HEYDƏR
ƏLİYEVİN İRSİNİ ÖYRƏNİRİK
YAP Gəncə şəhər təşkilatında
ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr
edilmiş ənənəvi
“Bilik yarışı”
keçirilmişdir
YAP
Gəncə şəhər
təşkilatı hər
il ənənəvi
olaraq, dahi Heydər Əliyevin doğum gününə həsr edilmiş silsilə tədbirlər keçirir. Bu il də həmin məqsədlə hazırlanmış
geniş tədbirlər
planına uyğun olaraq ulu öndər
Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar şəhərin
ali və orta ixtisas məktəbləri
YAP Gənclər Birliyi
ərazi ilk təşkilatlarının
nümayəndələri arasında
“Heydər Əliyev irsini öyrənirik” adlı “Bilik yarışı” keçirilmişdir.
YAP Gəncə şəhər təşkilatının
İdarə Heyətinin
müvafiq qərarı
ilə yarışın
Təşkilat Komitəsi
yaradılmışdır. Yarış üç mərhələdə
keçirilmişdir. Yarışlarda
ADAU, GDU, AzTU, AzMİ Gəncə filialı, Musiqi Texnikumu, Texniki Kollec, Humanitar Kollec və Tibb məktəbinin
komandaları iştirak
etmişlər. AzTU,
GDU, AzMİ Gəncə
filialı, Musiqi Texnikumunun komandaları yarımfinala vəsiqə
almışlar. Bu il bilik yarışının birinci
və ikinci mərhələləri müvafiq
olaraq, neytral məkanda olmaqla, ərazi təşkilatlarında
keçirildi. Yarımfinal və
final görüşləri isə YAP Gəncə şəhər təşkilatının
qərargahında keçirildi.
“Bilik yarışı”nda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrlərə,
xüsusilə müstəqil
Azərbaycan dövlətinə
rəhbərliyi dövrünə,
prezidentlik fəaliyyətinə,
ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasətinin əsas istiqamətlərinə,
YAP-ın cəmiyyətdə
mövqeyinə, Heydər
Əliyev Fondunun fəaliyyətinə, Azərbaycan
Respublikasının Konstitusiyası,
Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi
inkişafı Dövlət
Proqramına, Seçki
Məcəlləsinə, keçirilən
seçkilərə, ərazi
bütövlüyümüzün qorunmasına, milli-mənəvi
dəyərlərimizə, Gəncə şəhərinin
qədim tarixinə və müasir dövrünə dair maraqlı, konkret suallar cavablandırıldı.
Hər görüşdə komandalara
5 sual verilirdi. 5 mümkün baldan
ən çox xal toplayan komanda
yarışın qalibi
olurdu. Yarışın qaydalarına görə
komandalar rəqiblərini
püşkatma yolu ilə müəyyənləşdirirdilər.
Yarışın final görüşü 29 aprel
2010-cu il tarixdə YAP
Gəncə şəhər
təşkilatının qərargahında
yarımfinal görüşlərinin
qalibi olaraq finala vəsiqə almış AzMİ Gəncə filialının
və AzTU-nun komandaları arasında keçirildi.
Yarışın qalibi -AzMİ
Gəncə filialının
komandasına və ikinci yerə çıxmış Azərbaycan
Texnologiya Universitetinin
komandasına xüsusi
sertifikat verildi. Yarışda iştirak edən
komandaların hər bir üzvünə YAP Gəncə şəhər
təşkilatının qiymətli
hədiyyələri və
sertifikatlar təqdim edildi.
Yarışa yekun vuran
YAP Gəncə şəhər
təşkilatının sədri,
professor İsrafil İsmayılov
Gəncə şəhər
İcra Hakimiyyəti rəhbərliyinin və şəhər Təşkilatı
İdarə Heyətinin
adından yarışın
qaliblərini təbrik
etdi.
Süsən Tağıyeva
İki sahil.- 2010.- 30 aprel.- S. 5.