Azərbaycan nefti:
dünən və bu gün
Neft sənayesi bu gün də ölkə
iqtisadiyyatında aparıcı rol oynayır
Azərbaycanda zəngin
neft yataqlarının mövcud olması hələ qədimdən
yerli sakinlərə bəlli olmuş və onlar təbiətin
bu nemətindən yanacaq, hərb materialı və digər məqsədlər
üçün istifadə edib. Bu barədə zəngin məlumat
Orta əsr mənbələrində verilir. Belə ki, 10
yüzillikdə yaşamış ərəb səyyahı və
tarixçisi İstəhri yazır ki, “qədim zamanlardan
Bakı sakinləri ağac və kömür əvəzinə
neftdən istilik materialı kimi, ağ neftdən isə
müalicəvi məqsədlər üçün istifadə
etmişlər”. Azərbaycanın neftlə zəngin
qaynaqları bu ölkəni dünyanın ən mühüm
və strateji enerji sahiblərindən birinə çevirib.
Ölkənin rəngarəng neft tarixinə yaxından nəzər
salaq. Məşhur səyyah Marko Polo bir vaxtlar Azərbaycan
nefti haqqında demişdi: “...elə bir bulaqdır ki,
gözündən çağlayan bol yağla yüz gəmini
bir yerdə doldurmaq olar. Bu yağ yeməyə yaramır, lakin
yandırmaq üçün yararlıdır. Bu yağı
daşımaq üçün uzaq yoldan insanlar gəlirlər
və bütün o ətraflarda bunun kimi yandırılan
başqa yağ yoxdur”.”
Neft sənayesindəki
texniki təkmilləşdirmə neftdaşıma və neft
emalı kimi mühüm sahələrdən yan keçmədi.
1878-ci ildə neft mədənlərini neft emalı zavodu ilə
birləşdirən ilk buxar nasoslu neft kəməri işə
salındı. Bundan öncə xam neft zavodlara arabalarda
daşınırdı. Bu illərdə neftin
saxlanılması işi də təkmilləşdirilirdi.
Primitiv çalalar əvəzinə sementli daş və kərpic
döşənmiş, ağac örtüklü daha səmərəli
anbarlar tikilməyə başlanır. Daha sonra isə metal rezervuarlar
meydana gəlir. Belə bir bol neft qaynağı həmişə
başqalarının diqqətini özünə çəkirdi,
onların da çoxu xəzinəaxtaranlar idi. 1901-ci ilədək
Alfred, Robert və Lüdviq Nobel qardaşlarının səyləri
sayəsində Azərbaycanda 11,4 milyon ton neft hasil edilirdi ki,
bu da o vaxt dünyada hasil olunan neftin yarısından çox
idi.
İkinci dünya
müharibəsində Azərbaycan müttəfiqlərin
tanklarının, təyyarələrin və digər nəqliyyat
vasitələrinin işlətdiyi neftin 97 faizini təmin
edirdi. Tarix göstərdi ki, bu, müharibədə həyati əhəmiyyət
daşıyan bir töhfə olmuşdur.
Yeni neft
strategiyası...
Neft keçmişdə gündəlik
həyatın necə
ayrılmaz bir tərkib hissəsi olmuşdusa, indi də eləcə qalır. Ulu öndər Heydər
Əliyevin uzaqgörən
siyasəti nəticəsində
Azərbaycan 1994-cü ildə
“Əsrin müqaviləsi”nə
imza atmaqla ilk dəfə dünya enerji əməkdaşlığının
dərinliklərinə baş
vurdu. “Əsrin müqaviləsi”ndə dünyanın
8 ölkəsinin (Azərbaycan, ABŞ,
Böyük Britaniya, Rusiya, Türkiyə,
Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən
məşhur neft şirkəti (Amoko, BP, MakDermott,
Yunokal, ARDNŞ, LUKoyl,
Statoyl, Ekson, Türkiyə petrolları,
Penzoyl, İtoçu,
Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı.
