Sərbəst güləş üzrə
dünya və Avropa çempionu Aydın İbrahimovun 80 illik yubileyi qeyd olunub
Sentyabrın 14-də Gənclər və İdman Nazirliyində 1964-cü il
Tokio Yay Olimpiya Oyunlarının sərbəst güləş
üzrə bürünc
mükafatçısı, dünya çempionu və Avropa çempionu, “Neftçi” futbol klubunun ilk prezidenti Aydın İbrahimovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər
verir ki, mərasimdə səbəbkarın
özü ilə yanaşı, gənclər
və idman nazirinin müavini İsmayıl İsmayılov,
Milli Olimpiya Komitəsinin vitse-prezidentləri
- Çingiz Hüseynzadə,
Xəzər İsayev,
Azərbaycan Güləş
Federasiyasının və
idman ictimaiyyətinin nümayəndələri iştirak
ediblər.
Əvvəlcə yubilyarın həyatını
əks etdirən videoçarx nümayiş
olunub.
Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq
Eyvazov tədbiri açaraq yubilyarın həyat və fəaliyyətindən danışıb,
qazandığı nailiyyətləri
yüksək qiymətləndirib.
Yubilyarı gənclər
və idman naziri Azad Rəhimovun
adından təbrik edən İsmayıl İsmayılov deyib: “Azərbaycan güləşinin
əsasını təşkil
edən insanlardan birinin yubileyində iştirak edirik. Güləş xalqımız
tərəfindən sevilən
idman növüdür.
Aydın müəllim
dünya və Avropa çempionatının
qalibidir. O, həmçinin
Yay Olimpiya Oyunlarında bürünc
medal qazanıb. Bu gün də
Azərbaycan güləşi
sağlam təməl
üzərində dayandığı
üçün davamlı
uğurlar əldə
olunur. Bizim Namiq Abdullayev, Fərid Mansurov kimi Olimpiya mükafatçılarımız,
dünya və Avropa çempionlarımız
var”.
Ç.Hüseynzadə A.İbrahimovun keçdiyi
həyat yolundan söhbət açıb,
onun karyerasında qazandığı uğurları
vurğulayıb: “1964-cü il Yay Olimpiya
Oyunlarında Azərbaycandan
olan idmançılar
altı medal qazanmışdılar. Onlardan
birini də Aydın müəllim əldə etmişdi. Yubilyar bu gün
də Azərbaycan idmanına öz töhfəsini verə bilər. Güləşçilərimizin
onun tövsiyələrinə
ehtiyacı var”.
Digər çıxış
edənlər də A.İbrahimovu Azərbaycan
güləş tarixinin
ən görkəmli nümayəndələrindən biri kimi xarakterizə
ediblər. Yubilyarın
nailiyyətlərindən söhbət
açan natiqlər ona təbriklərini çatdırıblar. Çıxışlardan
sonra yubilyara hədiyyələr təqdim
edilib.
Yekunda A.İbrahimov
çıxış edərək
deyib: “Özüm də bilirəm ki, yaxşı güləşmişəm. Amma
danışmaqda bir az çətinlik çəkirəm. Dövlət
güclü olanda onun idmanı da güclü olur. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya idmana göstərdikləri dəstəyə
görə minnətdarlığımı
bildirirəm. Onlar idmanımızı dünyada
belə yüksək səviyyəyə gətiriblər.
Bütün medallarımı,
mükafatlarımı Milli
Olimpiya Komitəsinə
hədiyyə edirəm”.
Qeyd edək
ki, A.İbrahimov
1938-ci il sentyabrın
17-də Gəncə şəhərində
dünyaya gəlib. O,
1963-cü il də güləş üzrə
ilk azərbaycanlı dünya çempionu kimi tarixə düşüb, 1966-cı il
Avropa çempionatının
qalibi və
“Tokio-1964”ün bürünc medalçısıdır. Yubilyar
1988-1997-ci illərdə rəhbərlik
etdiyi “Neftçi” ilə müstəqil Azərbaycanın ilk milli çempionatının
qalibi olub və sonra daha
iki dəfə ölkənin ən güclüsü adını
qazanıb. O, həmçinin
iki dəfə Azərbaycan kubokunun qalibi olub.
İdman.-
2018.- 25 sentyabr.- S.6.