Tarix yaradan lider
Qaradağda ulu öndər
Heydər Əliyevin anım günü münasibətilə konfrans
keçirildi
Dünən YAP Qaradağ rayon təşkilatı ilə
Qaradağ Rayon İcra
Hakimiyyətinin birgə
təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Heydər
Əliyev siyasəti Azərbaycanda əbədi
yaşayacaqdır” adlı
konfrans keçirildi.
Konfrans iştirakçıları
öncə ümummilli
liderin Lökbatan qəsəbəsindəki heykəli
önünə
əklil və gül dəstələri
qoydular. Sonra Heydər Əliyev muzeyində ümummilli liderin həyat və fəaliyyətinə
həsr olunmuş fotosərgi
ilə tanışlıq
oldu.
Lökbatan mədəniyyət evində davam etdirilən konfransda ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman
Mikayılov
bildirdi ki, ümummilli lider Heydər Əliyev məqsədyönlü və
düşünülmüş siyasəti ilə Azərbaycanı
dünyada bir dövlət kimi tanıtdı
, qüdrətli
bir ölkəyə çevirdi. Sonrakı illərdə məhz
onun daxili və xarici siyasətinin vəhdətliyi
ölkənin tərəqqisinə
geniş imkanlar yaratdı.
Ulu öndər Heydər Əliyev Azərbaycanı
sabitlik diyarına çevirməklə iqtisadi,
siyasi, xarici siyasət sahəsində mühüm uğurların
əldə olunmasına
zəmin yaratdı.
Ümummilli lider Heydər
Əliyev köhnə
iqtidardan miras qalmış problemlərin həlli üçün
atəşkəsə nail olmağın
vacibliyini bəyan etdi. Belə ki, 1994-cü ilin
mayın 12-də atəşkəsin
əldə olunması
ilə bütün sahələrdə inkişafın
əsası qoyuldu. Azərbaycan bu addımı ilə eyni
zamanda, sülh siyasətinə sadiqliyini də dünyaya nümayiş etdirdi. Məhz bu gün
həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan dövləti iqtisadi nailiyyətlərinə görə,
nəinki bölgənin,
hətta Avropanın inkişaf etmiş ölkələri sırasına
çıxmışdır.
Konfransda çıxış
edən YAP Qaradağ rayon təşkilatının
sədri, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirdi ki, ulu öndərin keçdiyi ömür yolu hər bir azərbaycanlı
üçün fəxrdir.
Belə bir dahinin siyasi
fəaliyyətinin şah
əsəri inkişaf
edən, dünyaya yeni-yeni iqtisadi möcüzələr bəxş
edən qüdrətli
Azərbaycandır.
YAP sədrinin müavini, icra katibi, millət vəkili Əli Əhmədov qeyd etdi ki, Azərbaycan
dövlətinin ilk müstəqillik
illərində ölkədə
baş verən xaos, qarşıdurma və hərc-mərclik onun süqutunu yaxınlaşdırırdı. Belə bir vaxtda hər
bir azərbaycanlı Heydər Əliyevə öz xilaskarı kimi baxırdı və onun ölkəyə
rəhbərliyə qayıtmasını
təkidlə tələb
edirdi. Məhz onun ölkəmizə rəhbərliyə qayıdışından
sonra qısa müddətdə atəşkəs
elan olundu, yeni
nizami ordu quruculuğu, iqtisadi dirçəliş mərhələsi,
xüsusən, neft strategiyası uğurla həyata keçirilməyə,
torpaqların kəndlilərə
verilməsinə
başlandı. Məhz onun
hakimiyyəti illərində
qüdrətli Azərbaycanın
iqtisadi, siyasi və sosial təməlləri qoyuldu.
Bu gün bu təməllər üzərində Prezident
İlham Əliyev Azərbaycanı
daha da qüdrətləndirir.
Eyni zamanda insanlarımızın
sosial rifah halı ilbəil yaxşılaşır, yeni
təhsil, səhiyyə
ocaqları tikilir, körpülər, yollar salınır. Bir sözlə, dövlət xalqın
rifahını yüksəldə
biləcək ən qlobal proqramları uğurla həyata keçirir.
