Azərbaycan-Türkiyə strateji tərəfdaşlıq əlaqələri yüksək səviyyədədir

 

Maraqlıdır, görəsən bir müddət əvvəl Londonda bəyanat verərək Azərbaycan Prezidentini Türkiyə-Ermənistan sərhədlərinin açılışına dəvət edən S.Sarkisyan indi düşünür?

 

Soy kökü, dil, mədəniyyət digər bu kimi ortaq mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan Türkiyə arasındakı münasibətlər bu gün inkişaf etməkdədir. Hər iki dövlətin başçıları təkcə mehriban qonşuluq siyasətini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi prinsipləri əsas götürərək tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün bütün zəruri addımları atırlar. Təməlində qırılmaz dostluq qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə strateji önəm daşıyır.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətinin əsas istiqamətlərindən biri türk dövlətləri, xüsusən də Türkiyə Cümhuriyyəti ilə çoxşaxəli sıx əlaqələrin qurulması olmuşdur. Ümumiyyətlə, Türkiyə rəsmi və işgüzar dairələrində Azərbaycana münasibətdə həmişə xüsusi yanaşma mövcud olmuş, dövlət və hökumət, həmçinin digər müxtəlif səviyyəli görüşlərdə bu münasibət dəfələrlə vurğulanmışdır. Qeyd edək ki, keçmiş Sovetlər Birliyi məkanında müstəqillik qazanmış beş türk dövlətindən coğrafi cəhətdən Türkiyəyə ən yaxın və xarici siyasət fəaliyyətində ona daha çox önəm verən də məhz Azərbaycan olmuşdur.

Azərbaycan və Türkiyə bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləmiş, eyni milli maraqlardan çıxış etmişlər. Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədədünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirirlər.

Türkiyə ilə Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlandığını, bütün məsələlərdə eyni mövqedən çıxış etməsini təsdiqləyən faktorlardan biri də rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyidir. Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyən rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmayınca Ermənistanla diplomatik münasibətlərin qurulmasından imtina edib. Dost və qardaş Türkiyə Ermənistan işğalçılıq siyasətindən əl çəkməyincə bu dövlətlə sərhədlərin açılmayacağını da bəyan edib. Beynəlxalq ictimaiyyət tərəfindən, xüsusən Avropa İttifaqına daxil olmaq məsələsində Türkiyəyə Ermənistanla sərhədləri açmaq üçün təzyiqlər edilsə də, rəsmi Ankaranın mövqeyi qətidir: Azərbaycan əraziləri işğaldan azad olunmayınca Ermənistanla sərhədlər açılmayacaqdır. Türkiyənin bu münaqişənin həlli ilə bağlı bütün müzakirələrdə Azərbaycana dəstək verməsi, uzun illər ərzində ona davam edən ən müxtəlif təzyiqlərə rəğmən Ermənistanla sərhədləri açmaq üçün Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın maraqlarına və beynəlxalq hüququn prinsiplərinə uyğun həllini gözləməsi qardaş ölkənin öz mövqeyinə sadiqliyinin təzahürüdür.

Öz növbəsində Azərbaycan ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı”nın tanınmasını nəzərdə tutan qanun layihəsinə rəsmən etirazını bildirməsi, həmçinin Şimali Kiprin təcrid vəziyyətindən çıxarılmasına dəstək verməsi dost və qardaş Türkiyənin problemlərini öz problemlərindən ayırmadığını göstərir.

Bir müddət əvvəl Türkiyə-Ermənistan arasında sərhədlərin açılması məsələsinin fonunda bəzi dairələr, xüsusən erməni lobbisinin təsiri altında olan xarici kütləvi-informasiya vasitələri Azərbaycan-Türkiyə münasibətlərinin pozulması üçün səylərini əsirgəmədilər. Nə qədər acı olsa da etiraf etməliyik ki, bu gün dünyada bu iki türk dövlətinə bir yerdə zərbə vurmaq həvəsində olanlar çoxdur. Amma Türkiyənin məlum bəyanatlarından sonra aydın olurdu ki, Azərbaycan-Türkiyə münasibətlərini pozmaq mümkün deyil və iki qardaş ölkə arasındakı əlaqələr möhkəm və sarsılmazdır. Bakıya səfəri zamanı “İkitərəfli əlaqələrimizin təməlində bizimbir millət, iki dövlətanlayışımız eynilə davam etməkdədir. Xüsusilə Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı, həmçinin bizim həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirliklər Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bu günə qədər necə qəbul edilməyibsə, bu gün eyni şəkildə qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. Çünki burada bir səbəb-nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm” - deyə Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi.

