Tanıdığım Zakir Fəxri poeziyası
Bu gün yaşımızın
(müharibədən sonra
doğulanları nəzərdə
tuturam) o vax-tıdı
– xatirələr üstümüzə
gəlir, olmuşları
yada salır, itirdiklərimizi
yaşamağa səslə-yir.
Bu səsin içində
dostlarımız yada düşür,
şən və qüssəli günlərimiz
vərəqlənir. Necə
ki, ötən əsrin
80-90-cı illərində cavan,
saçı-saqqalı qapqara,
şüvərək boy-buxunlu
bir oğlanla tanış oldum. Mən Azərbaycan Xarici Dillər İnstitutunda müəl-limdim,
“Pedaqogika” kafedrasının
dosentidim. Bu oğlan həmin institutda bir qızı sevirdi. Tanışlığımız
dostluğa çevrildi,
doğmalaşdıq. Arabir
dəniz kənarına
çıxır, boş
skamyada oturub söhbət edirdik. Şeir yazdığını
deməmişdi, amma duymaq his-simdə yanılmamışdım. Nəhayət
o, başı ilə təsdiq elədi. Bu oğlan Zakur Fəxriydi. Bu etirafdan sonra Zakirlə söhbətimiz poeziya barədə olurdu. O, cavan şairlərin ad-larını çəkir,
hətta şeirlərindən
nümunələr söyləyirdi.
Mən isə daha çox sevdiyim gənc şairləri xatırladırdım;
o cümlədən, Vahid Əziz,
Ramiz Rövşəni, Tofiq
Abdini, Ələkbər
Salahzadəni, Camal Yusifzadəni,
İsa İsmayılzadəni, Abbas Abdullanı. Xü-susilə,
Vahid Əzizin poeziyasını
sevdiyimi, yaxın dost olduğumu deyirdim. Zakir Fəxri azca fikrə getdi və Vahiddən bir bənd şeir
oxudu:
Səhərə nə qalır,
ulduzlar sönür,
Səhərin yolları gecədən
keçir.
Üfüqdə bir solğun şəfəq görnür,
Bu da bir qəribə gecədir, keçir.
Mən bu şeirin yazılması tarixini söylədim: Şairin qəlbindən keçən
bir kövrək gecə sevən aşiqlərin gileyindən
doğan bir yuxu imiş. Zakir Fəxri fikrə dalmışdı, mən
Vahiddən bir parça şeiri söylədim. O, diqqətini
mənə yönəltdi:
Sən bir dərya, sən bir gəmi,
Üzəcəyəm hara kimi?
Fələk adlı yelkənimi,
Qaçdım, bağlaya bilmədim.
Şəklinə tutdum üzümü,
Hönkürüb yumdum gözümü,
Oxşadım özüm özümü
–
Yaxşı ağlaya bilmədim.
İllər ötür, Zakir Fəxri
zəng edir, sahildə görüşürdük.
Hiss elədim o, ürəkdən
sevir və bu məhəbbət ona sevgi şeirlərini
“diqtə” edir. Bəzən sevgi aşiqə – şairə
ba-ha başa gəlir, “Sənsiz”ləşir.
Necə ki, onun “Sənsiz” şeiri oxucular tərəfindən
sakit qarşılanmadı.
Uşaqlıq və gənclik dostum Tofiq Abdinlə görüşdüm, o: – qəzetdə Zakir Fəxrinin
şeirini oxudunmu, axı siz cavanlıq
dostusuz, – dedi. – Məni bu şeir
yamanca tutdu. Bir bəndini əzbərdən
dedi:
Təki
sən xoşbəxt ol, sən xoşbəxt
yaşa,
Bir daha demərəm “ölərəm sənsiz”.
Ömrümü birtəhər vuraram
başa,
Yaşayıb keçinə bilmərəm
sənsiz.
