Ermənilərin
uydurduğu “soyqırımı”
mifi özlərini dünyada
rüsvay edir
Azərbaycanlılar
ermənilər tərəfindən ən çox
soyqırımına və
təcavüzə məruz qalan xalqdır
Əvvəlcə
soyqırımı ifadəsinin mənasına, ermənilərin
bu ifadəni nə üçün əllərində bayraq
etməsinin mahiyyətinə aydınlıq gətirək. Bu sözün beynəlxalq
aləmdə qəbul edilmiş mənası belədir: soyqırımı bir millətin digərini dil, din, məzhəb və milli
fərqlərinə görə
məqsədli şəkildə qırması, onları doğma yurd-yuvalarından
zorla qovması fikrini ehtiva edir.
Soyqırımı,
eyni zamanda, beynəlxalq hüququn qəbul edilmiş prinsip və
normalarının, insan hüquq və azadlıqlarının
kobudcasına pozulmasıdır. Soyqırımı həm də
insan tələfatının miqyasına görə
ağır beynəlxalq cinayət hesab olunur.
Bir
əsrə yaxındır ki, ermənilər 1915-ci ildə
guya türklər tərəfindən soyqırımına məruz
qaldıqları barədə cəfəngiyatla dünyanı
girinc ediblər. Görkəmli siyasi simalardan birinin belə bir
deyimi var: uydurun, uydurun-hər halda, inanan olacaq... Ermənilər
də bu “prinsipə” əməl edərək 1915-ci ildə
türklər tərəfindən “soyqırımına” məruz
qaldıqlarını dünyanın qulağına
bağırırlar. Bir neçə dövlətin (Fransa,
İsveç, İtaliya, Yunanıstan, Argentina və s.) ermənilərin
saxta göz yaşlarına inanması bu mənfur millətin
siyasi rəhbərlərini və diasporlarını, eyni
zamanda erməni kilsəsi başçılarını daha da
irəli getməyə ruhlandırmışdır. Bununla da
erməni təbliğatçıları bir əsr əvvəl
müharibələrdə baş vermiş hadisələri
böyük dövlətlərin parlamentlərində
müzakirəyə çıxarmağa nail olmaqla yeni millətlərarası
ədavətin əsasını qoyublar. Bu məsələdə
əsas məqsədlərdən biri Azərbaycanı və
Türkiyəni böyük dövlətlərlə
üz-üzə qoymaq, onları təcrid etmək,
Dağlıq Qarabağı Ermənistana birləşdirmək,
1915-ci ildə Türkiyədə guya 1 milyon 500 min erməninin
soyqırımına düçar edildiyinə dünyanı
inandırmaqdır. Qondarma erməni soyqırımı
“ideyası” isə Azərbaycan və Türkiyə
torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq məqsədinə
çatmaq üçün bir vasitə kimi ortaya
atılıb.
Bəs,
1915-ci ilin aprelində Türkiyədə nə baş
vermişdi ki, ermənilər indiyədək bundan öz məqsədləri
naminə istifadə edirlər? Tarixdən məlumdur ki,
1914-1915-ci illərdə Birinci Dünya müharibəsi
zamanı Türkiyə ordusu ruslarla vuruşlarda böyük
itkilər verdi. Türklərin məğlubiyyətinin əsas
səbəbi Türkiyədə yaşayan, həmçinin
rus ordularında xidmət edən çoxsaylı ermənilərin
müharibədə türklərə arxadan zərbə
vurmasında idi. Tarixi faktların birində bildirilir ki, 1915-ci
ilin əvvəllərində tərkibində 150 min nizami erməni
qoşunu Anadolunun yerli erməni əhalisinin fəal yardımı
ilə 50 mindən çox silahsız türkü vəhşicəsinə
qətlə yetirmiş, bundan sonra isə “Van erməni
respublikası” yaratmışdılar.
1915-ci
ilin aprel ayında Türkiyədə erməni
qoşunlarının və yerli erməni “könüllü
döyüşçülərinin” törətdikləri
çoxsaylı qırğınların
qarşısını almaq üçün Osmanlı
İmperiyasının hərbi naziri Tələt Paşa
İstanbula belə bir teleqram göndərdi: “Müharibə
dövründə Zeytunda, Bitlisdə, Sivasda və Vanda erməni
komitələri Osmanlı İmperiyası daxilində müstəqil
idarəçiliyə nail olmaq istəyirlər. Müharibənin
başlanmasından dərhal sonra Rusiyada ermənilərin səfərbərliyə
alınması, sonra onların Türkiyəyə qarşı
üsyanlara təhrik olunması ölkəmizin
mövcudluğuna və gələcəyinə təhlükə
yaradan xəyanətdir.”
