HEYDƏR ƏLİYEV VƏ
QAFQAZDA SÜLH PROSESİ”
PROFESSOR İRADƏ
HÜSEYNOVANIN KİTABI BARƏDƏ
Lider və dövlət, lider və inkişaf - bunlar sıx vəhdət təşkil edir.
Tarixi inkişafın bütün mərhələləri
sübut edir ki, lideri olmayan
dövlət heç
vaxt tarəqqi edə,
heç vaxt tanına,
üzləşdiyi taleyüklü problemləri həll edə
bilməz. Lideri olmayan
dövlətin xalqı həmişə narahat yaşayır. Dünyanın inkişaf tarixi buna əyani sübutdur. Bu gün qloballaşan
dünyada ən məşhur
siyasətçilər, proqnozlaşdırıcılar
şəxsiyyətin təntənəsi faktorunu müasir dövrun ən aparıcı inkişaf
amillərindan sayırlar.
Mürəkkəb
hadisələrlə zəngin olan tarixi inkişafın elmi təhlilini
verərkən, obyektiv olaraq, dövlət
başçısının dövləti qoruyub saxlamaq məharəti,
onun ölkəni inkişaf etdirmək strategiyasına
münasibəti bildirilir. Belə bir təhlil subyektiv
baxışlardan yox, obyektiv tələbatdan, dövlətin
inkişaf qanunauyğunluqlarını, dövlətin idarə
olunması prinsiplərini açmaq, gələcək
inkişaf strategiyasını müəyyən etmək zərurətindən
doğur. Bu gün də əvvəlki dövrlərə nisbətən
qat-qat mürəkkəbləşən, qloballaşan
dünyada hər hansı bir dövlətin fəaliyyətinə,
onun inkişaf dinamikasına dövlət
başçısının fəaliyyəti prizmasından
baxılır. Çunki dövlət başçısı
dövlətin qarantıdır.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev tarixi bir
missiyanı ugurla, fədakarcasına yerinə yetirərək
Azərbaycan dövlətinin, Azərbaycan xalqının
taleyində müstəsna rol oynamışdır. Təsadüfi
deyildir ki, dünyanın ən nüfuzlu dövlət
başçıları, siyasi xadimləri Heydər Əliyevi
XX əsrin yetişdirdiyi böyük şəxsiyyətlərdən
hesab edirlər.
Heydər Əliyev
1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanı
SSRİ məkanında birincilər sırasına
çıxarmaq vəzifəsini qarşıya qoymuşdu. O,
buna nail oldu. İkinci dəfə hakimiyyətə qayıdan
Heydər Əliyevin qarşısında Azərbaycanın
müstəqilliyini xilas etmək, gənc müstəqil
dövlətin ictimai-siyasi həyatında yaranmış xaosu
aradan qaldırmaq, sabit və dinamik inkişafa xidmət etmək
kimi məsuliyyətli missiya dururdu. Böyük şəxsiyyət
Heydər Əliyev buna da nail oldu.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyev haqqında
çox fıkirlər söylənilib, kitablar yazılıb.
Amma hesab edirəm ki, nə qədər deyilsə və nə
qədər yazılsa da yenə azdır. Bu nəhəng
şəxsiyyətin fəaliyyətinin bütün cizgilərini
tam əks etdirmək mümkün deyildir. Ona görə də
Heydər Əliyev irsinin öyrənilməsi vacibdir. Bu
nöqteyi-nəzərdən müasir Azərbaycan tarixinin ən
dəyərli tədqiqatçılarından biri, tarix elmləri
doktoru, professor İradə Hüseynovanın “Heydər Əliyev
və Qafqazda sülh prosesi” kitabi təqdirəlayiq,
sanballı bir əsərdir. Kitabın zəngin strukturu diqqəti
cəlb edir. Adından da göründüyü kimi, bu
fundamental tədqiqat əsəri Heydər Əliyevin Qafqaz
regionunda sülhün bərqərar olması istiqamətində
həyata keçirdiyi fəaliyyətindən bəhs edir. Nəfis
şəkildə tərtib olunmuş kitabı o dövrün
şəkilləri müşayiət edir. Kitabın əvvəlində
müəllifin Heydər Əliyev barəsində çox səmimi
fikirləri öz əksini tapıb. Sonra isə qısaca da
olsa ümummilli liderin 14 iyul 1969-cu ildə Azərbaycan KP
MK-nın birinci katibi təyin olunmasından sonra həyata
keçirdiyi tədbirlər və müttəfiq
respublikanın çox qısa zaman kəsiyində SSRİ məkanında
birincilər sırasına çıxarması barədə
dolğun informasiyanı özündə əks etdirən
materiallar verilmişdir.
