Bakı nefti
olmadan müharibədə
qalib gəlmək mümkün deyildi
Böyük
Vətən Müharibəsi illərində cəbhədə
istifadə olunan hərbi texnikanı hər cür yanacaqla təmin
edən Azərbaycanın mətin neftçilərinin fədakarlığı
tarixi nailiyyət kimi bütün xalqlar tərəfindən həmişə
yüksək dəyərləndirilir
Bugünkü və gələcək
tarix Böyük Vətən Müharibəsində Azərbaycan
Respublikasının xidmətlərini, rolunu
unutmamalıdır. Bir daha təkrar edirəm, bizim mətin
insanlarımız, neft sənayesində çalışan və
tarixi xidmətlər göstərərək cəbhəni yanacaqla
təmin edən neftçilər hər cür şərəfə
layiqdirlər.
Ümummilli
lider Heydər Əliyev
Yüz illər boyu Azərbaycan
neft səltənəti kimi tanınsa da, Odlar diyarı
haqqında reallıqlar dünyaya açılan pəncərə
sayılan “Əsrin müqaviləsi”ndən sonra daha aydın
hiss olundu. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
neft strategiyası nəinki respublikanın, regionun inkisafına
təsir edən ən mühüm amil kimi Qərb va Avropa
dövlətləri tərəfindən dəstəkləndi,
eyni zamanda, beynəlxalq aləmdə baş verən hadisələrə
təsir imkanları getdikcə artan amil kimi daha çox maraq
doğurdu. Bakı-Tbilisi-Ceyhanın beynəlxalq aləmdə ən
mühüm hadisə kimi dəyərləndirilməsi
ümummilli liderin uzaqgörən siyasətinin məntiqi nəticəsi
idi. Bu tarixi qiymət Azərbaycanın dünya siyasi tarixində
göstərdiyi xidmətləri təkrarlamaqla ölkəmizin
əsrlərdən bəri dünya hadisələrində
göstərdiyi əvəzsiz xidmətlərin davamı kimi dəyərləndirilir.
Kimliyindən
asılı olmayaraq iqtisadi, siyasi maraqları düzgün təhlil
edənlər bu əvəzsiz sərvətdən bəhrələnməyə
çalışmışlar. Ötən əsrin əvvəllərində
Azərbaycan neftini dünya bazarlarına çıxarmaqla
milyonlara sahib olanlar, ikinci cahan müharibəsində ən
çox Baki neftinə önəm verən faşist
Almaniyası bu təbii sərvətin nə demək oldugunu
aydin başa düşür və “qara qızıl”
uğrunda mübarizədə nəyəsə nail olmağa səy
göstərirdilər.
Böyük Vətən
Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsinin
90 faizinin Bakı nefti hesabına əldə edilməsi hər
kəsə məlumdur. Qələbənin 60 illiyinin qeyd
edildiyi təntənələrdə bu həqiqət bir
neçə dəfə təkrarlandı.
Bütün dünya
xalqlarının alman faşizmi üzərində qələbənin
65 illiyinə hazırlaşdığı bir vaxtda “Bakı
nefti olmadan qələbə mümkün olardımı”
sualının bir cavabı var: “Xeyr”.
O illərdə neft sənayesində
çalışan Bakı neftçilərinin, bəzi hərbi
sursatlar hazırlayan fəhlələrin əməyi yüksək
qiymətləndirilirdi: “Bakı neftini əldə etməsək
müharibəni uduzacağıq” deyən Hitlerin hərbi
strategiyasının əsasını da Bakı neftinə
sahib çıxmaq hərisliyi təşkil edirdi. Fəaliyyətlərini
cəbhənin tələblərinə uyğunlaşdıran
və gecə-gündüz çalısan Azərbaycan
neftçiləri 1941-ci ilin sentyabr ayında 1 milyon yarımdan
çox neft hasil edirdilərsə, bu rəqəm ilin
axırında 6 milyon tona çatdırıldı. “Pravda”
qezetinin 28 iyul 1941-ci il tarixli sayında dərc edilmiş “Azərbaycan
bu gün” adli məqalədə də Staxanov hərəkatının
önündə gedən, iki növbə ilə
çalışan neftçilərin, arxa cəbhədə
çalısan kolxozçuların
işgüzarlığından, iməciliklər təşkil
etməklə vuruşan əsgərlərə yardım
göstərənlərin fədakarlığından
danışılır.
“Biz fəxr edirik ki,
dünyanın bu taleyüklü probleminin həll
olunmasında- faşizm üzərində qələbədə
Azərbaycan xalqının da mühüm payı olmuşdur.
