Xarici diplomun
yaratdığı süni
prestij elmi keyfiyyəti
azaldır
Müasir ali təhsil sistemində tədqiqatçıların
akademik reputasiyası yalnız elmi nəticələrdən
deyil, həm də sosial və institusional statusdan təsirlənir.
Robert K. Mertonun “Matfey effekti” nəzəriyyəsi göstərir
ki, artıq üstünlüyə malik olan şəxslər əlavə
imkanlar əldə edir və prestij spiralına daxil. Bu mexanizm
kümülatv üstünlüklərlə sıx
bağlıdır: ilkin üstünlük zamanla yeni
üstünlüklər doğurur.
Xaricdə diplom almaq da, təəssüf ki, bu
mexanizmlərin sosial təzahürü kimi funksional rol
oynayır. Bir çox hallarda diplom sahibinin elmi
bacarığı ilə sosial prestiji arasında ciddi fərq
yaranır və bu fərq akademik mühitdə süni
üstünlüklərin formalaşmasına gətirib
çıxarır.
Merton “Matfey effekti”ni elmi mühitdə nüfuz
və prestijin paylanması ilə izah etmişdir. “Matfey effekti”
məşhur alimlər daha çox kredit qazanır, az
tanınmış alimlər isə real töhfələrinə
baxmayaraq “görünməz qalır” prinsipinə əsaslanır.
“Kümülatv üstünlüklər” nəzəriyyəsi
isə göstərir ki, ilkin üstünlük zamanla
resursların və imkanların artmasına səbəb olur .
Bu mexanizm yalnız fərdlər arasında deyil, institutlar və
universitetlər səviyyəsində də müşahidə
olunur.
Xarici diplomun sosial dəyəri yalnız onun təqdim
etdiyi biliklə ölçülmür. Burdye simvolik
kapitalı “obyektiv dəyəri olmadan dəyər kimi
tanınan sərvət” kimi təsvir edir. Xaricdə diplom
daşıyıcısının prestiji real bilik və
bacarıqdan daha çox diplomun brend dəyəri ilə
bağlı olur. Bu fenomen akademik qərarvermə mexanizmlərində
və tədqiqat mühitində süni üstünlüklərin
yaranmasına şərait yaradır.
Diplom sahibi, real tədqiqat və bilik bazası
nə qədər zəif olsa da, xarici universitetin brendi ona
müəyyən üstünlük təmin edir.
Simvolik kapital, sosial gözlənti və
institusional legitimləşdirmə mexanizmi vasitəsilə
aktivləşdirilir:
1. Institusional legitimləşdirmə: Diplom
sahibi işə qəbul, akademik vəzifələr və
qrant imkanlarında daha çox üstünlük əldə
edir. Məsələn, bir universitetdə dekan təyin edilərkən
tədqiqat göstəricilərindən çox diplomun mənşəyi
nəzərə alınır.
2. Sosial prestij: Xaricdə diplom alan şəxslər
tez-tez akademik tədbirlərdə ekspert kimi təqdim olunur,
sosial mediada və ictimai platformalarda yüksək
görünürlük qazanır. Bu prestij isə əlavə
imkanlar və resurslar doğurur.
3. Görünən keyfiyyətin süni
formalaşması: Diplom sahibi özünü bilikli kimi təqdim
edə bilir, baxmayaraq ki, onun bilik və tədqiqat
bacarığı yerli kontekstdə kifayət qədər
inkişaf etməmiş ola bilər.
“Matfey effekti” çərçivəsində
simvolik kapital xarici diplom vasitəsilə
aşağıdakı şəkildə kümülatv
üstünlük yaradır:
-Diplom
sahibi ilkin prestij qazanır.
-Bu prestij
onu daha çox görünən edir və əlavə
imkanlar gətirir.
-Yeni
imkanlar isə daha çox prestij və sosial kapital yaradır.
Nəticədə
diplomun brendi və sosial gözlənti bilik və akademik fəaliyyətlə
müqayisədə üstünlük qazanır, yəni
süni üstünlüklər formalaşır. Bu həm
yerli elmi mühitdə, həm də beynəlxalq təhsil
bazarında akademik reputasiyanın inflasiyasına səbəb
olur.
Praktik
nümunələr və müşahidələr:
-Bir
çox hallarda “xaricdə oxumuşam” statusu avtomatik olaraq
konfranslarda, seminar və layihələrdə spiker və
ekspert statusu verir.
-Yerli
alimlər, hətta uzun illər elmi fəaliyyət göstərsələr
belə, sosial kapitalı zəif olduğu üçün
görünməz qalırlar.
-Xarici
diplom sahibi tez-tez qrant, layihə və maliyyə dəstəyi
almaqda üstünlük qazanır, nəticədə elmi məhsuldarlıqdan
çox prestijli görünmə ön plana
çıxır.
