Vətənə şöhrət olan Vüqar
44 günlük haqq savaşımızda adını
qəhrəmanlıq tariximizə
yazan minlərlə qeyrətli Vətən övladından biri də 1988-ci il sentyabrın
28 də Göytəpə
şəhərində anadan
olan Vüqar İbadovdur. Şərəfli
ölümü ilə
Vətəninə, xalqına
şöhrət olan Cəlilabadın qəhrəman
oğlu heç zaman unudulmaz. Zəfər tariximizin müəllifi kimi keçdiyi 32 illik ömür yolu gələn nəsillər də örnək olacaqdır.
Vətən sevgisi ilə böyüyən Vüqar
Sadiq oğlu 2004-cü illərdə
V.Hüseynov adına Göytəpə şəhər
2 saylı tam orta məktəbini bitirəndə
yaxşı əməllər
sahibi olaraq el-obada hamı ona hörmət bəsləyib. Vüqar insanlara daha çox xeyir vermək məqsədilə
Cəlilabad Peşə
liseyini də yüksək səviyyədə
başa vurub. Gözəl günlərə
doğru üz tutsa da, qaldı ki, erməni faşistlərin
Qarabağımızın işğali
onu rahat buraxmır. 2006-cı ildə
həqiqi hərbi xidmətə yola düşəndə deyib:
- Erməni dığaların
Vətən torpaqlarına
ayaq basması bizə heç cür yaraşmır. Mənim əsas arzum döyüş meydanında yağıdan
qisas almaqdır.
Vüqarın əsgərliyi cəbhə
bölgəsində keçib.
Nümunəvi xidməti
onu əsgərlərə,
zabitlərə sevdirib.
Qarabağın taleyini
düşünməklə hərbi təlimlərdə
fəal olub, döyüş meydanında
dığalara layiqli cavab vermək üçün mükəmməl
təcrübə qazanıb.
Həmçinin xidmət
zamanı Vüqarın
cəsurluğu, qorxmazlığı,
yurdsevərliyi, torpaq canlı, vətənpərvər
olması ürəkdən
bəyənilib. Əsgərliyi
üzüağ başa
vursa da, yağıdan
alacağı öcə
görə həyatını
orduya bağlayıb və məqamı gələndə düşmənlə
sona qədər döyüşüb qisas
alacağına and içib.
Məqsədinə çatmaqdan
ötrü hərbi qulluqçularının hazırlığı
kursunu keçərək
tankçı ixtisasına
yiyələnib, döyüş
üçün bir daha püxtələşib.
Ən əsası haqq işimiz naminə canından-qanından
keçməyə hazır
olub.
Köksündə qəhrəman ürəyi
döyünən Vüqar
İbadov İkinci Qarabağ müharibəsinin
ilk günündə ən
qaynar nöqtələrdə
döyüşə girib.
Cəbrayıl-Füzuli-Qubadlı istiqamətlərində gedən
ağır müharibə
meydanında idarə etdiyi tankının qarşında düşmən
heç cür duruş gətirə bilməyib və ciddi itki verməklə
qaçmağa üz
qoyub. Oktyabrın 9-da Aşağı Seyidəhmədli
kəndi uğrunda gedən döyüşlərdə
sözün əsl mənasında dığalara
qan qusdurub. Göstərdiyi hünər,
düşmənə vurduğu
zərbələr daha
sarsıdıcı olub.
Bu ölüm-dirim savaşında
özü də ağır yaralanıb. Hospitalda müalicə alan qəhrəman Vətən sevdalısı
oktyabrın 19-da əbədiyyət
adlı dünyasına
qovuşub. Nəsibi əzəmətli, müqəddəs
şəhidlik zirvəsindən
boylamaq səadəti olan Vüqar İbadov əlçatmaz,
ünyetməz ulduzlu bir ömür qazanmaqla, həm də dövlət tərəfindən "Vətən
uğrunda", "Cəbrayılın
azad olunmasına görə”, "Füzulinin
azad olunmasına görə" və
"Qubadlının azad
olunmasına görə"
medalı ilə təltif edilib.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Hürriyyət.-
2025.- 27 may, №19.- S.12.