Azərbaycan xalqı İkinci Dünya müharibəsində
həm döyüş meydanlarında, həm də arxa cəbhədə
əsl şücaət və əzmkarlıq nümunələri
göstərmişlər” sözləri ilə ikinci dünya
savaşında respublika əhalisinin fədakarlığını
diqqətə çatdıran ümummilli lider Heydər Əliyev
eyni zamanda Bakı neftinin qələbədə əvəzsiz
rolunu da yüksək qiymətləndirmişdir.
1941-1945-ci illər
savaşını motorların və yanacaqların müharibəsi
adlandıranlar ilk növbədə neftin təsir
gücünü aydın başa düşərək bu qanaətə
gəliblər. Ümumxalq zəfəri adlanan böyük qələbəni
incə detallarına qədər açıqlayan arxiv
materiallarında, bu günümüzdən keçmişə
körpü olan sənədlərdə əksini tapan rəqəmlərin
dili ilə desək, müharibənin əsas
ağırlığını duyan xalqlardan birincisi azərbaycanlılar
oldu. Ana və bacılar, məktəblilər zavod və
fabriklərdə, neft mədənlərində kişiləri
əvəz edirdilər. Qələbənin 60 illik yubiley təntənələrində
veteranlarla görüsən Prezident İlham Əliyev qeyd etdi
ki, bu döyüs tanklar, motorlar, təyyarələr
müharibəsi olmuşdur. Məhz bu səbəbdən
Hitlerin hücum planında Bakı şəhəri “Qələbə
tortu”nun ən qiymətli tikəsi sayılmışdır.
Ancaq xalqların birliyi, hərbi texnikanı hərəkətə
gətirən Bakı neftinin qüdrəti sayəsində
faşistlərə məqsədlərini həyata keçirmək,
arzularına çatmaq nəsib olmadı. Çünki
akademik Yusif Məmmədəliyevin başçılıq
etdiyi laboratoriyada hazırlanan ən yüksək oktanlı
benzini neftayırma zavodlarında istehsal etmək
üçün iş prosesi bir an da olsun dayanmırdı.
Arxa cəbhə kimi nisbətən təhlükəsiz ərazi
sayılan Azərbaycanda bütün sənaye obyektləri hərbiləşdirilmiş
iş rejimi ilə çalışırdı. “Hər
şey cəbhə üçün, hər şey qələbə
üçün” devizi plan və öhdəlikləri əvəz
edirdi. Ön cəbhə və döyüş meydanlarında
düşmənlə üz-üzə dayanan tankların hərəkəti,
strateji əhəmiyyətli obyektlərə zərbə vuran
və döyüşən əsgərləri havadan qoruyan təyyarələri
hərəkətə gətirən benzinin 90 faizi
Bakının payına düşürdü. Bakı eyni
zamanda mərkəzi nəqliyyat dəhlizi idi. Dəmiryolu və
Xəzər dənizi vasitəsilə ən vacib
avadanlıqlar, ən başlıcası isə neft tankerləri
vasitəsi ilə cəbhəyə göndərilirdi.
Bakıda istehsal olunan
neft məhsullarının daşınmasında, faşistlər
tərəfindən dagıdılmış şəhər və
kəndlərin sakinlərinin təhlükəsiz ərazilərə
köçürülməsində həm dəmiryolundan, həm
də Xəzər dənizindən əlverisli nəqliyyat kimi
istifadə olunurdu. Bu baxımdan haqlı olaraq qeyd olunur ki,
Böyük Vətən Müharibəsində Bakı neftinin
rolu böyük idi. Tarixdə 15 mindən çox müharibə
olub. Onlardan ən dəhşətlisi XX əsrdə baş
verən 1939-1945-ci illər müharibəsi idi. Ən
böyük savaş sayılan və dünyanın 72 dövlətinin
cəlb olunduğu bu muharibədə 60 milyondan çox insan həlak
oldu. Şəhərlər, kəndlər
dağıdıldı. Böyük Vətən Müharibəsinə
göndərilən 600 min azərbaycanlıdan 300 mini qələbə
uğrunda canlarından keçdi. Həmyerlilərimizdən
130 nəfəri Sovet İttifaqı Qəhrəmanı
adına layiq görüldü. 30 nəfər “Şöhrət”
ordeninin I-III dərəcəsi ilə təltif olundu. 170 min Azərbaycan
əsgər və zabiti müxtəlif orden və medallar
aldılar. Dizel yanacağını kəşf etməklə
elmə yeniliklər gətirən akademik Yusif Məmmədəliyev
Dövlət mükafatı laureatı adına layiq
görüldü. Təltif olunanlar arasında fədakar əməyi
ilə fərqlənən neftçilər də var idi.
