Sən elə bir zirvəsən...

 

Dünya azərbaycanlılarının ümummilli lideri Heydər Əliyevin dekabrın 12-də keçirilmiş anım mərasimi xalqımızın Azərbaycanın xilaskarı və qurucusuna sonsuz məhəbbət və ehtiramının parlaq nümayişinə çevrildi.

12 dekabr 2010-cu il...Yüz minlərlə insan əllərində təzətər payız gülləri paytaxtımız Bakının Fəxri xiyabanına üz tutub. İlahi, Azərbaycanda nə qədər qızılgül, qərənfil varmış! Ulu öndərimiz Heydər Əliyevin uyuduğu ziyarətgaha gedən yollar, səkilər güllərə qərq olub.

Əslində, xalq onu təkcə 12 dekabrda deyil, ilin bütün günlərində qəlbində yaşadır, Azərbaycanın inkişafına, millətin tərəqqisinə nail olmuş bu dahi insanın ruhuna dualar oxuyur. Bu gün də belədir, sabah da, həmişə də belə olacaq.

Hələliksə, Fəxri xiyabana insan axınının ardı-arası kəsilmir. Ulu öndərin məzarı gül təpəliyinə bənzəyir. Bu güllərin içində bir vaxtlar ulu öndərin çox sevdiyi qızılgüllər sanki dil açıb danışır, xalqa təskinlik verir.

Fəxri xiyabana insan axınının arası bir anlıq dayanır. Xiyaban lal sükuta qərq olur. Azərbaycan Prezidenti İlham Əliyev ulu öndərin məzarı önünə qızılgüllərdən hörülmüş çələng qoyur, öz siyasi sələfinin ruhu qarşısında ehtiramla baş əyir. Müstəqil Azərbaycan dövlətinin himninin sədaları ətrafa yayılır.

Fəxri xiyabandan ucalan həzin musiqi sədaları ürəkləri riqqətə gətirir. Ulu öndərin cismani yoxluğunu qəbul etmək qədər çətin olsa da, Azərbaycanın xilaskarı qurucusunun ideyalarını, tamamlamağa imkan tapmadığı işləri sonra çatdırmaq üçün qamətimizi düzəltməliyik. Biz Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə ulu öndərin arzularını tam gerçəkləşdirə bilərik.

 

Ziyarətə gələnlərin bir neçəsi ilə ayaqüstü söhbətdə bu fikirlər dönə-dönə vurğulandı .

 

Müsahiblərimizdən birinin dedikləri:-Bu gün təkcə Bakıda, Fəxri xiyabanda deyil, Azərbaycanın hər bir bölgəsində ulu öndərin adı dillərdən düşmür. Dünya şöhrətli Heydər Əliyevin hər il keçirilən anma mərasimi həm Azərbaycanın dünəninə, bu gününə sabahına bir baxışdır. Qarşıda görüləcək o qədər , vəzifə var ki... Azərbaycanı varlığı qədər sevən, azərbaycanlı olması ilə fəxr edən bu dahi insanın ruhunun şad olması, dövlətimizin məhz onun arzuladığı səviyyəyə çatması naminə qəlbimizdə Heydər Əliyev məhəbbəti hakimdir. Elə bu amalla da biz Fəxri xiyabana gəlib ulu öndərin məzarını ziyarət edir, onun ruhuna dualar oxuyuruq.

Bu arada həzin bir mahnının kövrək sədaları ürəklərə su səpir. Leyla xanım ƏliyevanınSən elə bir zirvəsənşeirinə yazılmış mahnını Xalq artisti Ağadadaş Ağayev özünəməxsus bir cazibədarlıqla ifa edir:

 

Sən elə bir zirvəsən,

Küləklər neyləyəcək?

Dünənim, bu günüm

Səninlə bir gələcək!

 

qədər Azərbaycan,

qədər bu millət var-

Heydər xalqım deyəcək,

Xalq Heydər söyləyəcək!...

 

Mahnıda ifadə olunan bu fikirlər təkcə onun müəlliflərinin, ifaçısının fikirləri deyil, dünya azərbaycanlılarının, bütün türk dünyasının qəlbindən keçən hisslərdir.

-Heydər Əliyev Azərbaycanı yaşatmaq üçün yaşadı,  Azərbaycanı dünyaya qovuşdurmaq, dünyanı Azərbaycana gətirmək üçün yaşadı,-bizimlə söhbətə bu sözlərlə başlayan Azərbaycan Ordusunun baş leytenantı Zakir Həsənov əlavə etdi:-Mən ulu öndərin əsasını qoyduğu hərbi məktəbi bitirmişəm. Bu gün ordumuzun komandir heyətinin çoxu ulu öndərin yaratdığı hərbi məktəblərin yetirmələridir. Biz hamımız işğal olunmuş torpaqlarımızı azad etməyə hazırıq. Ulu öndərin məzarı üstünə güllər düzəndə bu fikrimizdə qəti olduğumuzu bildirdik. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hər bir əmrini yerinə yetirməyə hazırıq!

Dekabrın 12-də ulu öndərin anım mərasiminin Azərbaycanın bütün bölgələrində, eləcə dünyanın əksər dövlətlərində ehtiramla yad olunması bu dahi şəxsiyyətin ümumbəşəri ideyalara sadiqliyinin təsdiqidir.

Həm xarici ölkələrdə yaşayan soydaşlarımızın, həm ziyarətə gələnlərin Azərbaycanın tərəqqisi, nüfuzlu bir ölkəyə çevrilməsi üçün ulu öndərin göstərdiyi fəaliyyəti yüksək qiymətləndirmələri qəlbimizdə bu dahi şəxsiyyətə görə qürur hissi doğururdu.

Həmin gün axşam Naxçıvanda Heydər Əliyevi anma mərasimindən hazırlanmış bir reportaja baxarkən ulu öndərin parlaq obrazı bir daha gözümüz önündə canlandı. Onun uşaqlıq, gənclik tələbəlik illərinin dostu Dövlət Məmmədov o çağları xatırlayıb deyirdi:-Mən dünya şöhrətli belə bir dahi ilə dost olmaqdan böyük şərəf duyuram. Heydər Əliyev dostluğa sədaqətli idi, insanlarda ən yüksək qiymətləndirdiyi keyfiyyət bu idi. Deyirdi ki, dostluqda sədaqətli olan xalqına, millətinə sədaqətli olar. Heydər Əliyevi ömrünün sonuna qədər belə gördüm...

Bu gün Heydər Əliyevin cismani yoxluğu bizi qəm-qüssəyə batırmır. Çünki ulu öndərin Azərbaycanı hərtərəfli inkişaf etdirməyə yönəlmiş siyasəti uğurla davam etdirilir. Azərbaycanın tərəqqisinə yönəlmiş strategiya  ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam inkişaf etdirilir.

 

Telman Qafar

 

İki sahil.- 2010.- 14 dekabr.- S.3.