ARDNŞ beynəlxalq standartlara, müasir tələblərə cavab
verən modern və güclü bir quruma çevrilir
Şirkət
2009-cu ildə istehsala yönəltdiyi sərmayələrin həcminə
görə beynəlxalq miqyasda liderlik qazanıb
“Əsrin müqaviləsi”nin
imzalanmasından ötən dövr ərzində Azərbaycan
yeni neft strategiyasının uğurla həyata keçirilməsi
nəticəsində mühüm nailiyyətlərə imza
atıb. Hasil olunan neftin və qazın dünya bazarlarına
ixrac edilməsi üçün şaxələndirilmiş
neft-qaz kəmərləri sistemi yaradılmışdır.
Bu gün Azərbaycan
nefti və qazı Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk,
Bakı-Supsa kəmərləri, təbii qazı isə
Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz əsas
ixrac qaz kəməri ilə dünyanın bir çox ölkələrinə
nəql olunur.
Neft
strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir
ki, artıq Azərbaycan yalnız investisiya qoyulan deyil, eyni
zamanda investisiya qoyan ölkə kimi də tanınır. Bir məqamı
xüsusi qeyd etməliyik ki, iqtisadiyyatın inkişafına
mühüm töhfələr verən Azərbaycan Dövlət
Neft Şirkəti müxtəlif ölkələrdə investisiya
layihələri həyata keçirir. Məlum olduğu kimi,
dövlət başçısı İlham Əliyev
ARDNŞ qarşısında beynəlxalq standartlara, müasir
tələblərə cavab verən modern və güclü
bir quruma çevrilmək vəzifəsi qoymuşdur. Bu isə
ilk növbədə Şirkətin strukturunun beynəlxalq
standartlara uyğunlaşdırılmasını, idarəetmənin
effektivliyinin artırılmasını nəzərdə tutur.
Məlum olduğu kimi, ARDNŞ beynəlxalq enerji bazarlarına
yaxınlaşmaq məqsədi ilə 2007-ci ildən xarici
investisiya layihələri həyata keçirmək xətti
götürmüş və qısa müddətdə nəzərəçarpacaq
irəliləyişlərə nail olmuşdur.
Həm region ölkələrində,
həm Avropanın mərkəzində, hətta Uzaq Şərqdə
ARDNŞ-in nümayəndəlikləri
açılmışdır. Bu proses davam etməkdədir.
Şirkətin Türkiyə və Gürcüstandan başqa
Rumıniyada, Böyük Britaniyada, İsveçrədə,
İranda, Ukraynada, Avstriyada, Qazaxıstanda nümayəndəlikləri
təsis edilib. Bu isə son nəticədə Azərbaycanın
neft-qaz gəlirlərinin daha da artmasına güclü təkan
verəcəkdir.
Yeni texnologiyaların
tətbiqi nəticəsində, ARDNŞ-in mövcud
resursları imkan verir ki, şirkətin yeni strukturları
müstəqil olaraq işləsin. Hazırda Dövlət Neft
Şirkəti dənizdə və quruda yerləşən və
ölkənin yanacaq-enerji təhlükəsizliyinin təminatında
mühüm rol oynayan 58 yataqda müstəqil şəkildə
uğurla işləyir.
Yeni neft strategiyası
müxtəlif sahələrdə köklü islahatların
aparılmasına, misilsiz nailiyyətlərin
qazanılmasına möhkəm zəmin yaratmışdır.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
inkişaf və tərəqqi konsepsiyasının Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi
bu gün Azərbaycan dövlətinin nailiyyətlərinin əsasını
təşkil edir.
Neftdən əldə
olunan gəlirlər neft sənayesinin modernizasiyası ilə
yanaşı, digər istehsal sahələrinin
inkişafına, sosial infrastrukturun bərpasına da ciddi təsir
göstərir. Bu isə ulu öndər Heydər Əliyevin
“Neft digər istehsal sahələrinin inkişafına təkan
verməlidir” ideyasının gerçəkləşməsi
deməkdir. Ölkədə gedən müsbət proseslər,
sürətli iqtisadi artım, sosial yüksəliş Azərbaycan
dövlətçiliyini daha da möhkəmləndirir. Bu
baxımdan iqtisadiyyatın inkişafına mühüm
töhfələr verən Azərbaycan Dövlət Neft
Şirkəti ölkənin sosial həyatında fəal
iştirak edir.
Bu yaxınlarda
Bakıda müasir standartlara cavab verən gəmiqayırma
zavodunun təməlqoyma mərasimində
çıxış edən Prezident İlham Əliyev zavodun
tikintisinin beynəlxalq əməkdaşlığın nəticəsi
olduğunu və bu işdə Azərbaycan Dövlət Neft
Şirkətinin böyük rolu olduğunu vurğuladı:
“Zavodun tikintisi, ümumiyyətlə Azərbaycanda aparılan
iqtisadi siyasətin nəticəsidir. Qeyri-neft sektorunun
inkişafı bizim üçün prioritet məna
daşıyır. Xarici şirkətlərlə əməkdaşlığımız
uğurla davam edir. Bu əməkdaşlığın güclənməsində
Dövlət Neft Şirkətinin böyük rolu vardır.
Çünki bizim böyük xarici şirkətlərlə əməkdaşlığımız
məhz neft sənayesindən başlamışdır və
bu gün bu əməkdaşlıq başqa sahələri də
əhatə edir”.
Dövlət
başçısı şirkətin fəaliyyətini
yüksək qiymətləndirərək
çıxışında xüsusi vurğuladı ki, bizim
enerji təhlükəsizliyimizin mənbəyi Dövlət
Neft Şirkətinin hasil etdiyi təbii resurslardır. Əlbəttə
ki, bu resurslar ondan sonra elektrik enerjisinə çevrilir, ondan
sonra qaz təminatı təmin olunur. Ancaq ilkin mənbə
Neft Şirkətinin fəaliyyətidir.
Neft gəlirlərindən
səmərəli istifadənin digər sahələrin
inkişafına geniş imkanlar açdığını
bildirən dövlət başçısı İlham Əliyev
ARDNŞ-in bu gün dünyanın aparıcı enerji şirkətləri
sırasına daxil olduğunu önə çəkdi: “Azərbaycan
Dövlət Neft Şirkəti artıq beynəlxalq şirkətə
çevrilibdir. Şirkətin çox böyük
potensialı var, böyük infrastruktura malikdir. Bu gün
dünyanın aparıcı enerji şirkətləri
sırasına daxil olmuş Azərbaycan Dövlət Neft
Şirkəti əminəm ki, gələcəkdə də
öz imkanlarını genişləndirəcək, ölkəmiz
üçün lazım olan yeni layihələri uğurla
icra edəcəkdir”.
Sevinc Azadi
İki
sahil.- 2010.- 3 aprel.- S.7.