Hər iki dövlət işğalçı Ermənistanın əsassız iddiaları ilə üz-üzədir. Azərbaycana qarşı torpaq iddiası ilə çıxış edən Ermənistan Türkiyəyə qondarma erməni soyqırımı məsələsini irəli sürür. Azərbaycana qarşı əsassız torpaq, Türkiyəyə qarşı isə qondarmaerməni soyqırımı” iddiası ilə çıxış edən ermənilərə dünyanın dəstəyi onların daha böyük arzularla yaşamalarına səbəb olur. Türkiyənin Avropa Birliyinə üzv qəbul olmasına olan maneələr ikili siyasətin göstəricilərindəndir. Gah qondarma erməni soyqırımının tanınması, gah da Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi qabardılır. Türkiyə Prezidenti Abdullah Gül, eyni zamanda Baş nazir R.T.Ərdoğan hər zaman bəyan edirlər ki, Azərbaycan torpaqları işğaldan azad olunmayınca, ermənilər qonlarma erməni soyqırımı iddiasından əl çəkməyincə, Ermənistan-Türkiyə sərhədlərinin açılmasından söhbət gedə bilməz.

Təbii ki, bütün bu sadalananlar Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını təsdiqləyir. Bu günədək hər bir məsələdə eyni mövqedən çıxış edən dost, qardaş ölkə Türkiyə və Azərbaycan bundan sonra da bu birliyi qorumalı, cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu müttəfiqlik digər ölkələr üçün örnək olmalıdır.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra yüksələn xətlə inkişaf edən qarşılıqlı münasibətlər məhz bu təməl üzərində strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Təəssüf ki, bədnam erməni amili istər Türkiyənin, istərsə də Azərbaycanın inkişafı qarşısında ciddi əngəl kimi qalmaqdadır. “Böyük Ermənistanxülyası ilə yaşayan, qonşu ölkələrə qarşı ərazi iddialarından əl çəkməyən erməni millətçiləri bu gün öz bədxah əməllərini davam etdirirlər. Türkiyə Cümhuriyyətinə qarşı qondarmaerməni soyqırımı” və ərazi iddiaları ilə çıxış edən Ermənistan və erməni diasporu türk xalqının humanist imicinə xələl gətirməyə, qardaş ölkənin beynəlxalq mövqeyini zəiflətməyə mənfur niyyətlərini gerçəkləşdirməyə çalışırlar.

20 ildən artıqdır ki, Ermənistan Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın ələ keçirilməsi məqsədilə açıq mübarizəyə başlamış və ölkəmizə hərbi təcavüz etmişdir. Xarici qüvvələrin dəstəyindən yararlanan Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, bir milyon soydaşımız yurd-yuvasından didərgin düşmüşdür. Azərbaycan xalqı erməni təcavüzünə qarşı mübarizədə daim qardaş Türkiyənin dəstəyinə güvənmiş, türk xalqının mənəvi və əməli yardımından bəhrələnmişdir.

Məlumdur ki, türk birliyinin qüdrətindən çəkinən xarici qüvvələr daim Azərbaycan-Türkiyə münasibətlərində soyuqluq yaratmağa, xalqlarımızın vəhdətini pozmağa çalışırlar.

Son hadisələr isə bir daha göstərdi ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq, strateji tərəfdaşlıq əlaqələri yüksək səviyyədədir və sarsılmazdır. Ermənistan prezidenti S.Sarkisyanın Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması, sərhədlərin açılması və diplomatik əlaqələrin qurulmasını nəzərdə tutan Sürix protokollarının parlamentdə ratifikasiyasını dayandırdığını bəyan etməsi artıq düşmənin geriyə doğru çəkilməsindən xəbər verir. Qardaş ölkəyə göstərilən bütün təzyiqlərə ləyaqətlə davam gətirməsi Azərbaycanın milli maraqlarının onun üçün böyük əhəmiyyət kəsb etdiyini əyani şəkildə nümayiş etdirməsi sübut etdi ki, iki qardaş ölkə arasında münasibətlərin korlanmasına istiqamətlənmiş cəhd iflasa məhkumdur. Maraqlıdır, görəsən bir müddət əvvəl Londonda bəyanat verərək Azərbaycan Prezidentini Türkiyə-Ermənistan sərhədlərinin açılışına dəvət edən S. Sarkisyan indi düşünür?

Türkiyə və Azərbaycanı nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsi kimi ümummilli mənafelər birləşdirir.

 

 

Orxan Əli

 

İki sahil.- 2010.- 27 aprel.- S.10.