Tədbirlər
planı müvəffəqiyyətlə həyata keçirilir
ARDNŞ-in “Azneft”
İstehsalat Birliyinin bütün idarə və müəssisələri
kimi “Siyəzənneft”
NQÇİ də ötən ili uğurlu nəticələrlə
başa vurmuşdur. Neft hasilatı üzrə proqnoz
tapşırıqlara 100 faiz
əməl edilmiş,
qaz hasilatı planı isə 110,3 faiz yerinə yetirilmişdir.
Keçici
quyu fondu üzrə neft hasilatı üçün proqnoz
tapşırıqlar 116,2% yerinə yetirilmişdir. Bu fond
üzrə faktiki 37616 ton “qara qızıl” hasil edilmişdir
ki, bu da proqnozdan 5236 ton çoxdur. Yeni texnika və
texnologiyanın istehsalat proseslərinə tətbiqi istiqamətində
də xeyli iş görülmüşdür. Keçən
il “Siyəzənneft” NQÇİ-də quyuların yeraltı
və əsaslı təmiri sahəsində işlər
gücləndirilmiş, kollektivin öz gücü ilə 3288
nasos təmir edilmişdir.
Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin 2010-cu ili “Ekologiya
ili” elan etməsi ilə əlaqədar “Siyəzənneft”
NQÇİ-də də ətraf mühitin mühafizəsi
istiqamətdə görülən işlər daha
böyük vüsət almağa başlamışdır. Bu
barədə söhbət açan NQÇİ rəisi
Zülfüqar Səlimov bildirir ki, ötən ilin
sonlarından başlayaraq “Siyəzənneft” NQÇİ-nin mədən
ərazilərində ayrılmış neftlə çirklənmiş
torpaqların bioremidasiya işinin həyata keçirilməsi”
proqramı icra edilir. Görülən işlərlə daha
yaxından tanış olmaq məqsədilə Neft və suyun
kompleks hazırlanması və vurulması sexinin Neftvurma sahəsinə
yollanırıq.
Neft
və suyun kompleks hazırlanması və vurulması sexinin rəisi
Rəşad İbrahimov deyir ki, son bir neçə ayda
buranın mənzərəsi kökündən dəyişib.
“Siyəzənneft” NQÇİ-nin mədən ərazilərində
ayrılmış neftlə çirklənmiş
torpaqların bioremidasiya işinin həyata keçirilməsi”
proqramına əsasən ərazidəki şlam
daşınıb, bataqlıqlar qurudulub, landşaft tədricən
bərpa olunur. Yaşıllaşdırma işlərində
isə bütün kollektiv böyük həvəslə
iştirak edir. R.İbrahimov ADNA-nın 1993-cü il məzunudur,
neft-mədən fakültəsini bitirib. Əmək fəaliyyətinə
“Siyəzənneft”də operator kimi başlayıb. 2006-cı
ildən Neft və suyun kompleks hazırlanması və
vurulması sexinin rəisidir.
“Siyəzənneft”
NQÇİ-nin rəisi Z.Səlimov qeyd edir ki, ətraf
mühitin qorunması və bərpası işlərində
neftçilərlə bərabər “Ekol Mühəndislik Xidmətləri”
Qapalı Səhmdar Cəmiyyətinin işçiləri də
yaxından iştirak edirlər. Bildirildi ki, Neftvurma sahəsinin
47 nəfərlik kollektivi sutka ərzində 119-120 ton nefti qəbul
edib hazırlayırlar. Ay ərzində üç dəfə
hazırlanmış “qara qızıl” ARDNŞ Neft Kəmərləri
idarəsinə təhvil verilir. Görülən işlərdə
qaynaqçı Şakir Bayramovun, çilingər İlkin
Mailovun, operatorlar Mais Ağamalıyev, Elman Səfərov və
İslam Dadaşovun, maşinist Həşim Məlikovun zəhmət
payı daha çoxdur.
