Vətən onu unutmur...
44 günlük haqq savaşımızda sinəsini doğma Azərbaycana sipər
edib ölümsüzlüyə qovuşan qəhrəmanlardan
biri də şəhid Masim Hafiz
oğlu Qurbanovdur. Bu Vətən sevdalısı odlardan,
alovlardan keçərək, igidliyi ilə şanlı bir
tarix yazıb.
Odur ki, Masim 19 yaşında bütöv bir xalqın qəhrəmanlıq
simvoluna dönərək, əbədi bir ömür qazanıb. İndi bizim üçün iftixar
mənbəyi, qürur yeri olan Masimin doğum günü
Masallı camaatı tərəfindən böyük ehtiramla
qeyd olundu.
Vətən, torpaq sevgisi ilə şəhidlik zirvəsinə ucalan
Masim Qurbanov Masallı rayonunun Ərəb kəndində
dünyaya göz açıb. 2008-2017-ci illərdə
Masallı rayonu Ərəb kənd tam orta məktəbində
təhsil alıb. Yağıdan qisas almaq məqsədilə
ordu sıralarında Vətənin keşiyində durub.
Nümunəvi xidməti onu zabitlərin, əsgərlərin
sevimlisinə çevirib.
2020-ci ilin sentyabrın 27-də
başlanan İkinci Qarabağ müharibəsinə Masim
Qurbanov könüllü gedib. Cəbrayıl, Füzuli, Zəngilan,
Qubadlı istiqamətlərində gedən döyüşlərdə yağıya qan qusdurub. 2020-ci ildə
oktyabrın 30-u Qubadlı istiqamətində gedən
ölüm-dirim savaşında
düşmən gülləsinə tuş gələrək əbədiyyət adlı dünyasına qovuşub.
Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə doğma
Ərəb kənd qəbiristanlığında canından əziz
bildiyi torpağa tapşırılıb. Ölümündən
sonra şəhidimiz dövlət tərəfindən “Vətən
uğrunda”, Qubadlının, Cəbrayılın
azadlığına görə və “Cəsur
döyüşçü” medallarına layiq
görülüb.
Onu da bildirək ki, şəhid Masimin atası Hafiz
Qurbanov Birinci Qarabağ müharibəsi döyüşlərinin
iştirakçısı olub və II qrup Qarabağ müharibəsi
əlilidir.
Zəfər
ORUCOĞLU
Hürriyyət.- 2025.- 21 yanvar,
№3.- S.11.