Neft-kimya sənayesinin təkmilləşdirilməsi
üçün geniş
proqram hazırlanır
ARDNŞ-in prezidenti Rövnəq Abdullayev bununla əlaqədar görüləcək işlərin
yaxın zamanlarda həyata
keçiriləcəyini bildirdi
Dövlət
başçısı İlham Əliyevin bu günlərdə
imzaladığı “Neft-kimya sənayesində idarəetmə
mexanizmlərinin təkmilləşdirilməsi haqqında” sərəncamda
ölkəmizin son illərdə qazandığı iqtisadi
uğurlar önə çəkilir, yeni istiqamətlər
müəyyənləşdirilir. Bildirilir ki, ötən
beş ildə ölkə iqtisadiyyatının
inkişafının sürətləndirilməsi məqsədi
ilə bir sıra köklü islahatlar aparılıb. Yeni neft
strategiyasının uğurla həyata keçirilməsi nəticəsində
ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində
mühüm nailiyyətlər əldə olunmuş, bazar
münasibətlərinin tələblərinə əsasən
etibarlı və əlverişli idarəetmə sistemi tətbiq
edilmişdir.
Eyni zamanda, vahid
texnoloji prosesdə xüsusi rolu olan neft-qaz emalı və
neft-kimya sənayesinin səmərəliliyinin
artırılması üçün bu sahədə beynəlxalq
təcrübəyə uyğun olaraq müasir kompleksin təşkili
zəruri investisiyaların cəlb edilməsinə, ekoloji
normativlərə riayət olunmasına və hazır məhsulun
rəqabət qabiliyyətinin gücləndirilməsinə
daha geniş imkan yaradacaq. Bu kimi tədbirlərin həyata
keçirilməsi və neft-kimya sənayesində idarəetmə
mexanizmlərinin təkmilləşdirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının “Azərikimya” Dövlət
Şirkəti Azərbaycan Respublikasının Dövlət
Neft Şirkətinin tabeliyinə verildi. ARDNŞ-in prezidenti
Rövnəq Abdullayev bununla bağlı media nümayəndələrinin
suallarını cavablandırdı.
- Rövnəq müəllim,
dövlət başçısının məlum sərəncamını
necə qiymətləndirirsiniz?
- Bildiyiniz kimi dövlət
başçısı İlham Əliyevin sərəncamı
ilə “Azərikimya” Dövlət Şirkəti ARDNŞ-in
tabeliyinə verildi. Sərəncamda idarəetmə mexanizmlərinin
təkmilləşdirilməsi, iki şirkətin birgə fəaliyyəti
qarşımıza böyük proqramlar həyata keçirmək
tələbini qoymuşdur. Artıq bir neçə
gündür ki, ARDNŞ rəhbərliyi və mütəxəssisləri
“Azərikimya” Dövlət Şirkətində işlər
aparır, proqramlar hazırlanır. Cənab İlham Əliyevin
tapşırığına uyğun olaraq qısa zamanda “Azərikimya”nın
fəaliyyətini, dayanmış zavodlarının işini bərpa
etməliyik. Bilirsiniz ki, bir neçə zavod da maliyyə
imkanları olmadığı üçün yarım
qüvvədə işləyirdi. ARDNŞ bununla bağlı
proqramlar həyata keçirməyə hazırlaşır.
Böyük investisiyalar cəlb olunacaq. “Azərikimya”nın
bütün zavodlarının gücünün, effektivliyinin
artırılmasına çalışacağıq.
ARDNŞ-in xammal imkanları böyükdür. Şirkətin
zavodları ilə “Azərikimya”nın inteqrasiyası baş
verəcək. Bunun nəticəsində “Azərikimya”nın gəlirləri
artırılacaq. Bilirsiniz ki, Türkiyədə həyata
keçirilən sərmayə proqramına əsasən,
ARDNŞ “SOCAR-Turcas” alyansı tərkibində qardaş
ölkənin ən iri neft-kimya müəssisəsi olan
“Petkim” şirkətinin idarəçiliyini həyata
keçirir. Şirkətin idarəçiliyinə veriləndən
ötən müddət ərzində “Petkim” Türkiyə
bazarında mövqeyini daha da gücləndirmişdir. “Petkim”in
imkanlarından istifadə edib “Azərikimya”nın məhsullarını
daha yüksək qiymətə satmaq imkanı yaranacaq.
Dövlət
başçısının qarşımızda qoyduğu ən
əsas vəzifələrdən biri tez bir zamanda Sumqayıtda
böyük bir sənaye şəhərciyinin tikilməsidir. Ötən
il Sumqayıtda böyük “Texnopark” adlanan sənaye obyekti
açıldı. Çox müasir səviyyədə
qurulmuş obyektdir. ARDNŞ-in əsas kabel və plastmas boru tələbatını
bu obyekt ödəyir. Dövlət başçısı iki
ilə Sumqayıtda “Kimya texnoparkı”nı yaratmağı
qarşıya vəzifə qoyub. Bu, onlarla yeni kimya məhsullarını
istehsal edən kiçik zavod şəbəkəsinin
yaradılması deməkdir. Zavodların tikilib istifadəyə
verilməsi yeni iş yerlərinin açılması deməkdir.
Hazırlanan proqrama əsasən bir neçə ilə
Sumqayıtda 10 minə yaxın yeni iş yerinin
açılması planlaşdırılır. Sumqayıt necə
ki Azərbaycanın ən böyük sənaye şəhəri
olub, biz o qüdrəti yenidən ona qaytarmalıyıq.
