Unudulmaz 50 illik
ömür yolu...
Masallıda
şəhidin 50 illik yubileyi qeyd olunub
Martın
13-də Şərəfə kənd Folklor Evi və
kitabxanasının birgə təşkilatçılığı
ilə şəhid Tələt Əlquliyevin 50 illik yubileyinə
həsr olunmuş tədbir keçirilib.
Kənddə
şəhidlərin xatirəsinə ucaldılmış Abidə
Kompleksinin önündə keçirilən tədbirdə təşkilatçı
müəssisələrin əməkdaşları, Q.
İsmayılov adına kənd məktəbinin müəllim
və şagird kollektivi iştirak edib.
Tədbiri
giriş sözü ilə açan Şərəfə kənd
Folkor Evinin direktoru Dürdanə Hüseynova şəhidin həyat
və döyüş yolundan bəhs edib.
Tədbirdə
çıxış edən şəhidin qardaşı Ə.Əliquliyev,
şəhidin sinif və döyüş yoldaşları,
qazilər və müəssisə rəhbərləri onunla
bağlı xatirələrini tədbir
iştirakçıları ilə bölüşüblər.
Sonra
şagirdlərin idasında şeirlər səsləndirilib.
Yekunda
şəhidin məzarı ziyarət olunub.
Zəfər
ORUCOĞLU
Hürriyyət.-
2025.- 18 mart, №11.- S.11.