Ürəklərdə məkan quran
qəhrəman Famil
Famil
üçün Vətəni hər şeydən doğma və
əziz idi. Bu ilahi sevgi onun qanına, canına ana südü
ilə birgə hopmuşdu. Odur ki, 44 günlük haqq
savaşımızda sinəsini Vətəninə sipər etməklə
30 il əsarətdə olan Qarabağımızın
azadlığı naminə son nəfəsinə qədər
qəhrəmanlıqla, mərdliklə yağıya
qarşı döyüşdü. 22 yaşında şərəfli
ölümü ilə bir tarix yazdı. Bununla da bütün
nəsillərə nümunə olacaq bir həyat yolu
keçdi.
Famil Vüqar oğlu Ağaşov 1998-ci ildə Cəlilabad şəhərində
anadan olub. Vətəni düşmən təcavüzündə
olan Famil orta məktəbi bitirən ili ordu sıralarına
yola düşüb. Cəbhə bölgəsində yurdunu,
torpağını ləyaqətlə qorumaqla bərabər,
həm də yağı ilə döyüşə
hazırlaşıb. Saf vicdanı, qəlbində bəslədiyi
doğma Azərbaycana ilahi sevgisi hər an onu Qarabağın
azadlığı uğrunda vuruşa səsləyib. Və bu
müqəddəs işdə şəhid olmağı belə
özünə şərəf bilib. Məqamı gələndə
yağının başını müharibə meydanında
əzmək məqsədilə yaxşı əsgər olaraq
üzərinə düşən tapşırıqları
vaxtında, düzgün yerinə yetirib. Hərbinin sirlərinə
yaxında bələd olmaq üçün bütün təlimlərdə
fəal iştirak edib, ən ağır sınaqlardan
uğurla keçib. Həmçinin idmançı
olmağı da həmişə ona dayaq durub. Mərdliyi, cəsurluğu,
ağıllı davranışı ilə komandirlərin
sevimli əsgəri olan Famil Vətən qarşısında
övladlıq borcunu şərəflə yerinə yetirdikdən
sonra evinə qayıdıb. Qaldı ki, yağı
tapdağında qalan Qarabağımızın taleyi onu rahat
buraxmayıb, xəyalı gecə-gündüz
döyüş bölgələrində dolaşıb. Bir
ildən sonra yenidən orduya qayıdıb, kurs keçib və
Xüsusi Təyinatlı hərbiçi olaraq xidmətə
başlayıb.
Adəti
üzrə Famil işinə ürəkdən bağlanıb.
Olduqca mükəmməl bacarığa malik olan gənc verilən
hər tapşırıqda ümidləri, etimadları layiqincə
doğruldub. Həmişə də, bildirib ki,
ulularımız Vətənin yaşaması naminə namus,
qeyrət, torpaq uğrunda fədakarlıq göstəriblər.
Qana susamış erməni cəlladlarından qisas almaq,
onların qara niyyətini ürəyində qoymaq bizim üzərimizə
düşür. Canında, qanında Vətən qeyrəti,
yurd təəssübkeşliyi olan ölümdən qorxmadan
düşmənə qarşı çıxar. Bir can
borcluyuq, o da Vətənə qurban...
Bəli,
2020-ci il sentyabrın 27-də
Qarabağın azadlığı uğrunda başlanan əks-hücum
əməliyyatları zaman Famil odlu-alovlu səngərdə
birincilər sırasında öz yerini alıb.
Döyüş yolu ən qaynar nöqtələrdən keçən
igid yağıya qan qusdurmaqla ad qoyub. Daha çox
döyüşdüyü yer Füzuli rayonu olub. Müharibə
meydanında ön sıralarda savaşıb, aldığı
tapşırıqları cəsarətlə,
ölümün gözünə dik baxa-baxa yerinə yetirib.
Döyüşdən-döyüşə təcrübəsi
artan Fərid daha sonra Cəbrayılda, Xocavənddə
silahının hədəfinə tuş gələn
çoxlu sayda erməni qəsbkarını məhv edib.
Neçə-neçə qanlı müharibədən zəfərlə
çıxan qəhrəman Famil Ağaşov noyabrın 8-də,
yəni qələbədən bir gün öncə
yağıya qarşı son damla qanına qədər
döyüşüb şəhidlik zirvəsinə ucalıb.
Torpağı ölümü ilə Vətən edən Cəlilabadın
igid şəhid oğlu dövlət tərəfindən
3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə
fərqlənməyə görə”, Füzulinin, Xocavəndin
azadlığı uğrunda medalları ilə təltif
edilib.
Zəfər şəhidimiz Famil
Ağaşovun qəlbində qoynunda
dünyaya göz açdığı Vətəninə,
torpağına sonsuz sevgi yuva qurmuşdu. Bu sevgi onun
üçün bütün olanlardan ucada dururdu. Elə ona əbədi
günəş ömür qazandıran da bu oldu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hürriyyət.-
2025.- 16 sentyabr, ¹33.- S.14.