Müəllif
çoxlu arxiv materiallarına müraciət edərək,
sistemli və miqyaslı təhlil apararaq maraqlı faktları
oxucuya çatdırır.
İradə
Hüseynova 1990-cı il 20 Yanvar faciəsi zamanı Heydər Əliyevin
tutduğu prinsipial mövqeyi də kitabda ətraflı
işıqlandırır. Müəllif göstərir ki, Heydər
Əliyev Azərbaycan SSR-in xalq deputatı seçildikdən
sonra Azərbaycan SSR AIi Sovetinin 1991-ci il fevralın 5-də
keçirilən birinci sessiyasında cəsarətlə
çıxıs edərək, sovet rəhbərliyinin
yeritdiyi etnik separatizm siyasətinə kəskin etirazını
bildirdi. Azərbaycan torpaqlarının zaman-zaman ermənilər
tərəfindən işğal edilməsi faktlarını
meydana çıxararaq, 1918-ci ildə Ermənistanın Azərbaycanın
torpaqlarını bir-birinin ardınca ələ keçirməsi
nəticəsində Azərbaycan ərazisinin 1918-ci ildəki
114 min kv.km-dən 1990-cı ildə 86 min kv.km-dək
azaldıgını qeyd etdi. Heydər Əliyev təkcə
Dağlıq Qarabağ məsələsinə toxunmurdu, o,
bütövlükdə, Ermənistanın Azərbaycana
qarşı torpaq iddiasında olduğunu bildirirdi. Ermənistanın
təcavüzkar dövlət olması faktı sonralar Heydər
Əliyevin səyi nəticəsində dünya ictimaiyyətinə
çatdırıldı.
Kitabın
üstün cəhətlərindən biri də Qafqazda
sülh və təhlükəsizliyin təmin olunması
istiqamətində Heydər Əliyevin “Ümumi Qafqaz evi”
ideyasının geniş və əhəmiyyətli məzmun
və mahiyyətinin açıqlanmasıdır. Tədqiqatçı
hesab edir ki, “Ümumi Qafqaz evi” ideyasının əsas məzmunu
regionun bütün dövlətləri arasında bərabərhüquqlu,
qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin,
tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin
yaradılmasından, insan hüquq və azadlıqlarına,
din və etnik mənsubiyyətindən asılı olmayaraq,
milli azlıqlara hörmət əsasında münasibətlərin
qurulmasından, etnik və dini dözümlülüyün hər
zaman gözlənilməsindən ibarətdir. Bununla
yanaşı, müəllif hesab edir ki, bütün Qafqaz
xalqlarının əsas hüquq və
azadlıqlarının qorunmasına yönəlmiş beynəlxalq
normaların həyata keçirilməsi, regionda gərginliyin
aradan qaldırılması istiqamətində mehriban
qonşuluq münasibətlərinin bərpa edilməsi,
münaqişələrin həllinə maneçilik törədən
xarici təzyiqlərin qarşısının alınması
üçün beynəlxalq mexanizmin formalaşdırılması,
bütün Qafqaz xalqlarının mənafeyinə tabe
edilmiş xarici iqtisadi siyasətin yeridilməsi və bu
xalqların dünya iqtisadi sisteminə inteqrasiyası
üçün xarici və daxili amillərdən bəhrələnməsi
“Ümumi Qafqaz evİ” ideyasının əsas məzmununu təşkil
edir. Geniş mənada desək, “Ümumi Qafqaz evi” ideyası
dünyanın zəngin mədəniyyət beşiyi olan
Qafqaz xalqlarının mədəni irsi və dövlətçilik
ənənələrinin qorunması və inkişaf etdirilməsinə,
Qafqazda yerləşən dövlətlərin beynəlxalq
birlik tərəfindən tanınmış sərhədlərinə,
ərazi toxunulmazlığına hörmətlə
yanaşılmasına xidmət edir. Heydər Əiyevin bu
istiqamətdə gördüyü işlər kitabda müfəssəl
şəkildə öz əksini tapmışdır.
