Qələbənin 65 illiyinə həsr olunmuş tədbirlər

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq yubileyin qeyd edilməsi üzrə Milli Proqramı"n təsdiq edilməsi haqqında müvafiq Sərəncamının icrası ilə əlaqədar Daxili İşlər Nazirliyinin Polis Akademiyasında silsilə tədbirlər həyata keçirilmişdir. Bu tədbirlər çərçivəsində DİN-in Veteranlar Şurasının sədri Bəylər Hüseynov, daxili işlər orqanlarının veteranları muharibə iştirakçıları Qüdrət Süleymanov Xasay Rüstmovla görüşlər təşkil olunmuş, daxili işlər orqanlarında xidmet etmiş Sovet İttifaqı qəhrəmanları X.Məmmədov, S.Kazımov M.Ouliyevin məzarlarının, müharibədə həlak olanların xatirə komplekslərinin, qardaşlıq qəbiristanlıqlarının ziyarətləri təşkil edilmişdir.

Bundan əlavə, 1941-1945-ci illər münaribəsi iştirakçılarının cəbhədə keçdiyi döyüş yolu daxili işlər orqanlarında xidməti fəaliyyəti barədə söhbətlər aparılmış, fakültələrin divar qəzetlərində bu tarixi hadisə ilə bağlı müntəzəm materiallar dərc olunmuş, ümumi kitabxanada Böyük Vətən müharibəsinə qələbənin 65 illiyinə həsr olunmuş sərgilər təşkil edilmişdir.

Polis Akademiyasında, həmçinin Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Şurasının Rəyasət Heyətinin üzvü, general-mayor Bahadur Hüseynovla, Bakı Səhər Veteranlar Şurasının sədr muavini, Əfqanıstan Qarabağ müharibələrinin veteranı, ehti-yatda olan polkovnik-leytenant Bəhram Şeydayevlə, Yasamal rayon Veteranlar Şurasının sədri Almaz Qasımova, Böyük Vətən müharibəsi veteranı, qırıcı-təyyarəçi, istefada olan mayor Damat Nəbiyevlə, Böyük Vətən müharibəsi veteranı, I qrup əlil Bəkir Məmmədovla, Bakı Şəhər Veteranlar Şurasının Rəyasət Heyətinin üzvü, Dəmir Yol Veteranlar Şurasının sədri Əminağa Nəsirovla görüş keçirilmişdir.

Qonaqlar akademiyanın zabit-müdavim heyəti ulu öndər Heydər Əliyevin abidəsi önüne əklil qoymuş, akademiyada fəaliyyət göstərən "Heyder Əliyev irsinin öyrənilməsi üzrə ideoloji mərkəz"in işi ilə tanış olmuşlar. Klubda davam edən tədbirdə akademiyanın rəisi, polis general-mayoru Ramiz Nağıyev İkinci Dünya müharibesində qələbənin əldə olunmasında Azərbaycan xalqının göstərdiyi misilsiz rəşadətdən danışmışdır. Natiqlər ön arxa cəbhədə şücaət göstərən Azərbaycan oğul qızlarının igidlikləri barədə etraflı söz açmış, iştirakçıları maraqlandıran suallara cavab vermişlər.

Tədbirin sonunda qonaqlara xatirə fotoalbomları təqdim olunmuşdur.

 

 

İki sahil.- 2010.- 14 aprel.- S. 10.