Heydər Əliyevin neft strategiyası xalqımızın firavan gələcəyinin qarantıdır

 

Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi və dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artırılması ulu öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə dünya miqyaslı görkəmli siyasi xadim kimi tanınmış, Azərbaycan xalqının ümummilli liderinə çevrilmişdir.

Onun 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra sosial-iqtisadi həyatın bütün sahələrində olduğu kimi, neft emalı sənayesində dərin keyfiyyət dəyişiklikləri baş vermişdir. Dahi siyasətçinin rəhbərliyi altında Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neftqaz sənayesi də özünün yüksək və dinamik inkişaf mərhələsinə qədəm qoymuşdur. Məhz bu dövrdən etibarən Azərbaycanın neftqaz sənayesinin inkişaf tarixində yeni mərhələ başlayır.

Ulu öndər tərəfindən aparılan səmərəli islahatlar nəticəsində neft-qaz sənayesi yeni qurğularla təchiz olunmuş, 60-cı illərin sonu ilə müqayisədə 8 ədəd yeni neft qaz yataqları kəşf edilmiş, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırılmışdır. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ilk dəfə olaraq Azərbaycanda neft emalı üçün xüsusi proqram hazırlanmış və həyata keçirilməyə başlanmışdır. Həmin proqrama əsasən yeni texnikatexnologiyaya malik zavodlar yaradılmış, təzə qurğular inşa olunmuşdur. Göründüyü kimi, hələ sovet hakimiyyəti illərində onun rəhbərliyi ilə respublikamızda görülən digər işlər, yaradılan möhkəm təməl bu gün müstəqil Azərbaycanda dünya standartlarına uyğun neft sənayesinin formalaşmasına zəmin yaratmışdır.

Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tikilməsi üçün o zaman Sovetlər məkanında 450 milyon ABŞ dollarının ayrılması, bunun üçün Moskvadan belə bir icazənin alınmasına nail olunması Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi.

Bütün bunlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörən müdrik siyasətinin parlaq qələbəsi idi. O, çox gözəl anlayırdı ki, görülən bütün bu nəhəng işlər gələcəkdə müstəqillik qazanacaq Azərbaycanın istiqadi müstəqilliyinin əsasını təşkil edəcəkdir. Tarix ümummilli lider Heydər Əliyevin haqlı olduğunu bir daha sübut etdi.

Ulu öndər Heydər Əliyev bütün dövrlərdə Azərbaycan xalqına sədaqətlə ləyaqətlə xidmət etmişdir. Onun bir amalı var idi - Azərbaycanı inkişaf etdirmək, Azərbaycan vətəndaşlarının rifah halını qaldırmaq, ölkəmizi irəliyə aparmaq. Bu yolda Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri əvəzolunmazdır. Azərbaycanın milli sərvəti olan neftdən gələn gəlirlərin gələcək nəsillər üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyaclarını, iqtisadi tərəqqi və inkişaf tələblərini nəzərə almaqla, bugünkü nəsillər üçün istifadə edilməsi ümummilli liderin neft strategiyasının başlıca prinsipi idi.

Məhz bu səbəbdən 1993-cü ildə Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra daNeft Azərbaycanın milli sərvətidirdevizi ilə çıxış edərək, bu dəfə müstəqil respublikamızın neft sənayesinin bərpası inkişafı ilə yaxından məşğul olmağa başladı. Heydər Əliyevin müəllifi olduğu dünya əhəmiyyətli neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi sosial böhranlardan çıxaraq dirçəlməsinin ən əsası XXI əsrin əvvəllərində yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranması prosesinin rəmzinə çevrildi.

O vaxt - 1994-cü ildə dünyanın aparıcı enerji şirkətlərini müharibə şəraitində olan Azərbaycana cəlb etmək onları sərmayələrinin burada qorunacağına bu sərmayələrin onlara xeyir gətirəcəyinə inandırmaq, çox böyük siyasi təcrübə, bilik məharət tələb edirdi. Məhz ulu öndər dühası buna nail oldu və Azərbaycan tarixində ən önəmli hadisələrdən biri - “Əsrin müqaviləsi” imzalandı. Bu tarixi hadisədən sonra dünya birliyi tərəfindən Azərbaycana inam xeyli dərəcədə artdı. Ölkəmizə böyük sərmayələr qoyulmağa başlandı. Bütün sahələrdə tənəzzülün qarşısı alındı, inkişaf meyilləri gücləndi və Azərbaycan uğurla inkişaf etməyə başladı.