Müəllif hesab
edir ki, Qafqaz regionunda əsaslı iqtisadi islahatların
aparılması, xarici sərmayələrin cəlb edilməsi,
ən başlıcası isə Azərbaycanla yanaşı,
bütün bölgələrin sivilizasiyalı beynəlxalq
birliyə iqtisadi inteqrasiyasının dərinləşməsi
istiqamətində Heydər Əliyevin xidmətləri
müstəsna əhəmiyyət kəsb edir. 1994-cü il
sentyabrın 20-də Heydər Əliyevin bilavasitə təşəbbüsü
ilə Azərbaycan paytaxtında ilk neft müqaviləsinin
imzalanması ölkənin neft sahəsinə fəal surətdə
xarici sərmayələrin cəlb edilməsi ilə
yanaşı, həm də Cənubi Qafqaz regionuna maraq oyada biləcək
güclü bir stimula çevrildi. Bu hadisə Qafqaz və
bütün Xəzəryanı regionda coğrafı-siyasi vəziyyəti
kökündən dəyişdi və beynəlxalq aləmdə
Azərbaycanın öz təbii ehtiyatlarından müstəqil
surətdə istifadə etməyə qadir olduğunu
nümayiş etdirdi. Neft sahəsinə külli miqdarda sərmayə
axını Azərbaycan iqtisadiyyatının inkişafı,
qeyri-neft sahələrinin canlanması, yerli sahibkarların
yaranması ilə yanaşı, Qafqazda iqtisadi inteqrasiyanın
da dərinləşməsinə güclü təkan verdi.
Heydər Əliyevin
çoxsaylı fəaliyyət sahələrindən biri də
qloballaşan dünyada Azərbaycanın mövqeyini müəyyənləşdirmək
istiqamətində gördüyü işlərdir. “Əsrin
müqaviləsi” kimi nəhəng layihə ilə
yanaşı, Qafqazda iqtisadi inteqrasiyanın təmin edilməsi
istiqamətində Böyük İpək yolu layihəsi də
müstəsna əhəmiyyət kəsb etdi. Bu layihə
Qafqaz ölkələri ilə Böyük İpək yolu
üzərində yerləşən digər ölkələrin
iqtisadi əməkdaşlığında yeni səhifə
açmış oldu. Qafqazın Mərkəzi Asiya və Qərblə
iqtisadi inteqrasiyasının dərinləşməsi son nəticədə
bölgədə iqtisadi dirçəlişə,
sülhün və sabitliyin möhkəmlənməsinə nail
olmağa kömək etməlidir. Bu böyük layihənin
reallaşmasında isə əsas təşəbbüskarlardan
biri Heydər Əliyev olmuşdur. Heydər Əliyev bu amili
regional təhlükəsizliyin və sabitliyin əsas, elementlərindən
birinə çevirməyə müvəffəq oldu. Çünki
o, Azərbaycan və Qafqazla bağlı bütün qlobal
layihələrin Qafqazda və xüsusilə Cənubi Qafqaz
regionunda sülhə və regional təhlükəsizliyə
istiqamətləndirilməsini təmin etmişdir. Müəllif
yuxarıda sadalanan beynəlxalq layihələrin həyata
keçirilməsində ümummilli liderin rolunun və
nüfuzunun nə dərəcədə yüksək
olduğunu konkret faktlarla əsaslandırır.