- İnvestisiyalar
daxildən, yoxsa xaricdən cəlb olunacaq?
- Həm
daxili, həm də xarici investisiyalar cəlb olunacaq. İnvestisiya qurumları, banklarla, məhsul alıcıları
ilə danışıqlar
aparılır. Böyük
investisiyaların cəlbi
nəzərdə tutulur.
Birinci məqsədimiz
emal neft-kimya sənayesini normal vəziyyətə
gətirmək, dünya
səviyyəsində məhsul
istehsalını təmin
etməkdir. Ondan sonra paralel olaraq
kimya məhsullarını
hazırlayan zavodların
tikilməsini həyata
keçirəcəyik. Dövlət
başçısının göstərişinə uyğun
olaraq İqtisadi İnkişaf Nazirliyi ilə bu məsələyə
baxılır. İnvestisiya
Şirkəti ilə birgə biznes forumunun keçirilməsi,
iş adamlarının
cəlb olunması nəzərdə tutulur.
- “Azərikimya”
Dövlət Şirkətinin
hüquqi statusu necə olacaq?
- Hazırlanan
yeni Nizamnaməyə uyğun olaraq “Azərikimya” İstehsalat Birliyi kimi ARDNŞ-in tərkibinə daxil olacaq.
- Neft-kimya
sənayesinin inkişaf
Proqramı ilə bağlı fikirlərinizi
bilmək istərdik
- Dövlət
başçısı İlham
Əliyevin sərəncamı
ilə komissiya yaradılıb. Komissiya bu proqramın hazırlanması işinə
diqqət yetirir. Neft-kimya kompleksinin harada tikilməsi məsələsinə xüsusi
diqqət yetirilir. Təklifimiz bundan ibarətdir ki, bu kompleks Qaradağda,
neft və qaza yaxın ərazidə olsun. “Azərikimya”nın yeni struktur kompleksinə inteqrasiyası olacaq, kompleksin şəhərdən
kənarda tikilməsinin
böyük ekoloji əhəmiyyəti var. İstehsal
Qaradağ zonasında
olacaq, alınmış
məhsullar Sumqayıtda
yeni yaradılmış
zavodlarda hazır məmulata çevriləcəkdir.
- Təbii
qaza olan tələbatını daxili
imkanlar hesabına ödəyən Azərbaycan
qonşu ölkələrə
qaz ixrac edir. Rusiyaya verilən qazın həcminin artırılması
istiqamətində nə
kimi işlər görülür?
- Bilirsiniz
ki, bu il
Rusiyaya bir milyard kubmetr qaz verilməsi ilə bağlı razılaşma olub. Bu proqram həyata keçirilir. Gündə
3 milyon kubmetr qaz Rusiyaya ötürülür.
Gələn il üçün də danışıqlar olub. 2
milyard kubmetr qazın verilməsi razılaşdırılıb. Bu proqram da həyata
keçirilir.
Dövlət başçısı İlham
Əliyevin tapşırığına
uyğun olaraq
ARDNŞ böyük proqram
həyata keçirir.
Qaz infrastrukturu yüksək səviyyədə
yeniləşdirilir. Bu kimi
layihələrin tətbiqi
qaz anbarlarının həcmini artırmaq deməkdir. Artıq bu il qaz
anbarlarının həcmini
3 milyard kubmetrə çatdırmaq nəzərdə
tutulub. “Kalmaz”da, “Qaradağ” qaz anbarında kompessorların
təmiri, boru xətlərinin dəyişilməsi,
yeni quyuların qazılması planlaşdırılır.
Azərbaycan qazının sərhədlərə
çatdırılması proqramı da həyata keçirilir. Rusiya sərhədində
“Şirvan” avtokompressor
stansiyasının yenidən
qurulması, İrana qaz verilməsi üçün Astara qaz kompressor stansiyasının genişləndirilməsi,
Qazıməmməd aralıq
kompressor stansiyasının
yenidən qurulması
və genişləndirilməsi,
boru xətlərinin təmir olunması yerinə yetirilir. Bir sözlə, əhatəli proqram icra olunur.
Dövlət başçısının göstərişi
ilə Naxçıvan
Muxtar Respublikasında
da qaz anbarının
tikintisi həyata keçiriləcək. Artıq
“Neftqazelmitədqiqatlayihə” İnstitutu Almaniyanın şirkətləri ilə
danışıqlar aparıb,
müqavilə imzalayıb.
Artıq birlikdə bunun layihəsi hazırlanır. Bir neçə şirkət
də onun tikintisinə və istismarına maraq göstərir. Layihə hazırlandıqdan sonra tikintisinə başlanılacaq.
Naxçıvana yeni bir xəttin çəkilməsi də
həyata keçiriləcək.
Muxtar respublika iki tərəfdən -Türkiyə və İrandan qazla təmin olunacaq. Anbarın tutumu ilkin 90 milyon kubmetr olacaq. Gələcəkdə onu
150 milyon kubmetrə çatdırmaq nəzərdə
tutulur.
- Rövnəq
müəllim, bu il hansı ölkələrə
qaz satışı nəzərdə tutulur?
- Rusiya,
İran, Gürcüstan,
Türkiyədən başqa
Suriyaya da qaz satışı nəzərdə tutulub. Suriya prezidentinin Azərbaycana səfəri
zamanı bununla bağlı dövlət başçısından xahiş
etmişdir. Azərbaycan
nümayəndə heyəti
Suriyada olmuşdur. Hazırda bu məsələ gündəmdədir.
Yeganə Əliyeva
İki
sahil.-2010.-8 aprel.- S. 4.