Azərbaycan neft-qaz potensialının daha da gücləndirilməsi üçün böyük işlər görür

 

XIX əsrin ortalarında dünya neftçıxarma tarixinə öz adını yazan Azərbaycan XX əsrin ortalarında daha bir yeniliyə imza atdı. Ölkəmizdə dünyada ilk dəfə olaraq dənizdə neftin çıxarılmasına başlanıldı

 

“Dünya miqyasında dənizdə ilk dəfə olaraq neft çıxarılması məhz Azərbaycan neftçiləri tərəfindən başlanmışdır. Bu gün Neft Daşları yaşayır. Neft Daşlarında aparılan quruculuq-abadlıq işləri məni çox sevindirir.”

Prezident İlham Əliyevin Neft Daşlarının 60 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə səsləndirdiyi bu fikirlər Neft Daşlarının nəinki region, hətta dünya miqyasında nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq edir. Dövlət başçısı həmçinin Neft Daşlarının xalqın, dövlətin ayrılmaz dəyəri, gözəl inkişaf nümunəsi olduğunu qeyd edir: “Neft Daşlarının inkişafı bunu göstərir. Gələcəkdə daha da böyük işlər görüləcəkdir. Azərbaycan öz neft-qaz potensialının gücləndirilməsi üçün daha da böyük işlər görəcəkdir.”

XIX əsrin ortalarında dünya neftçıxarma tarixinə öz adını yazan Azərbaycan XX əsrin ortalarında daha bir yeniliyə imza atdı. Azərbaycanda dünyada ilk dəfə olaraq dənizdə neftin çıxarılmasına başlanıldı və Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca “Gürgan-dəniz”, “Pirallahı”, “Çilov adası” kimi yataqların mənimsənilməsinə start verildi. 1949-cu il noyabrın 7-də açıq dənizdə sahildən 40 km və Bakıdan 90 km aralı “Neft Daşları” yatağının aşkar edilməsi Azərbaycanı və Xəzəri bütün dünyaya tanıtdı. 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində dənizin 80-350 metr dərinliklərində indi adları bütün dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Kəpəz” və hazırda ARDNŞ neftinin 60 faizdən çoxunu verən “Günəşli” kimi yataqlar aşkar edildi. 1994-cü ilin 20 sentyabrında “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında”, sonradan “Əsrin müqaviləsi” adını almış Sazişin imzalanması həyata keçirildi. Bu müqaviləni dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti imzaladı. Dünyanın aparıcı dövlətlərinin neft şirkətləri ilə belə bir sazişin imzalanması ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində baş verdi. Saziş dünyanın ən böyük neft şirkətlərinin ölkəmizə yatırım qoymasına şərait yaratdı.

Prezident İlham Əliyev də bu məqama diqqət yetirir: “Dünyada sənaye üsulu ilə ilk neft Azərbaycanda hasil edilmişdir, dənizdə ilk neft Azərbaycanda hasil edilmişdir. Bu gün Azərbaycan neft-qaz sahəsində yenə də öndə gedən ölkələr sırasındadır. Bu gün dünyada enerji təhlükəsizliyi məsələləri qaldırılanda, ilk növbədə Azərbaycan haqqında söhbət aparılır. Məhz Azərbaycan neftçiləri tərəfindən yaradılmış bu sərvət bu gün ölkəmizin müstəqil ölkə kimi yaşamasına şərait yaradır.”

60 ildən artıq keçməsinə baxmayaraq, Neft Daşlarında neft-qaz hasilatı uğurla davam etdirilir. Hasilatın artırılmasında isə yeni istismara verilən quyuların böyük rolu var. Belə ki, 2010-cu ilin fevral ayında “Neft Daşları” yatağındakı 1887 nömrəli yeni beşbloklu platformada 2289 saylı quyu istismara buraxılıb. Quyu 2370 metr dərinlikdən sutkada 7 ton neft verir. Bu platforma 3 il əvvəl işə salınıb. 36 maili quyunun qazılması üçün nəzərdə tutulmuş bu platforma “Neft Daşları” yatağındakı 5-ci blokda quraşdırılıb. Geoloqların hesablamalarına görə, burada təxminən 8 milyon ton çıxarıla bilən neft ehtiyatı mövcuddur. Blokda qazma işləri “Bayıl limanı” Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən 2 dəzgah vasitəsi ilə həyata keçirilir. 3 il ərzində platformadan müxtəlif debitlə işləyən 22 istismar quyusu qazılıb və artıq 450 min ton neft hasil olunub. Hazırda 1887 nömrəli platformadan gündəlik 440 ton neft çıxarılır. 2010-cu ildə bu platformada neft hasilatını artırmaq üçün daha 7 quyunun qazılması nəzərdə tutulub. Bu günlərdə “Neft Daşları” yatağındakı 2387 nömrəli platformada yeni quyu istismara verilib. 2559 saylı həmin quyudan 1600 metr dərinlikdən 15 ton neft hasil olunur. “Neft Daşları” yatağının şimal-şərq hissəsində yerləşən və 2008-ci ildə istismara verilən 2387 nömrəli platforma 12 quyuda qazma işlərinin aparılması üçün nəzərdə tutulub. Ötən yarım il ərzində 10 quyu qazılıb. 2 quyuda mənimsəmə işləri gedir. Gözlənilən hasilat 15-20 ton arasındadır. 2010-cu ilin proqnozuna görə, “Neft Daşları” yatağında hasilat həcminin artırılması üçün daha 15 yeni quyunun qazılması nəzərdə tutulur.

