏSİNƏ VƏ
İSLAHLATLARIN HƏYATA KEÇİRİLMƏSİNDƏ
İŞTİRAKLARINA YOL AÇMIŞDIR.
Bütün bu kiçik qeydlər göstərir ki, təhsil,
dövlət təhlükəsizlik inistutlarından biri kimi,
son ikiyüz illik Azərbaycan dölətçilik tarixində
dövlət tipindən, rejimindən asılı olmayaraq, Azərbaycanda
dövlətçilikdə varisliyi təmin etmişdir. Abbas
Mirzədən başlayıb, bu gün İlham Əliyev tərəfindən
davam etdirilən xaricdə təhsilin aşağıdakı ən
mühüm əhəmiyyətləri vardır:
Birincisi, tədrisi ölkədə təşkil edilməmiş
təhsil üzrə xüsusi ixtisaslı kadraları
hazırlanması ilə belə kadrlara ehtiyacın ödənilməsi.
Məlumdur ki, ayrıca bir ölkədə bütün
ixtisaslar, əsasən də xüsusi maddi-texniki baza və
pedaqoji kolletiv tələb edən ixtisasları tədris etmək
mümkün deyil. Bu da xüsusi ixtisaslar üzrə xaricdə
təhsil almağı aktuallaşdırır.
İkincisi, ölkədə nisbətən
aşağı səviyyədə təşkil olunmuş
daha yüksək səviyyədə eyni ixtisas təhsili
almış kadrların yetişdirilməsi. Məktəblər
arasındakı fərq onların yetişdirdiyi kadrlar
arasındakı fərqdə ifadə olunur. Məktəbin
üç funksiyası vardır: sadələşdirilmiş
mühit təşkil etməsi, sosal mühitin qəbuledilməz
təsirlərindən inkişaf edən şəxsiyyətin
qorunması, hər bir adama cəmiyyətdən gələn
müqavimətin dəf edilməsində kömək göstərməklə,
onlara daha geniş qruplarla ünsiyyət imkanı təmin etmək.
Bu üç funksiya birlikdə tələblərdə
dünyaya arzuolunan rasional baxışın inkişaf etməsinə
yardım etmək, cəmiyyətdə yetkin olmayan üzvlərin
məruz qaldığı real mövcud olan işlərin təmizlənməsi
və optimallaşdırılması ilə daha geniş,
balanslaşmış mühitin yaradılması.
Üçüncüsü, ölkədə həyata
keçirilməsi nəzərdə tutulan sosial-iqtisadi və
hüquqi-siyasi islahatların kadr bazasının
yaradılması. Cəmiyyətin gələcəyini onda həyata
keçirilən islahatlar müəyyən edir. Təhsil ya
keçmişə baxmaqla, ya da gələcək haqqında
fikirləşməklə qurula bilər. Milli təhsil sistemləri
daha çox keçmişə baxışla
formalaşdığından, gələcək haqqında
düşüncələr əsasında qurulan təhsil
ölkədə islahatların həyata keçirilməsində
daha mühüm rol oynayır.
Hər islahat konkret hazırlıqlı kadrlar olmadan
mümkün deyil. Xarici ölkələrdə təhsil bu
ölkələrdə mövcud sistemə həmin tələbələrin
təsiri ilə müəyyən olunur. Belə ki, fərdin
yaşadığı və inkişaf etdiyi sosial mühitin
mövcudluğu onun fəaliyyətinə təsir edən və
onun fəaliyyətini istiqamətləndirən kifayət qədər
effektli faktordur. Bu o deməkdir ki, yüksək inkişaf
etmiş cəmiyyətlərdə təhsil alan gənclər
yalnız universitetlərdə kadr kimi deyil, həm də cəmiyyətdə
şəxsiyyət kimi formalaşır ki, bu da cəmiyyətdə
yüksək insani keyfiyyətlərə malik kadrlar deməkdir.
İnsanların qarşılıqlı təsiri
şəxsiyyətin formalaşmasında az rol oynamır.
Xarici təhsil həm də təhsil dövründə gənclərə
pozitiv təsir edən insanların olması ilə xarakterizə
olunur. Buradan sual doğur: xaricdə təhsil alan gənclərə
həmin ölkələrin insanları necə təsir edir?
Dyui belə hesab edir ki, idarəetmənin ən mühüm
fundamental vasitəsi başqa insanların kənardan birbaşa
şəxsi göstərişi, əxlaq öyrətməsi
yox, müxtəlif predmetlərdən istifadə zamanı
başqa insanlarla uzlaşma prosesində, başadüşmə
adətlərində təzahür edən şüura təsir
etməklə mümkün olur. Buna görə də xaricdə
təhsil alan gənclərin fərqli düşüncə və
davranışları onların kim tərəfindən
“verbovka” olunması ilə yox, təhsil aldığı
mühitin insanları ilə üzləşməsilə
bağlı olur.
İslahatların həyata keçirilməsinin
effektliyi hər şeydən əvvəl bu islahatlarda
iştirak edən insanların azadlığı ilə
bağlıdır. Dyui yazır: “Bütün münasibətlərdə
fiziki fəaliyyətin azadlığı fikir və mühakimələrin
azadlığının vasitəsidir, hansı ki, insan məhz
buna görə seçdiyi məqsədə doğru irəliləyir”.
Bu cür azadlığa təlabat bütün insanlarda
müxtəlifdir. Xaricdə təhsil tələbələrdə
daha azad fikir və düşüncə
formalaşdırır ki, bu da onların ölkədə
islahatların həyata keçirilməsində daha inadkar və
produktiv olmalarına səbəb olur.
Dördüncüsü, xarici ölkələrin
mütərəqqi nəaliyyətlərinin Azərbaycana tətbiqi.