Müəllif tamamilə
haqlı olaraq göstərir ki, Heydər Əliyev
dünyanın bir çox nüfuzlu siyasi xadimləri tərəfindən
Böyük İpək yolu layihəsinin
iştirakçıları olan ölkələrin iqtisadi
strukturları arasında əməkdaşlıq proseslərinin
gücləndirilməsinin, enerji və nəqliyyat
kommunikasiyalarının sabitliyini yaradan mexanizmlərin
formalaşmasının və TRASEKA proqramı kontekstində
Qafqazın Avropa Birliyinə iqtisadi inteqrasiyasının təmin
edilməsi istiqamətində müstəsna xidmətlər
göstərmiş bir dövlət və siyasi xadim kimi qiymətləndirilmişdir.
Konkret faktlara,
tarixİ dəlillərə əsaslanan müəllif Azərbaycanın
Gürcüstan, Türkiyə, Rusiya, ABŞ və Avropa Birliyi
ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlığında
Heydər Əliyevin rolunu xüsusi vurğulamışdır.
Apardığı təhlillər nəticəsində müəllif
böyük öndərin bu sahədəki tarixi uzaqgörənliyini
bir daha oxuculara çatdırır.
XX əsrdə
xalqımız bir neçə inkişaf mərhələsi
keçsə də, ozünün milli-mənəvi dəyərlərinin,
qədim mədəniyyətinin, dilinin sürətli tərəqqisinə
nail olmuşdur. Bu gün fəxrlə demək olar ki, müstəqil
Azərbaycanın düşünülmüş milli
inkişaf konsepsiyasi vardır. UIu öndər Heydər Əliyev
təcrübəli lider kimi dünya dövlətləri
birliyinin əldə etdiyi meyilləri nəzərə aldı
və Azərbaycanın xüsusiyyətlərinə, geosiyasi
şəraitinə, milli mənafelərinə uyğun
inkişaf strategiyasını müəyyən etdi ki, bu da
uğurla həyata keçirilir. Kitabda konkret faktlarla göstərilir
ki, Heydər Əliyev Qafqazın zəngin tarixinə, burada
yaşayan xalqların milli-mənəvi dəyərlərinə
həmişə böyük hörmətlə
yanaşırdı.
Heydər Əliyev
Qafqaz regionunda milliliklə dünyəviliyin vəhdətinə,
tolerantlığın mövcudluğuna, dövlət və
din münasibətinə xüsusi qayğı və həssaslıqla
yanaşırdı. Bu baxımdan, respublikanın şəhər
və rayonlarında məscidlər tikildi, dini abidələr
bərpa olundu, minarələrdən azan səsləri
eşidildi, diqqətdən kənarda qalmış müqəddəs
ocaqlar, ziyarətgahlar yenidən canlandı, Gürcüstanda,
Dağıstanda yaşayan soydaşlarımızla mədəni-irsi
əlaqələr xeyli genişləndi. Hazırda bu istiqamətdə
ciddi addımlar atılır. Qürur hissi ilə demək olar
ki, bu gün minlərlə gənc milli-mənəvi dəyərləri
qorumağı özünün müqəddəs vəzifələrindən
biri hesab edir, ilahi varlığı dərk edərək mənəvi
paklığa qovuşur.
