QİYMƏT İNFLYASİYASI:

Ali təhsildə görünməz,

amma dərin problem

 

Ali təhsil sisteminin dayanıqlığı təkcə universitetlərin infrastrukturundan proqramlarının məzmunundan deyil, həm qiymətləndirmə mədəniyyətindən asılıdır. Son illərdə isə bu mədəniyyətin ən zəif halqalarından biri getdikcə daha çox müzakirə olunur - qiymət inflyasiyası.

Bu anlayış iqtisadiyyatdan götürülüb: necə ki, pul inflyasiyası nəticəsində milli valyutanın dəyəri azalır, eləcə qiymət inflyasiyası tələbə ballarının reallıqdan uzaqlaşması, yəni akademikvalyutanındəyərdən düşməsi deməkdir.

 

Qiymətlərin artımıbiliklərin artımı demək deyil

 

İlk dəfə qiymətlərin süni şəkildə yüksəldilməsi haqqında Qərb universitetlərində hələ ötən əsrin 70-ci illərində danışılmağa başlanmışdı. Həmin dövrdən etibarən orta qiymətlərin illər üzrə sabit şəkildə artması müşahidə edilir, halbuki tələbələrin faktiki bilik səviyyəsi dəyişmir.

Bu tendensiya artıq postsovet məkanında, o cümlədən Azərbaycan ali təhsil sistemlərində özünü göstərir. Statistik müşahidələr göstərir ki, tələbələrin ümumi orta balları yüksəlir, lakin bu yüksəliş çox vaxt onların real elmi nailiyyətlərini əks etdirmir.

 

Sovet ali təhsil sistemində qiymətləndirmə prinsipləri - bilik, zəhmət məsuliyyət ölçüsü idi

 

Təhsilin keyfiyyətini müəyyən edən əsas amillərdən biri qiymətləndirmə mədəniyyətidir. Lakin bu mədəniyyətin tarixi inkişafına baxdıqda, aydın olur ki, qiymət anlayışının özü dövrlər üzrə dəyişib.

Sovet ali təhsil sistemində qiymətləndirmə prinsipləri ciddi sərt idi. Universitet qruplarındaəlaçıadını qazanmaq çox çətin idi. Bəzən 25–30 nəfərlik qrupda cəmi 1–2 nəfərəlaqiymətlərlə məzun olurdu. Bu, həm müəllimlərin yüksək tələbləri, həm obyektiv qiymətləndirmə mədəniyyətindən irəli gəlirdi.

Həmin dövrdə qiymətin tək funksiyası tələbəni motivasiya etmək deyil, bilginin səviyyəsini real ölçmək idi. Məsələn, müəllim tələbəni qiymətləndirərkən onun bilik dərinliyinə, təhlil qabiliyyətinə, məntiqinə elmi üslubuna əsaslanırdı. Tələbə həm kurs işlərində, həm imtahanlarda ciddi müzakirədən keçirdi.

Əlaçıolmaq həm müəllimlər, həm tələbələr üçün ciddi reputasiya məsələsi idi.

Bugünkü ali təhsil mühitində vəziyyət fərqlidir. Universitetlərdə tələbələrin ümumi qiymət göstəriciləri əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksəlib. Bəzən qrupdaəlaçıtələbələrin sayı yarıdan çox olur.

Bu, ilk baxışda təhsilin inkişafı kimi görünə bilər, lakin əslində bu dinamika qiymət inflyasiyası fenomeninin təzahürüdürqiymətlərin artması, lakin bilik keyfiyyətinin eyni səviyyədə qalmaması.

Sovet dövrünün sərt qiymətləndirmə sistemi bu gün üçün əlbəttə ki, ideal model deyil. Lakin o dövrün bir üstünlüyü var idiqiymətin mənəvi elmi çəkisi. Bu gün ali təhsil sistemi üçün əsas çağırış bu çəkini bərpa etməkdir, amma müasir şəraitə uyğun formada.

Yəni məqsəd sərtlik deyil, ədalətli şəffaf qiymətləndirmədir. Qiymət tələbənin biliyini əks etdirməli, müəllimin yükü isə onun obyektiv qərar vermə imkanını məhdudlaşdırmamalıdır.

Əgər sovet dövründəəlaçıolmaq real akademik nailiyyətin göstəricisi idisə, bu günəlaqiymət almaq çox vaxt sadəcə prosedur nəticəsidir. Lakin qiymət yalnız rəqəm deyil — o, akademik reputasiyanın göstəricisidir.

Qiymət inflyasiyası problemi ilə üzləşən hər bir universitetəslində bir sualla qarşı-qarşıyadır: biz tələbəyə bilik veririk, yoxsa sadəcə diplom?

 

Müəllimlərin akademik yüküəsas səbəblərdən biri

 

Rusiyalı tədqiqatçıların apardığı bir araşdırma (Forbes Education tərəfindən yayımlanıb) bu hadisənin az nəzərə alınan, lakin mühüm səbəbini aşkarlayıbmüəllimlərin yüklənməsi.