Bu, sosial mühitin maarifləndirmə funksiyası ilə
bağlıdır. Dyui yazır ki, sosial mühit fərdləri
fəaliyyətə cəlb etməklə, onların
davranışlarında intellektual və emosional istiqamət
formalaşdırmaqla, onlarda konkret məqsədi və və bunun
ardınca müəyyən nəticələri olan müəyyən
cəhdlər yaradır və gücləndirir. Başqa
sözlə, sosial mühit özü ayrılıqda bir məktəb
kimi çıxış edir. Təhsildən asılı
olmayaraq, bu təhsil xaricdə təhsil alanlarda daha ciddi
dünya görüşü və davranış təcrübəsi
qazanmağa gətirib çıxarır. Buraya yaxşı
manera-sosial davranış dəsti, yüksək estetik
zövq, dil səlahiyyəti, dünyagörüşü və
s. aiddir. Məlumdur ki, müxtəlif ölkələrdə
müxtəlif sosial modellər, siyasi rejimlər, ictimai nizam
hökm sürür. Bu da ölklərin ictimai-siyasi həyatının
plüral olduğunu göstərir. Müxtəlif
aparıcı ölkələrdə təhsil alan tələbələr
birlikdə ölkədə plüralizmin
daşıyıcıları kimi çıxış etdiyindən,
xarici ölklərdə təhsil demokratiyaya doğru
inkişafda mühüm rol oynayır. Dyui demokratoya haqqında
yazır ki, demokratiya sadəcə müəyyən edilmiş
idarəetmə formasından
daha böyük bir şeydir. Hər şeydən əvvəl
demokratiya, birgə yaşam forması, təcrübənin
qarşılıqlı mübadilə fomasıdır. Buradan
da anlaşılır ki, xaricdə təhsil müxtəlif təcrübələrin
daşıyıcılarını
hazırladığından, onların ölkədə birgə
fəaliyyəti və xaricdə qazandıqları təcrübəni
ölkə daxilində yetişmiş kadrlarla mübadiləsi
demokratiyanın əsasını təşkil edir.
Beşincisi, xaricdə təhsilin dövlət səviyyəsində
dəstəklənməsi
yüksək təhsil alan və mədəniyyət səviyyəsi
olan gənclərin nümunəsində Azərbaycan
xalqının xarici ölkələrdə nüfuzunun artırılması və möhkəmləndirilməsinə
səbəb olur. Belə gənclər həm də ölkələr
arasında münasibətlərin xalq diplomatiyası yolu ilə
yeni müstəviyə qaldırılmasında iştirak edə
bilər. Xaricdə təhsil alan tələbə öz
xalqının mədəniyyətinin, tarixininin, dininin
daşıyıcısı kimi, mənsub olduğu xalqı təmsil
edir. Xalqımız haqqında xarici ölkə vətəndaşlarında
rəy formalaşdırır, milli problemlərimizin
düzgün dərk edilməsində müstəsna rol
oynayırlar. Hər bir tələbə xalq diplomatı rolunu
oynayır. Bu da xalqın maraqlarının xarici ölklərdə
müdafiə edilməsində müəyyən elektoratın
meydana çıxması ilə nəticələnir.
Altıncısı, xarici diasporların intellkektuallar
hesabına zənginlədirilməsi və yenidən təşkili.
Xaricdə təhsil alan hər bir tələbə o ölkədəki
diaspora ilə fəaliyyətini əlaqələndirərsə,
bu, diaspor işinin düzgün təşkil olunmasında,
xalqımızla diaspor arasında əlaqələrin
yaranmasında müsbət rol oynamaqla yanaşı, diasporun gənc
intetellektuallarla güclənməsinə də gətirib
çıxarır.
Yeddincisi, ən müxtəlif təbəqlərdə
böyüyən istedadlı gənclərin dövlət
hesabına yüksək ali təhsil alaması ilə öz
sosial statuslarını dəyişdirmək imkanı
qazanmalarına səbəb olur. Bu da ölkə
üçün böyük təhlükə olan təbəqələşmənin
zəifləməsinə, ayrı-ayrı təbəqələr
arasında diffuziyaya gətirib çıxarır ki, millətin
monolitliyi həm də bu prosesdən asılı olur.
Nəhayət, “xaricdə təhsilin mənfi təzahürləri
ola bilərmi?” sualına cavab vermək lazımdır. Məlumdur
ki, mövcudluq əksiliklərin vəhdəti və zidiyyəti
qanununa tabe olduğundan, həyatda yalnız müsbət tərəfləri
olan heç bir proses yoxdur. Bu mənada təhsilin, xüsusən
xaricdə təhsilin də bəzi təhlükələri
yox deyildir. Bura xaricdə təhsillə milli təhsil sistemi
arasındakı ziddiyyətləri qeyd etmək olar. Burada hər
şeydən əvvəl fəaliyyətlə bağlı
fikirlər arasında ziddiyyətlər, cəmiyyət həyatı
ilə fərdi şüur arasındakı zidiyyətlər,
təcrübi davranışla nəzəri mədəni fərqlilik,
həyat vasitələrinin təmin edilməsində yerli kadrlarla
xaricdə hazırlanan kadrlar arasında qanuni və layiqli
üsul və vasitələrin seçilməsi
arasındakı fərqlilikləri göstərmək olar.
Bütün bunlara baxmayaraq, Azərbaycan dövlətçiliyinin
bu ənənəsi hələ uzun illər
yaşadılmalı və inkişaf etdirilməlidir ki, bu da
bizim dövlət təhlükəsizliyimizin, təhsil
inistutunun effektliyinin artmasına xidmət edəcəkdir.
Sərdar CƏLALOĞLU
Hürriyyət .- 2025.- 29 iyul (¹26).- S.3.