Azərbaycanın həyatında son dərəcə mühüm rol oynayan bu müqavilə ilk dəfə olaraq xalqımızı öz maddi sərvətlərinin, o cümlədən neftinin sahibinə çevirdi. Hər il bu tarixi gün, sentyabr ayının 20-si, ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının gerçəkləşməsini təmin edən “Əsrin müqaviləsi”nin imzalandığı gün ölkəmizdə neftçilərin peşə bayramı kimi qeyd olunur. Çünki bu müqavilədən sonra Azərbaycanın neft sənayesi tarixində yeni bir dövrün əsası, iqtisadiyyatımızın dinamik inkişafının təməli qoyuldu.

 

Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bu müqavilə müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmləndirilməsi üçün zəmin yaratmış oldu. Ümummilli liderimizin yeni neft strategiyası Azərbaycanın dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasına çıxmasına şərait yaratdı. “Əsrin müqaviləsi” imzalandıqdan sonra ölkəyə milyardlarla dollar sərmayə qoyuldu, yeni yerləri açıldı, güclü infrastruktur, kadr potensialı yaradıldı.

Yeni neft strategiyasının ən mühüm tərkib hissələrindən biri ulu öndər Heydər Əliyev tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ideyasının meydana qoyulması onun reallığa çevrilməsi idi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli layihənin gerçəkləşməsi üçün ümummilli lider tərəfindən gərgin işlər həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir.

Yalnız Heydər Əliyevin yüksək nüfuzu müxtəlif ölkələrin dövlət hökumət başçıları, siyasi, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərinin rəhbərləri ilə mütəmadi danışıqları nəticəsində Azərbaycan neftinin Türkiyəyə nəql olunması barədə mühüm hökumətlərarası sazişlər imzalanmışdır. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda, regionda sülhün, sabitliyin təhlükəsizliyin bərqərar edilməsi üçün Heydər Əliyev tərəfindən növbəti mühüm addım atılmış oldu.

Bakı-Tbilisi-Ceyhan layihəsinin gerçəkləşməsi ümummilli liderimiz Heydər Əliyevin böyük enerji siyasətinin təmtərağı oldu. Artıq 4 ildən çoxdur fəaliyyətdə olan bu kəmər vasitəsilə 1 milyard barreldən çox neft dünya bazarına çıxarılmışdır. Bu gün həyata keçirilən enerji siyasəti həm ölkədaxili tələbatı tam ödəyir, eyni zamanda, Azərbaycan başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəsini verməsində mühüm rol oynayır. Real həyat növbəti dəfə ümummilli lider Heydər Əliyevin uzaqgörənliyini, onun siyasi, iqtisadi, kommersiya və digər risklərin dəqiq hesablanmış balansı və Azərbaycanın uzunmüddətli strateji maraqları üzərində qurduğu çoxvariantlı ixrac strategiyasının əsaslı olduğunu göstərir.

Bu gün dünyanın ən müasir, sivil, demokratik dövlətlərindən birinə çevrilən Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin müəyyən etdiyi yolla inkişaf edir. Respublikamız öz mövqelərini tam şəkildə möhkəmləndirərək regionda lider, dünya enerji məkanında ən önəmli dövlətlərdən birinə çevrilmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək genişləndirilən neft strategiyasının bu illər ərzindəki uğurlu nəticələri Azərbaycan xalqının həyat səviyyəsinin davamlı yüksəliş göstəricilərində öz real əksini tapmaqdadır. Bu gün artıq Azərbaycanın dünya enerji xəritəsində özünəməxsus yerə malik olması, “Şahdəniz” yatağının ikinci fazasının işlənməsi, “Ümid”, “Abşeron” yataqlarından, kəşfiyyat işləri aparılan digər qaz yataqlarından gözlənilən ümidverici nəticələr bir daha sübut edir ki, Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün Heydər Əliyevin hazırladığı strateji istiqamətlər hələ uzun illər ölkəmizin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.

 

Cəlil İmanov

 

İki sahil.- 2010.- 9 dekabr.- S.3.