Sankt-Peterburq Ali İqtisad Məktəbinin 2018–2021-ci illər üzrə məlumatları təhlil olunarkən müəyyən edilib ki, müəllim qədər çox kurs aparır qədər çox tələbəni qiymətləndirməli olur, həmin fənn üzrə orta qiymət bir o qədər artır. Hər əlavə tələbə ortalama 0,007 bal fərq yaradır. Bu kiçik fərq böyük axınlarda (məsələn, 500 nəfərlik qrupda) üç ballıq (10 ballıq sistemdə) hipotetik artıma gətirib çıxara bilər.

Bunun səbəbi aydındır: çoxsaylı tələbələrin işlərini təhlil etmək fərdi yanaşma göstərmək üçün vaxt çatmır. Müəllim qiymətləri bir qədəryumşaldaraqhəm öz yükünü azaldır, həm tələbə narazılığının qarşısını almağa çalışır.

 

Təcrübə, kurs tipi akademik reputasiya

 

Tədqiqat göstərir ki, müəllimlərin təcrübəsi fənnin tipi qiymətləndirmə nəticələrinə əhəmiyyətli təsir göstərir.

Təcrübəli müəllimlər adətən daha sərt obyektiv qiymətləndirirlər. Onlar dərs prosesini rasional planlaşdırır, tələbələrin bilik səviyyəsini daha dəqiq müəyyən edirlər.

Əksinə, gənc ya yeni fənn tədris edən müəllimlər çox vaxt qiymətləri şüuraltı şəkildə yüksəldirlər, çünki bu, konfliktlərdən yayınmağın tələbə məmnuniyyətinisünitəmin etməyin asan yoludur.

Məcburi fənlərdə qiymətlər adətən daha yüksək olur, çünki bu fənlər üzrə yekun orta bal tələbənin diplom göstəricisinə təsir edir. Fakültativ kurslarda isə, xüsusilə öz reputasiyasına önəm verən təcrübəli müəllimlər daha tələbkardır.

 

Qiymət inflyasiyasının mənfi təsirləri

 

Bu problem təkcə universitetin daxili məsələ deyil, həm ali təhsilin ümumi keyfiyyətinə iqtisadi dəyərinə təsir göstərən struktur faktordur.

Birincisi, diplomların etibarlılığı azalır. Əgər demək olar ki, bütün tələbələr yüksək bal alırsa, işəgötürən üçün bu göstəricinin differensial dəyəri itir. Nəticədəəlaçızəiftələbə arasında fərq görünməz olur.

İkincisi, sosial ədalətsizlik dərinləşir. Əgər bəzi universitetlər ixtisaslar qiymətləri daha çox şişirdirsə, onların məzunları əmək bazarında əsassız üstünlük əldə edirlər. Bu, həm təhsil, həm iqtisadi sahədə bərabər imkan prinsipini pozur.

 

Məsələnin həlli yolları

 

Qiymət inflyasiyasını azaltmaq üçün universitetlər həm təşkilati, həm metodik səviyyədə tədbirlər görməlidirlər.

1.Akademik yükün optimallaşdırılması. Dərs yükünün bərabər paylanması, xüsusilə gənc müəllimlər üçün, qiymətləndirmənin obyektivliyini artırır.

2.Qrup kurs sayına nəzarət. Müəllim eyni zamanda çoxsaylı fənlər yüzlərlə tələbə ilə işləməməlidir.

3.Qiymət paylanmasının monitorinqi. Universitet rəhbərliyi mütəmadi şəkildə fənlər üzrə qiymət dinamikasını analiz etməli, normadan kənara çıxmaları izləməlidir.

4.Vahid qiymətləndirmə meyarları. Bütün fakültələrdə tətbiq olunan aydın şəffaf qiymətləndirmə sistemi subyektiv yanaşmaları azaldır.

 

Akademik dürüstlükkeyfiyyətin əsası

 

Qiymət inflyasiyası görünməz, lakin dərin köklərə malik problemdir. Onun aradan qaldırılması yalnız tədris keyfiyyətini deyil, həm ali təhsilin reputasiyasını qorumağa xidmət edir.

Əgər qiymətlər real bilikləri əks etdirmirsə, universitetin elmi nüfuzu, tələbənin əməyi diplomun dəyəri zərbə alır. Buna görə ali təhsildə ədalətli şəffaf qiymətləndirmə prinsipləri yalnız idarəetmə məsələsi deyil, həm akademik etika milli intellektual kapitalın qorunması məsələsidir.

Əgər qiymət yalnız formal göstəriciyə çevrilirsə, universitet tədricən intellektual keyfiyyətin deyil, kəmiyyətin simvoluna dönür. Ədalətli qiymətləndirmə isə universitetin ən dəyərli kapitalıdıronun akademik reputasiyası.

 

Zahid Məmmədov 

Professor 

 

Hürriyyət.- 2025.- 4 noyabr, ¹40.- S.6.