Haşiyə çıxıram: mərhum
şair Tofiq Abdinlə bir kənddənik, bir məktəbdə oxumuşuq,
həm də yaşıdıq. Bakıya
da eyni ildə gəlmişik. Bir qızı
dərindən sevirdi,
qəfil qızı başqa oğlana verdilər. Bu əhvalat ona möhkəmcə təsir eləmişdi....
– Tofiq, – dedim. – Şeiri dünən oxumuşam, kövrəlmişəm,
misralar adamı düşündürməyə bilmir, şeir barədə vaxtilə
Zakir mənə danışmışdı,
amma hələ yazmamışdı.
Çalınar kədərim sarı
sim kimi,
Gəl çilən ruhuma təbəssüm kimi.
Məzara
baş çəkən
bir yetim kimi –
İlk görüş yerinə gələrəm sənsiz.
Zakir Fəxri, hicran boş yuvam olub,
Yaşaram gah gündüz, gah axşam
olub.
Pərvanə soraqlı dilsiz
şam olub,
İçimdə ney kimi mələrəm sənsiz.
Zakir Fəxri tanıdığım
kimi nədən, kimdən yazırsa sevərək yaşayır
hisslərini, belə məqamlarda sevgi heç bir halda ötüb keçmir, ürəyə
daha çox sığınır. Hərçənd,
sevgi məhəbbət
deyil qovuşasan, sevgi şimşək kimi kainatı – ürəyi parçalayıb
it-mir, başqa bir dünyaya çəkilir.
Necə ki, şair
“Bir az da sevdim səni” şeirini qələmə aldı. Mən bu şeiri
çoxdan oxumuşdum.
Zakirlə demək olar görüşmürdüm, dərdləşmirdim,
buna bir səbəb də qayğı-larımız
günahkardı. Bu şeiri
şair duyaraq, yaşayaraq vərəqə
köçürüb – hansı
yaşda deməyə
çətinlik çəkirəm.
Bəlkə də görüşlərimiz zamanı
yazılıb, amma oxumayıb?
Dağ çayının önündə
Axar sulara baxdım.
Qoşulub göy sulara
Sular axdıqca axdım...
Yenə
yadıma düşdün,
Xatirə
– xatirə sən
Gözlərimdən ötüşdün.
Pıçıldayıb adını
Axar sulara tutdum.
Bir az da sevdim səni,
Amma bir az unutdum...
Şeir
məni uzaqlara apardı, Zakirlə kirayə ev soraqlı illərə, küçə-küçə ayaq döyür, qapıları ümidlə
açırdıq. Beləcə,
mən də, o da səhəri nigaran qarşılayırdıq. Mən
“dağlı məhəlləsində”
tapdım.
Zakir kəndi düşünürdü,
dərindən köks
ötürdü, mən
ona təsəlli verirdim, şair-liyinə güvənməsini tövsiyə
edirdim. O, çətinliyə
baxmayaraq vüqarını
qoruyurdu:
Tək pencəkdə keçirtdim
Qarlı,
şaxtalı qışı.
Sərt
şaxtada, soyuqda,
Ayazda sevdim səni –
Bir az da sevdim səni...
Tanıtdım mən sevgimi,
Yola – rizə tanıtdım.
Qısıldım tək sevgimə,
Çölə, düzə tanıtdım.
Bir az da sevdim səni,
Amma bir az unutdum...
Lakin sevgi bir gün
daşlaşdı ögey
sahilində, ruhu tənha dolaşır, gömgöy lə-pələr
coşur, mahnılar vaxtsız ayrılığa
qovuşur. Şair dərdini kimə söyləsin, köçəri
quşlar da yox, göy üzü boş qalıb, təsəllisə bir xatirədirsə:
Dərdimi boşaltdım
Ayrılıq quyusuna,
Xatirə
bir daş atdım...
Aylar, illər ötsə də,
Hər
an səni gözlədim.
Dönmədin... nə gizlədim,
Sevginə çox umuddum.
Bir az da sevdim səni,
Amma bir az unutdum...
