Faşizm üzərində qələbənin 65 illiyi qeyd edilmişdir

 

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində faşizm üzərində Qələbənin 65 illiyinə həsr olunmuş "Azərbaycan 1941-45-ci illər müharibəsində" sərgisi açılmışdır.

200-dən çox eksponatın təqdim edildiyi sərgidə 1941-45-ci illər Böyük Vətən Müharibəsi cəbhələrində qəhrəmanlıq göstərmiş iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi azərbaycanlı döyüşçülərin əşyaları, hərbi geyimləri, orden medalları, şəxsiyyət vəsiqələri, bayraqlar, arxa cəbhədə nəşr olunmuş qəzet jurnallar s. nümayiş etdirilmişdir.

Tədbiri AMEA-nın vitse-prezidenti Arif Həşimov açaraq, müharibə cəbhələrində, əsir düşərgələrində faşistlərin törətdikləri qəddarlıqdan danışmış, böyük Qələbənin yaddaşlarda yaşamasında belə sərgilərin əhəmiyyətindən söz açmışdır.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, Səbail rayonu Veteranlar Şurasının sədri Ömər Ağayev, neftçi Məhərrəm Məmməd oğlu, Mərkəzi Elmi Kitabxananın direktoru Aybəniz Kəngərli başqaları arxa cəbhədə insanların fədakar əməyindən söhbət açmışlar. Gecə-gündüz cəbhə üçün çalışan neftçilərimiz, sovet hərbi texnikasının əsas yanacağı olan yüksəkoktanlı aviasiya benzini hazırlamış akademik Yusif Məmmədəliyev kimi alimlərimizin kəşfləri, ədəbiyyat, incəsənət ustalarının, şair yazıçılarımızın ön cəbhələrə səfərləri xatırlanmışdır.

Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının qərarı ilə nəşr olunmuş "Biz birlikdə qalib gəldik" məqalələr toplusunun təqdimatı keçirilmişdir.

Faşizm üzərində qələbənin 65 illiyinə həsr olunmuş kitabda arxiv materialları əsasında azərbaycanlı döyüşçülərin igidlikləri haqqında oçerklər, müharibə dövrünü əks etdirən məqalələr toplanmışdır.

Tədbir iştirakçıları sonda sərgi ilə tanış olmuşlar.

 

 

İki sahil.- 2010.- 21 aprel.- S.11.