YENİ
TƏRƏFDAŞLIQLARA DOĞRU
Cənubi
Koreyanın Qimçon Universitetinin
Beynəlxalq Təhsil Mərkəzinin direktoru, Otelçilik və turizm idarəçiliyi fakültəsinin
professoru Hee Chun Lee və
adıçəkilən mərkəzin direktor müavini, İngilis dili fakültəsinin professoru
David K.H.Lee Naxçıvan Dövlət Universitetində işgüzar səfərdə olmuşlar.
Universitetlə tanışlıqdan sonra qonaqları rektor, akademik İsa Həbibbəyli qəbul etmişdir. Görüş
zamanı Qimçon Universitetinin təmsilçiləri
universitet haqqında ətraflı məlumat vermişlər. Qeyd olunmuşdur ki, 1978-ci ildə yaradılmış, ailə
idarəçiliyi prinsipinə əsaslanan bu
ali məktəbdə
21 fakültə fəaliyyət göstərir. Universitetdə
ingilis dili, tibb, beynəlxalq turizm və otelçilik, incəsənət
sahəsi üzrə tədris yüksək səviyyədədir.
Rektor,
akademik İsa Həbibbəyli qonaqları salamlayaraq Naxçıvan Dövlət
Universitetində 11 fakültənin,
47 ixtisasın
mövcud olduğunu, Misir Ərəb
Respublikasından,
Nigeriyadan, Banqladeşdən, Almaniyadan, Türkiyə Cümhuriyyətindən,
İran İslam Respublikasından 251 tələbənin, o
cümlədən Cənubi Koreyadan 6 nəfərin burada təhsil aldığını bidirmişdir.
Rektor dünya elminə inteqrasiya edən bu ali məktəbdə elmin, təhsilin inkişafı ilə yanaşı ən müasir informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinə də
xüsusi əhəmiyyət
verildiyini, dünyanın ən məşhur
universitetləri ilə birgə videokonfransların,
simpoziumların keçirildiyini, elmi tədqiqatlar, təcrübə mübadilələri
aparıldığını vurğulamışdır.
CİSCO texnologiyaları əsasında universitetdə
yaradılan “Wi-FI” kampus
internet şəbəkəsi isə hərtərəfli
elmi əlaqələr
qurulması üçün
geniş imkanlar
açmışdır.
Professorlar Hee Chun Lee
və David
K.H.Lee çıxışlarında universitetlərarası əlaqələrə, o
cümlədən elmi nüfuza,
mükəmməl kadr potensialına və maddi texniki bazaya malik Naxçıvan
Dövlət
Universiteti ilə tərəfdaşlığa böyük
əhəmiyyət
verdiklərini qeyd etmişlər.
Koreyalı qonaqlar universitetin tədris korpuslarında, struktur bölmələrində olmuş, xoş səfər
təəssüratlarını Universitet televiziyası vasitəsilə paylaşmışlar. Universitetin
konservatoriya binasında
Cənubi Koreyanın Qimçon
Universitetinin tanıtma
filminin təqdimatı
keçirilmiş, İncəsənət
fakültəsinin müəllim və tələbələri
rəngarəng konsert proqramı
ilə çıxış etmişlər.
Koreyalı tələbələrin də
qatıldığı konsertdə hər iki
xalqın milli musiqisini, mədəniyyətini
əks etdirən maraqlı ifalar qonaqlarda xoş ovqat
yaratmışdır. Konsertə Türkiyə universitetlərinin
Naxçıvanda səfərdə olan nümayəndələri də
tamaşa etmişlər.
Mehriban SULTAN
İki sahil.- 2010.- 22 aprel.- S.14.