Azərbaycanın
hazırda 100 illik qaz ehtiyatı var
Azərbaycanın “Nabucco”
layihəsi çərçivəsində Avropaya
ixrac etməyə
kifayət qədər qaz ehtiyatı
var.
“APA-Economics”in
məlumatına görə, bu barədə Azərbaycanın
sənaye və energetika naziri Natiq Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda çıxarıla
bilən ehtiyatlar 2,2 trln. kubmetr təşkil edir: “Yalnız 2009-cu
ildə Azərbaycanda qaz hasilatı 23,5 mlrd. kubmetr təşkil edib. Elə bu səviyyədə qalsaq və yeni yataqlar kəşf olunmasa, Azərbaycan
100 il qaz hasil edə bilər”.
N.Əliyev qeyd edib ki, Azərbaycanın qaz ehtiyatları gələcəkdə qat-qat arta bilər: “Artıq “Abşeron”, “Naxçıvan”, “Alov” və “Şərq” strukturları mövcuddur. “Abşeron” yatağında bu il kəşfiyyat quyusu qazılacaq ola bilsin ki,
burdakı ehtiyat “Şahdəniz”
həcmində olsun. Bütün bunları nəzərə
alaraq Azərbaycan Rusiyaya satdığı qazın həcmini
artıra, İrana qaz
sata, Türkiyə və Gürcüstanla
da bu sahədəki əlaqələri
inkişaf etdirə bilər”
İki sahil.- 2010.- 16 aprel.- S. 3.