Zakir Fəxri Bakıda ikən, şair və yazıçılarla
oturub – durarkən yarıcanı kənddə
– anasının yanında
idi. Onunla görüşüb qayıdanda
uşaq kimi sevinirdi. O illərdə o,
anasına xeyli şeirlər həsr eləmişdi. Bəzilərini
mənə oxumuşdu,
fikrimi öyrənmək
istəyirdi. O vaxt mənim də anam sağdı. Zakir Fəxri anasını xatırlayıb “Qaytar,
ana, qaytar məni beşiyə” adlı unikal şeirini yazdı. O, necə də özünü xoş-bəxt duyurdu. Bu, o
vaxtlardı – Zakir elə
bil tənhalaşmışdı,
“ərk etdiyi dostlar da üzünə durmuşdular”, belə anlarda övlad anasına sığınmaq
istəyir, beşiyə
qayıtmaq istər! Şair də istisna deyil.
Çəkilmişəm özümə,
yığılmışam içimə.
Kədər məni səsləmir,
səsləmir sevinc məni,
kimsə
səsləməz məni,
bu darısqallıqdan
bir hovur çıxam eşiyə.
Qaytar,
ana, qaytar məni beşiyə.
Zakir Fəxri də başqa insanlar qədər anasını
istəyrdi, onun üçün xiffət
edirdi. Bir gün dedi ki, kəndə gedirəm, anamı yuxuda qarışıq görmüşəm. Yola düşdü
və qayıdanda qüssəliydi. Təsəlli
verdim. Sevindi, dedi ki, sözündən xeyli yüngülləş-di.
Sonralar “Qara torpaq, muğayat ol anamdan” adlı
misilsiz şeirini çap etdirdi. Mən başqa şairlərin də şeirlərini oxumuşam.
Yaddaşımda Əli
Kərimin “Qaytar ana borcunu” şeirini əbədi həkk olunub. Zakir Fəxrinin bu şeirini müqayisə edərdim Əli Kərimin misraları ilə. Ana sevgisini belə dərinlikdə tərənnüm
etmək hər şairin işi deyil! Sağlığında
qayğısına lazımınca
qala bilməyən oğul məhəbbətinin
təsəl-lisidir şeir.
Yükünü çəkəmmədim,
Arzusunda
bünövrəsini qoydğu
evini tikəmmədim.
Dumanlı köçdən ayrılıb,
ocağı başında yanammadım.
İşıq olub gözlərinə
qonammadım,
Qara torpaq, muğayat ol anamdan.
Qulaq asmadım
xeyirxah dualarındakı
yalvarşlara.
Damar –
damar qəmə dönüb,
çökdüm alnındakı qırışlara.
Xəbər tutammadım düşəndə
xəstə,
Saxlaya bilmədim gözümün
üstə,
Qara torpaq, muğayat ol anamdan
Qara torpaqda uyuyan Analar üçün övladlar beləcə nigarandılar, axı, Torpaq da Analar üçün darıxır.
Ölməz şairimiz
Hüseyn Arif demişkən:
Torpaq Anasız qalmasın deyə
Torpağın qoynuna köçür
analar...
Zakir Fəxrinin bu yaşında Anasız yaşamasına yalnız təsəlli vermək qalır. Təki, Ana soyuq torpaqda üşüməsin:
Ölüm bəlli, olum yox
Yeri soyuq düşməsin,
Bürünməyə şalım yox,
İsti
közümü yetır,
Külümdən duyuq düşməsin,
Qara torpaq, muğayat ol anamdan.
Qəbrinə gedən cığırlar,
barı
itməsin,
illərin altında qalıb
qoy məzarı itməsin.
Qara torpaq, muğayat ol anamdan.
Mən gənclik dostuma, istedadlı şair Zakir Fəxriyə can sağlığı
və yaradıcılıq
uğurları arzulayıram.
Allahverdi Eminov
Mart,
2025
Hürriyyət.- 20-25.- 18 mart, №11.- S.15.