Ümummilli lider Heydər
Əliyev tolerantlıq, dünyəvilik istiqamətində
milliliyi, Qafqazda sülhü qoruyub saxlamağı
başlıca amil hesab edərək öz
çıxışlarında belə deyirdi: “Biz zor işlədilməsinə
əsaslanan düşmənçilik dünyasından əməkdaşlıq
və tərəqqi dövrünə aparan tunelin axırında
işıq görürük və bu yol ilə birlikdə,
dünyanın bütün ölkələri və
xalqları ilə əl-ələ verib getməyə
hazırıq”.
Bu gün Azərbaycan
iqtisadi inkişafın artım sürətinə görə
Qafqazda liderdir. Azərbaycanın uğurları nəinki Qafqaz
regionunda, eləcə də bütövlükdə Avropada
sivil, demokratik cəmiyyət quruculuğunda vacib amillərdən
sayılır. Azərbaycanla hesablaşırlar, ona sülhsevər
dövlət kimi baxırlar. Bütün bunlar Qafqazda sülh
üçün möhkəm zəmin yaradır. Ölkədə
həyata keçirilən siyasətin kökündə biz
milli-mənəvi dəyərlərə xüsusi diqqət və
qayğı görürük. Bütün bunların təməli
isə ulu öndər Heydər Əliyev tərəfindən
qoyulmuşdur, Ümummilli lider Heydər Əliyevin Azərbaycana
gələn investorların bizim milli-mənəvi dəyərlərə,
tariximizə, dinimizə, dilimizə, etik normalara necə riayət
etməsi məsələsinə həssaslıqla
yanaşması tədqiqatçının əsərində
çox qabarıq şəkildə öz əksini
tapmışdır. Müəllif bu məsələlərin
təhlilinə məhz bir fəsil həsr etmişdir.
XXI əsr dinlər və
mədəniyyətlərarası dialoqun inkişafı
baxımından tarixi bir dövrdür. Heydər Əliyev Azərbaycanı
nəinki Qafqaza, eləcə də bütün dünyaya
tolerantlığın mövcudluğunu tarixən
özündə yaşadan bir ölkə kimi
tanıtdırmışdır.
Kitabın müəllifi
bu nəhəng şəxsiyyətin Qafqazda sülh prosesinə
təsirini konkret faktlarla açıqlamışdır. Tam məsuliyyətlə
demək lazımdır ki, bu dərin məzmunlu kitab professor
İradə Hüseynovanın yorulmaz yaradıcı əməyinin
bəhrəsİdir.
Tarix sübut edir ki,
xalq öz xoşbəxt və firavan gələcəyini nəzərə
alaraq onun təəssübünü çəkən
insanları heç vaxt unutmur. Çünki
yaxşılığa, xeyrə xidmət edən şəxsiyyətlərin
əməyi heç vaxt hədər getməyəcək. Heydər
Əliyevlə görüşmək şərəfinə
nail olmuş xarici qonaqlar dəfələrlə onun
böyük şəxsiyyət, geniş miqyaslı bir insan
olduğunu vurğulayırdılar. O, sülhü, ədaləti,
cəmiyyətdə barışığı tərəqqinin
başlıca amillərindən hesab edirdi. İllər,
onilliklər keçəcək, Heydər Əliyevin Qafqazda
sülhün bərqərar olunması istiqamətində
müəyyən etdiyi vəzifələr tam həyata
keçiriləcəkdir. Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması isə nəinki
Qafqazda, eləcə də bütün dünyada ədalətin
zəfər çalması kimi qiymətləndiriləcək,
Professor İradə
Hüseynovanın “Heydər Əliyev və Qafqazda sülh
prosesi” kitabı Qafqaz regionunda sülhün bərqərar
olmasının, Azərbaycanın iqtisadi və siyasi
gücünün artması naminə səylərin birləşdirilməsinin
vacibliyini vurğulayır. Hesab edirəm ki, bu elmi-tədqiqat əsəri
Azərbaycan tarixini öyrənənlər üçün əvəzsiz
töhfə olacaqdır.
Ziyad SƏMƏDZADƏ
İki
sahil.- 2010.- 7 aprel.- S. 7.