O günlərdə
Azərbaycan haqqında deyilənlər də tarixin mübarizə
dolu səhifələrinə yazıldi. Marşal Jukov deyirdi
ki, Bakı neftçiləri cəbhəni, vətəni
qorumaq və düşmən üzərində qələbə
çalmaq üçün lazım olan həcmdə yanacaq
istehsal edirlər. Amerika prezidenti Ruzveltin, İngiltərənin
tanınmış dövlət xadimi Çörçilin
Bakı nefti ilə bağlı dedikləri sözlərdə
də Böyük Vətən Müharibəsində əsas
məqsədin Bakı neftinə sahib olmaq kimi prinsiplərin
üstünlük təşkil etdiyi açıq-aydın
bildirilirdi.
Çörçil
yazırdı ki, Hitler Bakını ələ keçirmək
ümidlərini itirdiyi anda havadan hücum etməklə bu
şəhəri darmadağın edəcək. Bu kimi sözlər
bir daha göstərir ki, hələ o dövrdə dünya
hadisələrində həlledici rolu olan Azərbaycan,
Bakı nefti əhəmiyyətli rol oynayırdı. ( 8 noyabr,
1942-ci il).
SSRİ-yə
hücumun əsas məqsədi barədə generallarına
açıqlama verən Hitler “Barbarossa” planında nəzərdə
tutulan Bakı neftini ələ keçirmək olduğunu da
açıq -aşkar bəyan edirdi. O illərdə dünya
siyasətinin əsas mübarizə şüarı bu idi: “
Dünyanı idarə etmək istəyirsənsə ilk
növbədə neft kimi zəngin sərvətə nəzarət
etməlisən.”
Sənədlərdən,
o illərdə mətbuatda dərc olunan yazılardan da
görünür ki, müharibə illərində əhəmiyyətinə
görə ön cəbhədən seçilməyən, gərgin
əməyi sahəsində əsgərlərə mənəvi
dəstək olan, qələbə əzmini artıran Bakı
neftçiləri ikiqat qüvvə ilə
çalışırdılar. Faşistlər tərəfindən
uzun müddət mühasirədə saxlanılan
leninqradlıları mətanətli olmağa
çağıran həmiyerlilərimiz qəhrəman şəhərin
sakinlərinə göndərdikləri teleqramda
yazırdılar ki, alman faşistləri üzərində qələbəni
təmin etmək üçün gecə-gündüz
çalışan Bakı neftçiləri daim sizinlədir.
Bu şücaət təkcə sözlərlə deyil, əməli
fəaliyyətlə də özünü doğruldurdu
.Döyüşlərin həlledici mərhələsi olan
1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə
505 min ton, Həştərxan vasitəsilə 436 min ton neft məhsulları
daşınmışdır.
Müharibənin ilk
illərində SSRİ-də istehsal olunan , hərbi
texnikanın hərəkəti üçün istifadə
edilən yanacağın 80, 1942-ci ildə isə 90 faizini
Bakı neftçiləri hasil edirdilər.
Hər il təntənə
ilə keçirilən alman faşizmi üzərində qələbə
bayramlarında Bakı neftçilərinin əməyi barədə
fəxrlə, qürurla danışılır.
MDB ölkələrinin
Dövlət Başçıları Şurasının birgə
qərarına əsasən qələbənin 65 illik yubileyi
birliyə daxil olan respublikalarda təntənə ilə qeyd
olunacaq. Prezident İlham Əliyevin imzaladığı sərəncamla
həyata keçirilən “1941-1945-ci illər müharibəsində
qələbənin 65 illik yubileyinə hazırlıq və
yubileyin qeyd edilməsi üzrə Milli Proqram”a müvafiq olaraq
Azərbaycanda da hazırlıq işləri aparılır. Cənab
İlham Əliyevin sərəncamı ilə Azərbaycandan
olan müharibə iştirakçılarının
“1941-1945-ci illər Böyük Vətən Müharibəsində
qələbənin 65 illiyi” yubiley medalı ilə təltif
olunması nəzərdə tutulur.
Həmin günlərdə
xatirə kompleksləri ziyarət olunacaq, elmi-nəzəri
konfranslar keçiriləcək.
Xuraman
İsmayılqızı
İki
sahil.- 2010.- 3 aprel.- S. 10.