Mədən
və Neftvurma sahəsində həyata keçirilən
abadlıq işləri qonşuluqdakı Qaz-Kompressor sexinin 1
saylı Kompressor stansiyasında da davam etdirilmişdir. Stansiyanın
mühəndisi Heydər Talıbov və maşinist Qurban Əliyev
bildirirlər ki, birinci mədən ərazisindən gələn
“mavi yanacaq” bu stansiya vasitəsilə Siyəzən şəhərinə
ötürülür. Sutka ərzində 23-25 min kubmetri qaz
0,5-0,8 atmosfer təzyiqlə əhaliyə
çatdırılır və Siyəzən şəhərinin
tələbatının xeyli hissəsini ödəyir. Qaz-Kompressor sexinin 70 işçisinin on nəfəri
1 saylı Kompressor stansiyasında çalışır. Onlar iki qəbul
və iki çıxış seporatoruna
yüksək səviyyədə
xidmət edirlər.
Qeyd edək ki, Stansiyanın
mühəndisi Heydər
Talıbov 37 ildir burada çalışır.
O neft sənayesində
atası - müharibə
iştirakçısı, 44 il neft mədənlərində usta
kimi çalışmış
Abdulla Talıbovun yolunu
davam etdirir. Deyir ki, idarədə yaxşı işləmək
üçün hər
cür şərait yaradılıb, operatorların
xidməti otaqları
lap bu yaxınlarda təmir edilib.
Növbəti müsahibimiz NQÇİ-nin baş energetiki
Əlibala İbrahimovdur. O, 1978-ci ildə Azərbaycan
Neft və Kimya İnstitutunun energetika fakültəsini bitirərək “Siyəzənneft”
NQÇİ-də əmək
fəaliyyətinə başlayıb.
1981-ci ildə hələ gənc mütəxəssis ikən
baş energetik vəzifəsinə təyin
edilən Əlibala müəllim bu gün də öz işini gənclik həvəsi, gənclik enerjisi ilə davam etdirir. Deyir ki, Neftvurma sahəsinin işıqlandırma
və güc sistemi yenidən qurulmuşdur. Yeni 6/0,4 kv-luq paylayıcı
qurğu quraşdırılaraq
istifadəyə verilmişdir.
Ərazidə altı ədəd
yeni elektrik dayaqları quraşdırılmış,
işıqlandırma sistemi
tam yenilənmişdir. Hava naqilləri yeraltı kabellərlə əvəz
edilmiş, istehsalat estetikasının tələblərinə
uyğun olaraq dirəklər rənglənmişdir.
Əlibala İbrahimov sahədə
energetika üzrə görülən işlərdən
bəhs edərkən
deyir ki, bundan başqa neftvurma nasosunun yeni işəburaxma qurğusu da quraşdırılıb. İstismarda olan iki ədəd NB-125 tipli laya su vurmaq
üçün nəzərdə
tutulan nasosa yeni elektrik xətti
çəkilərək onlar
da istifadəyə verilmişdir. Bu işlərin yerinə yetirilməsində mühəndis
Nəriman Muradov, elektrik montyorları Balakərim Əliməmmədov,
Maqsud Cəfərov kimi işçilərin mühüm rolu olmuşdur.
“Siyəzənneft” NQÇİ-nin elektrik təsərrüfatında
2009-cu ildə və
2010-cu ilin I rübündə
görülən işlər
haqqında söhbətini
davam etdirən Əlibala İbrahimov vurğulayır ki,
NQÇİ-nin elektrik
təchizatı sxemi
1949-1950-ci illərdən istismardadır. Bütün bu illər ərzində aparılmış
qazma işlərinə
uyğun olaraq neft təsərrüfatı
inkişaf edərək
100 kilometrdən artıq
məsafəni əhatə
etmişdir. Neft təsərrüfatının
yerləşməsinə uyğun
olaraq bir sıra yarımstansiyalar, paylayıcı qurğular,
elektrik hava xətləri və digər energetik qurğular tikilib istifadəyə verilmişdir.
