Qəhrəmanlıq dastanı

yazan Mirxəyal

 

44 günlük haqq savaşımızda Vətən millət yolunda son damla qanına qədər yağıya qarşı döyüşüb şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri Mirxəyal Kərimzadədir. Azərbaycanın yeni, şanlı tarixinə adını yazan Vətən sevdalısının 26 yaşı tamam oldu. Doğum günü münasibətilə uyuduğu müqəddəs torpaq ziyarət edildi, məzarının önünə gül dəstələri qoyuldu.

Mirxəyal Kərimzadə 1999-cu ildə Lənkəran şəhərində anadan olub. Orta təhsilini Lənkəran şəhər 9 saylı 7 saylı tam orta məktəblərində alıb. Erməni dığalardan qisas almaq məqsədilə ordu sıralarına gedib. Vətənini göz-bəbəyi kimi qoruyub,  2018-ci ildə hərbi xidmətini ləyaqətlə başa vurub. Sonra bir müddət kompüter texnologiyaları mütəxəssisi kimi çalışmağa başlayıb.

Vətən müharibəsi zamanı Füzuli Xocavənd istiqamətində gedən ağır döyüşlərdə vuruşub. Xocavəndin Yuxarı Veysəlli kəndinin alınmasında xüsusi igidlik göstərərək düşmənə sarsıdıcı zərbələr endirib xeyli sayda  canlı qüvvəsini  məhv edib.

3 noyabr səhər saatlarında Xocavənd uğrunda gedən ağır müharibədə o, yaralanmış komandirini bir neçə döyüş yoldaşını döyüş meydanından çıxararaq onlara ilk tibbi yardım göstərib. Zirehli üst geyimini çıxararaq, yaralı komandirinin üstünə atıb, ona ikinci həyat verib yenidən özü döyüşə qatılıb. Bir neçə dəqiqə sonra düşmən tərəfindən açılan atəş Mirxəyalın qarın boşluğuna tuş gəlib, qəhrəmancasına şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşub .

M. Kərimzadə ölümündən sonraXocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görəVətən uğrundamedallarına layiq görülüb.

 

Zəfər ORUCOĞLU

 

Hürriyyət.- 2025.- 21 yanvar, №3.- S.11.