Cari ilin mart ayında isə yataqdakı 1146 nömrəli meydançadan 1333 nömrəli quyuda qazma işləri başa çatdırılıb. “Kompleks Qazma İşləri” Tresti “Neft Daşları” Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qala Lay Dəstəsinə qazılmış quyunun 1840 metr dərinlikdən sutkada 10 ton neft verəcəyi gözlənilir. Bundan əlavə, həmin meydançada qazılmış 1326, 1329, 1330, 1332 və 1335 nömrəli quyularda da qazma işləri başa çatdırılıb. Hazırda quyular mənimsəmə gözləyir. Qeyd edək ki, meydançada ümumilikdə 18 quyunun istismara verilməsi nəzərdə tutulub. Geoloqların hesablamalarına görə, həmin quyulardan ümumilikdə sutkada 180 ton neft hasil ediləcək.

Ümumilikdə “Kompleks Qazma İşləri” Tresti 2009-cu il ərzində 71 quyu təhvil verib. Belə ki, nəzərdə tutulan 147397 metrə qarşı 147848 metr qazma işi həyata keçirilməklə proqnoza 100,3 faiz əməl olunub, mədənçilərə 71 quyu təhvil verilib. Yüksək hasilatlı bu neft və qaz quyuları əsasən, “Günəşli”, “Neft Daşları”, “Qum dəniz”, “Cəfərli” və digər yataqların payına düşüb. 2009-cu ildə ümumilikdə 73 quyuda qazma işlərinə başlanıb ki, bunlardan da 8-i qaz, qalanı isə neft quyusu olub.

Neft Daşlarıyatağı üçün yeni platformalar da tikilir. Qeyd edək ki, Prezident İlham Əliyev ARDNŞ-in qarşısındaNeft Daşlarıyatağında illik hasilatın 1,2 milyon tona çatdırılması ilə bağlı vəzifə qoyub. Bu məqsədlə yataqda yeni platformalar quraşdırılır, sualtı boru kəmərləri çəkilir tikinti işləri aparılır. Platformaların dənizin 24 metr dərinliyində quraşdırılması planlaşdırılır. 12 quyunun qazılması üçün nəzərdə tutulmuş platforma cari ilin ikinci yarısında istismara daxil ediləcək. Artıq tikinti işlərinin baş podratçısı olanNeftqaztikintiTresti burada 36 qazmaçının yaşaması işləməsi üçün 2 mərtəbəli evin inşasını başa çatdırıb. Bundan başqa, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda platformanın vertolyot gəmi yanalma meydançaları, buruqaltı özülü tikilib.

Neft Daşlarıyatağında dənizin 46 metr dərinliyində quraşdırılacaq 4 bloklu 2585 nömrəli platformanın inşası da uğurla davam etdirilir. Artıq platformanın iki bloku Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilib rənglənib. Üçüncü blokun isə tikintisinə başlanılıb. Həmin platformaların tikintisi nəqlinə dair bütün layihə-smeta sənədləriNeftqazelmitədqiqatlayihəİnstitutu tərəfindən hazırlanıb. Qeyd edək ki, son 3 ildəNeft Daşlarıyatağında 72 quyuluq 4 hasilat platforması tikilərək istifadəyə verilib.

Xatırladaq ki, Neft Daşları haqqında ilk məlumat 1863-cü ildə Q.V.Abix tərəfindən verilib, 1945-ci ildə isə Ağaqurban Əliyevin başçılığı ilə ekspedisiya Neft Daşlarının tədqiqinə başlayıb bu 1948-ci ilə kimi davam etdirilib. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 60 m-ə qədər çatır. Palçıq Pilpiləsiyatağı Xəzər dənizinin Abşeron arxipelaqında Bakı şəhərindən 110 km şərqdə 50 km Artyom adasından cənubi-şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 10 m-dən 25 m-ə qədər dəyişir. Yataq braxiantiknal qırışıqlığa aid olub, çoxlu sayda eninə uzununa qırılmalarla mürəkkəbləşib. Qirməki lay dəstinin tavanına görə yatağın uzunluğu 9 km, eni isə 3 km-dir.

1949-cu ilin aprelində ilk dəfə V.M.Roşinin rəhbərliyi ilə dənizdə qazma vışkası quraşdırılıb. Damba KQİ-nin rəisi Nəsrulla Babayevin əmri ilə ilk qazma briqadası təşkil olunub onun ustası M.P.Kaveroçkin təyin edilib. 1949-cu il iyunun 24-də 1 saylı kəşfiyyat quyusunun qazılmasına başlanılıb.

Neft Daşlarıyatağında 1 saylı ilk quyu 7 noyabr 1949-cu ildə 100 t/sut debit, 6 mm-lik ştutser ilə istismara verilib 1950-ci ildə yatağın işlənməsinə başlanılıb. 1951-ci ildə bu yataqdan çıxarılmış neftlə yüklənmiş ilk tanker sahilə göndərilib. Yataqdakı quyuların dərinliyi isə 550-2800 m arasında dəyişir.

Əgər vaxtilə Neft Daşlarında Azərbaycan neftçiləri ağır, çətin şəraitdə böyük qəhrəmanlıq göstərərək işlərə başlamasaydılar, ondan sonrakı layihələr ya gecikə, ya ümumiyyətlə həll olunmamış qala bilərdisöyləyən dövlət başçısı İlham Əliyev bu gün Azərbaycanın neft-qaz potensialının əksəriyyətini təşkil edənAzəri-Çıraq-Günəşliyataqlarının kəşfiyyatı işlənilməsinin məhz 60 il bundan əvvəl burada qoyulan təməl üzərində reallaşdığını diqqətə çatdırır.

 

 

Nail Rəhimzadə

 

İki sahil.- 2010.- 22 aprel.- S. 6.