Hal-hazırda “Siyəzənneft”
NQÇİ-nin balansında
3 ədəd 35/6 kv,
65 ədəd 6/0,4 kv-luq
yarımstansiya və paylayıcı qurğular,
438 km elektrik hava xətləri,1000
ədədə qədər
müxtəlif güclü
elektrik mühərrikləri,
113 ədəd güc
transformatorları və
digər elektrik qurğuları mövcuddur
ki, bütün bunlar vasitəsilə idarənin bütün sex
və sahələrinin,
eləcə də digər obyektlərin enerji təminatı həyata keçirilir.
2009-cu ildə “Siyəzənneft”
NQÇİ-nin elektrik
enerjisi təminatı
sahəsində energetik
təsərrüfatın mütəmadi
olaraq texniki vəziyyətinin yoxlanılması,
elektrik təsərrüfatında
tərtib edilmiş illik profilaktik təmir qrafiklərinin vaxtlı-vaxtında yerinə
yetirilməsi təmin
edilmişdir.
Müəssisədə istismar olunan elektrik avadanlıqlarının işini
və obyektləri fasiləsiz elektrik enerjisi ilə təmin etmək məqsədilə bir sıra təmir işləri həyata keçirilmişdir.
2009-cu ildə 51 ədəd
mühərrik, 2 ədəd
güc transformatoru və digər elektrik maşın və avadanlıqları, eləcə də 6 km-ə
yaxın 0,4 və 6 kv-luq elektrik hava xətləri əsaslı təmir olunmuşdur. Əlibala İbrahimov qeyd
edir ki, öz qüvvəmizlə
70 ədəd gücü
11 kvt-a qədər olan eiektrik mühərriki
təmir olunub. “Siyəzənneft” NQÇİ-nin
elektrik təchizatı
obyektiərində elektrik
avadanlıqlarının, rele
mühafizəsi və
avtomatika sistemlərinin , ölçü cihazlarının quraşdırılması,
təmiri, sazlanması
və digər təmir işlərini yerinə yetirmək üçün “AEEK” MMC ilə
müqavilə bağlanmış
və nəzərdə
tutulmuş işlər
yüksək səviyyədə
yerinə yetirilmişdir.
İdarənin balansında
olan 14 km 35 kv-luq , 30
km 6 kv-luq , 28 km 0,4 kv-luq
elektrik hava xətti meşə massivindən və dağlıq ərazilərdən
keçməsinə baxmayaraq
təhlükəsiz istismarı
üçün bütün
işlər görülür.
Cari ildə 12 ədəd 6/0,4 kv-luq paylayıcı qurğunun dam örtüyü
təmir olunmuşdur.
2009-cu
ildə idarə üzrə 27.988 min kvt.saat
elektrik enerjisi sərf olunmuşdur ki, bu da
əvvəlki ilə nisbətən 1020 min kvt.saat
qənaət deməkdir.
1 ton neft hasilatına sərf olunan elektrik enerjisi norması 2009-cu ildə
268,56 kvt.saat olmuşdur.
Baş energetik deyir ki. 2010-cu
ilin I rübündə
də idarənin elektrik enerji təminatı sahəsində
bir çox işlər görülmüşdür.
I rübdə idarə üzrə elektrik enerjisi sərfi 7087 min kvt.saat olmuşdur. Ötən ilin müvafiq
dövründə bu rəqəm 7489 min kvt.saat
təşkil etmişdi.
422 min kvt.saat elektrik enerjisinə qənaət edilmişdir.
l ton neft hasilatına 291,85 kvt.saat elektrik enerjisi sərf olunduğu halda bu rəqəm
ötən ilin müvafiq dövründə
302,0 kvt.saat idi.
Bundan sonra da “Siyəzənneft” NQÇİ-nin
sex və sahələrini
fasiləsiz və etibarlı elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq
üçün bir sıra işlərin görülməsi nəzərdə
tutulmuşdur.
Belə ki, 2010-cu ildə elektrik enerjisinə qənaət etmək məqsədilə texniki-təşkilati
tədbirlər planı
tərtib olunmuş və onun həyata
keçirilməsi üçün
kollektiv var qüvvə ilə çalışır.
İlqar Məmmədli,
Orxan Vahidoğlu
İki sahil.- 2010.- 27 aprel.- S. 13.