HESABAT
KONSERTİ BAŞ TUTDU
Naxçıvan Dövlət Universitetində incəsənət
fakültəsinin “Xalq
çalğı alətləri”
kafedrasının növbəti
hesabat konserti keçirildi.
Ali məktəbin çoxsaylı
ziyalılarının iştirak
etdiyi musiqili tədbirin açılışı
Azərbaycan bəstəkarı
Süleyman Əsgərovun
“Vətənimdir” adlı
musiqi əsəri ilə oldu.
Sonra məşhur
bəstəkarlar Vasif
Adıgözəlovun “Bakı”,
Fikrət Əmirovun “Kor Ərəbin”, Üzeyir Hacıbəyovun
“Leyli və Məcnun” operasından parçalar ifa olundu, həmçinin bir sıra klassik
xarici bəstəkarların
əsərlərinə də
müraciət olundu. Ümumilikdə konsert
Azərbaycanın klassik
musiqi əsərlərinin
üstünlüyü ilə
keçdi. Bundan əlavə konsertdə saz havaları, “Dilkeş təsnifi”,
“Şur çələngi”, kamança, tar, saz və udda
digər bir-birindən
maraqlı musiqi nömrələri
də səsləndi. Konsert
proqramında universitet
müəllimləri, Naxçıvan MR əməkdar artistləri
Gülyanaq Fərzəliyeva
və Mübariz Əsgərovun peşəkar
ifaları da yaddaqalan oldu.
Sonda fakültənin “Musiqi
təlimi” kafedrasının
müdiri Şəmsəddin
Qasımovun, “Bəstəkarlıq”
kafedrasının müdiri
Kamal Əhmədovun və başqalarının
ifalarla bağlı fikirləri dinlənildi.
Rektor, akademik
İsa Həbibbəyli “Xalq
çalğı alətləri”
kafedrasının fəaliyyətində nəzərəçarpacaq
irəliləyişlərin olduğunu sevinc hissi ilə vurğuladı,
bütövlükdə növbəti hesabat
konsertini baş tutmuş hesab etdi. Natiq fakültənin tələbə
və müəllimlərinin, xüsusilə də bu işdə böyük əməyi keçən kafedra müdiri Aynurə Quliyevanın işini
yüksək qiymətləndirərək
heyət üzvlərinə sənət uğurları dilədi.
Nərmin Cəfərova
İki sahil.- 2010.- 16 aprel.- S. 16.