Beləliklə,
diplom sahibi daha çox görünürlük və resurs
topladıqca, yerli alimlər üçün imkanlar
daralır, akademik bərabərsizlik artır.
Xarici
diplom yalnız bilik və tədqiqat göstəricilərini
deyil, həm də simvolik kapital və prestij mexanizmlərini
aktivləşdirir. Bu, akademik sistemin strukturunu dəyişdirir
və “Matfey effekti”nin tətbiqi ilə süni
üstünlüklər yaradır. Elm yalnız brend diplomla
deyil, real bilik və məhsuldarlıqla ölçülməli,
simvolik kapitalın aşırı təsiri isə minimuma
endirilməlidir.
Xaricdə
diplom almaq avtomatik olaraq yüksək bilik və tədqiqat
bacarığı ilə eyniləşdirilmir. Diplom sahibi:
-akademik
araşdırma aparmaya bilər,
-metodoloji
bacarıqları zəif ola bilər,
-yerli
kontekstdə problemləri düzgün qiymətləndirməyə
bilər.
Bu halda
diplom yalnız süni prestij yaradır. Bir dəfə xarici
diplom alan şəxs:
-İş
vəzifələrinə seçilir,
-Tədbirlərdə
ekspert kimi dəvət olunur,
-Media və
sosial şəbəkələrdə görünürlük
qazanır,
-Növbəti
akademik qərarlarda üstünlük əldə edir.
Bu spiral nəticəsində
real akademik performansın əhəmiyyəti azalır.
Süni prestij mexanizmi aşağıdakı nəticələri
yaradır:
-Həqiqi
tədqiqatçılar görünməz qalır,
-Elmi
keyfiyyət deyil, etiketi qiymətləndirilir,
-Akademik qərarvermədə
ədalətsizlik yaranır,
-Tədqiqat
mədəniyyəti zəifləyir.
Bəzi institusional çatışmazlıqlar
mövcuddur ki, bu zaman akademik performans və tədqiqat göstəricilərinə
bəzən kifayət qədər diqqət yetirilmir və
diplomun brendi əsas meyar kimi nəzərə alınır. əmək
bazarının kommersiyalaşması nəticəsində
diplomlar həm bazar qiyməti, həm də sosial prestij
baxımından qiymətləndirilir; bu isə xarici diplom
sahiblərinə əlavə imkanlar yarada bilir. Media və
sosial təsir mexanizmi xarici diplom sahiblərinin ictimaiyyət
qarşısında ekspert statusunu gücləndirir, belə
ki, onların real elmi bilik və təcrübəsi
görünən prestij ilə müşahidə olunur. Daxili
meyarların və obyektiv qiymətləndirmə mexanizmlərinin
tam tətbiq olunmaması yerli mütəxəssislərin elmi
töhfələrinin kifayət qədər tanınmasına
mane ola bilər və onların karyera imkanlarını məhdudlaşdıra
bilər; nəticədə akademik bərabərsizlik məsələsi
diqqət tələb edən sahə kimi qalır.
Problemin həlli
yolları və tövsiyələr:
-Akademik vəzifələr
və qrantlar yalnız real nəticə və tədqiqat
göstəricilərinə əsaslanaraq verilməlidir, beləliklə
elmi fəaliyyətin obyektiv qiymətləndirilməsi təmin
olunmalıdır;
-Xarici
diplom yalnız avtomatik üstünlük kimi qəbul edilməməli,
əksinə fərdin potensial imkanlarını göstərən
bir göstərici kimi qiymətləndirilməlidir;
-Yerli
alimlərin tədqiqat fəaliyyətinə daha çox dəstək
verilməli, onların akademik nailiyyətləri həm
institusional, həm də maliyyə resursları
baxımından təşviq olunmalıdır;
-Akademik
reputasiya inflyasiyasının qarşısı alınmalı
və sosial prestij ilə real elmi performans arasındakı fərq
minimuma endirilməlidir;
-Elmi
keyfiyyətin ölçülməsi və qiymətləndirilməsi
institusional auditlər vasitəsilə həyata keçirilməli,
obyektiv standartlar və kriteriyalar tətbiq olunmalıdır.
“Matfey
effekti” və "Kümülatv üstünlüklər” nəzəriyyəsi
göstərir ki, xaricdə diplom almaq – əgər tədqiqat
və bilik dəstəklənmirsə – yalnız süni
prestij yaradır. Bu, akademik mühitdə:
-real tədqiqatçıların
marginalizasiyasına,
-akademik
reputasiyanın inflasiyasına,
-elmi
keyfiyyətin azalmasına səbəb olur.
Elm
yalnız diplom brendi ilə deyil, real bilik və nəticələrlə
ölçülməlidir. Hər bir akademik sistem
üçün əsas prinsip budur: “Status yox, keyfiyyət dəyərləndirilməlidir.”
Prof.
Zahid Fərrux Məmmədov
Hürriyyət.-
2025.- 18 noyabr, ą41.- S.7.