Dəyəri 10 milyard
dollar olan bu müqavilə Azərbaycanın
regiondakı iqtisadi mövqeyini yenidən təsbit etməsinə yardımçı oldu və dənizdə daha iri miqyasda
neft ehtiyatlarının
işlənməsinə start verdi. İqtisadçıların
hesabına görə,
2010-cu ilin sonuna qədər başda Azərbaycan olmaqla Xəzər regionunda gündə 3 milyon barreldən 4,7 milyon barrelədək neft hasil olunacaq ki, bu da
Venesuelanın gündəlik
xam neft hasilatı göstəricisini
geridə qoyur.
“Azəri layt”- yüksək keyfiyyətli
xam neft
Neft işlənməsinin başlanğıcından
bəri 100 müxtəlif
xam neft növündən biri xüsusi olaraq beynəlxalq səhnədə
önə çıxmışdır.
Neft təxminən 1000-dən çox
fərdi maddələrin
qarışığından ibarətdir. Onların bir
çoxunu maye karbohidrogenlər (80-90 %) və
azotlu, oksigenli və kükürdülü
heteroatomlu üzvi birləşmələr (4-5 %) təşkil
edir. Buraya həmçinin metallar
(vanadium və nikel), həll olunmuş karbohidrogen qazları
(C1-C4, maksiumum 4 %-ə qədər),
su (maksiumum
10 %ə qədər), mineral duzlar (xloridlər, 0,1-4000 mq və artıq),
üzvi turşuların
duzlarının məhlulu
və s. də daxildir.
“Azəri layt”
yüksək keyfiyyətli
xam neft hesab olunur və
hazırda “Azəri” və “Çıraq” yataqlarından hasil edilən neftin ticarət markasının
adıdır. Amerika
neft institutunun qatılıq dərəcəsi
göstəricisi üzrə
35°-35,5° qatılığa malikdir,
tərkibində kükürd
0,14%-dir ki, bu da onun yüngül,
qatışıqsız neft
olmasını təmin
edir”. Müqayisə üçün deyək ki, “Urals” markalı neftin tərkibində kükürd 1,13% təşkil edir. Bu texniki göstəricilər
bazarda xam nefti cəlbedici edir, belə ki, bu cür
neft daha dəyərli və zərif məhsulların hazırlanmasına imkan verir. Daha az kükürd
təmizlənməsi tələb
edən neft növləri sıx qatılığa malik dərəcələrdən olan
məhsulla müqayisədə
daha yaxşı qiymətə gedir”. Böyük miqdarda liqroin, kerosin, yanacaq alınan xam neftlər arasında “Azəri layt” yaxşı yanacaq verən xam neft kimi məşhurdur.
“Azəri
layt”ın yüksək keyfiyyətli
xam neft olmasını təmin edən daha bir göstərici də var. Tərkibində
ümumi turşuluq miqdarı (ÜTM) 1,0 mg potassium hidroksid (KOH)/qr və daha çox
olan xam neft növlərinin şərti olaraq yüksək ÜTM-ə malik
olmasıdır. Xam neftlərdəki
ÜTM potensial korroziya
aktivliyinin əksəriyyət
tərəfindən qəbul
edilmiş ölçüsüdür.
Bu göstərici, nümunə üçün
götürülmüş bir qram nefti
neytrallaşdırmaq üçün
neçə milliqram
KOH tələb olunduğunu
müəyyənləşdirir. Xam neftin turşululuğunun emal əməliyyatlarına
əhəmiyyətli dərəcədə
iqtisadi və texniki təsiri var. Turşu tərkibli xam neftin emalı
təmizləmə avadanlığı
üçün korroziya
problemi yaradır ki, bu da
xüsusi və bahalı texniki çözümlər tələb
edir. “Azəri layt”
üçün ÜTM 0,25mg KOH/qramdır, bu, böyük
üstünlükdür və dünyadakı bir çox xam neft növlərinin göstəricisindən xeyli
aşağıdır”.
Azərbaycan neft sənayesi hər zaman olduğu kimi, bu gün də
ölkə iqtisadiyyatında
aparıcı rol oynayır, dünyada ən mühüm sənaye sahəsi olaraq qalır və inkişaf edir.
İki sahil.- 2010.- 18
dekabr.- S.10.