Əli Əhmədov ulu öndərin siyasi fəaliyyətinin bir çox istiqamətlərindən
danışaraq dedi ki, onun hakimiyyətə
qayıdışından sonra
əsas diqqət göstərdiyi məsələlərdən
biri məhz Azərbaycanın ətrafında
yaradılan informasiya blokadasını yarmaq idi. O buna tədricən,
cəsarətlə və
öz müdrik siyasi fəaliyyəti ilə nail oldu. Hər bir ölkəyə
səfərində Azərbaycan
həqiqətləri barədə
dolğun məlumatlar
verir, dünya ictimaiyyətini erməni yalanlarına uymamağa, hadisələri olduğu kimi qəbul edib, düzgün qiymətləndirməyə çağırırdı.
Azərbaycan dünyanın nüfuzlu
təşkilatlarına üzv
qəbul olunmaqla həqiqətlərini beynəlxalq
aləmə çatdırmaq
üçün növbəti
tribunalar qazanırdı.
Ulu öndər Heydər
Əliyevin hakimiyyətə
qayıdışından sonra
ilk görüşü ölkə
ziyalıları ilə
oldu. Onların qarşısında bir sıra həllivacib məsələlər qoyan
ümummilli lider tarixin saxtalaşdırılmasına
yol verməməyi tələb etdi. Tariximizi özündə əks etdirən kitabların nəşri, onların müxtəlif dillərə tərcümə
olunaraq, beynəlxalq ictimaiyyətə çatdırılması
qarşıya ümdə
vəzifə kimi qoyuldu.
Bu gün Azərbaycanın yüzlərlə
ölkə ilə diplomatik və ticari
əlaqələri mövcuddur. 40-dan artıq
beynəlxalq təşkilatda
təmsil olunuruq.
50-dən artıq ölkədə səfirliyimiz,
eyni zamanda beynəlxalq təşkilatların
tərkibində Azərbaycan
nümayəndəliyi fəaliyyət
göstərir. Təbii
ki,
bu kimi addımlar Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması
üçün olduqca
əhəmiyyətlidir.
YAP fəallarından Qaradağ Uşaq sanatoriyasının müdiri
Təranə İsmayılova
çıxış edərək
bildirdi ki, məhz ulu öndərin
siyasi fəaliyyəti
ilə Azərbaycan
dünya birliyində özünə
layiqli yer tutmaqla əsl söz sahibinə çevrildi. “Əsrin müqaviləsi”nin
imzalanması zamanı
bütün təzyiqlərə
baxmayaraq, ulu öndər Heydər Əliyev Bakı-Tbilisi-Ceyhan marşrutunu irəli sürüb, bu qərarın dəyişməz olduğunu
bildirməklə Azərbaycanın
siyasətində müstəqil
olduğunu bir daha dünya dövlətlərinə bəyan
etdi.
Ulu öndər Heydər
Əliyev dünyanın
müxtəlif ölkələrinə
səpələnmiş soydaşlarımızı
bir amal, məqsəd uğrunda birliyə çağırdı. Hələ 1991-ci il dekabrın
16-da Nax.MR Ali Soveti “Dünya azərbaycanlılarının
həmrəyliyi günü” ilə bağlı
qərar
qəbul etdi. Həmin sənədə əsasən
hər il
dekabrın 31-i Dünya azərbaycanlılarının
həmrəylik günü kimi qeyd olunur.
Ulu öndərin hakimiyyətə
qayıdışından sonra diaspor quruculuğu dövlətin həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən
birinə çevrildi.
Bu
gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı bu
ölkənin vətəndaşı olmaqdan
böyük qürur duyur. Əsası ulu
öndər Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş
və məqsədyönlü siyasəti Prezident
İlham Əliyevin uğurla
davam etdirməsi Azərbaycanın gələcəyinə
inamı daha da
artırır, ölkəmiz bütün sahələrdə
inamla irəliləyərək, dünya birliyində
mövqelərini möhkəmləndirir.
Elçin Zaman
İki sahil.- 2010.- 10 dekabr.- S. 3.