Türkiyə
hökuməti bu xəyanətin qarşısını almaq,
ermənilərin yeni soyqırımları törətməsinə
yol verməmək üçün təcili tədbirlər
görməyə məcbur oldu. Hökumət Türkiyə ərazisində
məskunlaşmış və türklərə
qarşı qanlı təcavüzlər etmiş ermənilərin
mərkəzi vilayətlərdən ölkənin cənubuna
deportasiya olunmasına qərar verdi. Köçürülməsi
nəzərdə tutulanların sayı 600 mindən də az
idi. Müharibə isə davam edirdi. Şəraitin
ağırlığına baxmayaraq, Türkiyə hökuməti
ermənilərin cənuba köçürülməsini
lazımi qaydada yerinə yetirdi. Onlara kompensasiya ödənildi,
ərzaqla, tibbi xidmətlə kömək göstərildi.
İndi
ermənilər guya soyqırımına məruz
qaldıqlarını dünyaya car çəkir, Türkiyəyə
və Azərbaycana qarşı ərazi iddialarını irəli
sürürlər. Əgər deportasiya
soyqırımıdırsa, onda gərək yüz minlərlə
soydaşımızın Ermənistandan dəfələrlə
məcburi qaydada qovulması da soyqırımı kimi
tanınsın. 1918-1920, 1948-1953-cü və nəhayət,
1988-ci illərdə indi Ermənistan deyilən Qərbi Azərbaycandan
bir milyona yaxın soydaşımızın zorla qovulması
ermənilərin 1915-ci ildə Türkiyədən deportasiya
olunmasından qat-qat ağrılı keçmiş, bu
köçürülmələrdə on minlərlə azərbaycanlı
qəddarlıqla qətlə yetirilmişdir.
Alman
şərqşünası və tarixçisi Erix Fayql
“Soyqırımı haqqında mif” əsərində
yazır: “Saysız-hesabsız günahsız insanların, o
cümlədən həmin müharibədə həlak
olmuş qadınların, uşaqların, qocaların qanı
osmanlıların yox, yalnız və yalnız öz həmvətənlərini
əvvəlcədən uduzulmuş bu döyüşə itələyən
erməni milləti rəhbərlərinin boynundadır.”
Təkzibolunmaz
faktdır ki, Türkiyədən ermənilərin
deportasiyası haqqında qərar ermənilərin türklərə
qarşı Van əyalətində kütləvi
qırğınlarından sonra verildi. Deportasiyanın məcburi
tədbir olduğu dünyada təsdiqini tapmış həqiqətdir.
Bəs,
indi Ermənistan adlanan torpaqlarda ermənilərdən min illər
əvvəl yaşayan azərbaycanlılar məgər ermənilərə
qarşı hansısa əməl törətmişdilər
ki, onlar dəfələrlə deportasiyalara, təcavüzlərə
məruz qoyulsunlar? Tarix azərbaycanlıların ermənilərə
qarşı heç bir təcavüzünü
xatırlamır. Çünki belə bir fakt heç vaxt
olmayıb. Əksinə, azərbaycanlılar tarixin
bütün dönəmlərində ermənilərə
qayğı göstərib, onlara sığınacaq verib, Azərbaycanın
ən şəfalı guşələrində məskunlaşmasına
imkan yaradıb. Təmiz, saf qəlbli xalqımız hardan biləydi
ki, bu yaxşılıqların əvəzində ermənilər
xalqımıza qarşı 1905-1907-ci, 1915-1920-ci illərdə,
xüsusilə 1918-ci ildə tarixdə görünməmiş
soyqırımlar törədəcəklər? Hələ
Bakıda, Zəngəzurda, Naxçıvanda, İrəvanda,
Şamaxıda, Qarabağda törədilən faciələr...
Ermənilərin şimal rayonlarımızda törətdikləri
qırğınlar, Quba məzarlığı... XX əsrin ən
dəhşətli qırğını Xocalı
soyqırımı... Bunlar Azərbaycan tarixinə ermənilərin
əli ilə yazılmış soyqırımların
heç də tam siyahısı deyil.
Ermənilər
uydurmağı, yalan danışmağı, fitnəkarlığı
bacarırlar. Elə bunun köməyi ilə ermənilər
Amerikanın bəzi konqresmenlərini, fransızları,
italyanları, bəzi digər ölkələrin parlamentlərini
ələ ala biliblər. İndi digər ölkələrə
də qarmaq atırlar. Amma çox vaxt istəklərinə
nail ola bilmirlər. Çünki dünya artıq ermənilərin
saxta göz yaşlarına inanmır, 1915-ci ildə türklərin
bu millətə qarşı soyqırımı siyasəti həyata
keçirdiyini qəbul etmir. Əksinə, getdikcə daha
çox ölkə Azərbaycanın haqq işini dəstəkləyir,
erməniləri işğalçı kimi tanıyır. “Böyük
Ermənistan” xülyası isə işğalçı
dövlətin özü kimi məhvə məhkumdur. Azərbaycan
dövlətinin başçısı İlham Əliyevin
apardığı qətiyyətli siyasət, güclü
ordumuz, ölkəmizin dostlarının getdikcə möhkəmlənən
həmrəyliyi Ermənistanın
işğalçılıq siyasətinin sonunun uzaqda
olmadığından xəbər verir.
Telman Qafar
İki sahil.- 2010.- 13 aprel.- S. 7.